Ömrünün mühüm bir dönəmində, təxminən ömrünün son otuz ilində Şəhriyar çox gözəl bir irfani və mənəvi dövr keçirdi. O, Quran və mənəviyyatla ünsiyyət qurmuşdu və özünü düzəltməklə məşğul olmuşdu. Yəni özünə (mənəvi cəhətdən) yetişdi, öz batin və mənəviyyatına səfa bəxş etməyə çalışdı.
İslam Respublikasının əleyhinə müşahidə etdiyiniz bu qədər çox cəncəl bizim qüdrətimizdən xəbər verir. İmam Xomeyni (r.ə) bir zaman buyurmuşdu ki, əgər İslam Respublikası önəmli bir şey deyilsə, nə üçün onun əleyhinə bu qədər düşmənçilik edirlər? Əgər əhəmiyyəti yoxdursa, nə üçün onunla qarşıdurma yaradırlar və özlərini öldürürlər? Bu, İslam Respublikasının qüdrətinə dəlildir.
"وَعْدَ اللَّهِ لا يُخْلِفُ اللَّهُ وَعْدَهُ وَ لكِنَّ أَكْثَرَ النَّاسِ لا يَعْلَمُونَ"
"Allah bu vədi verib, Allah əsla öz vədinə xilaf çıxmaz, lakin camaatın əksəriyyəti (bunu) bilmir". (Rum surəsi, ayə 6)
Şəhriyar təmiz və saf, üstün əxlaqi keyfiyyətlərə malik bir şəxsiyyət idi. O, təvazökar, haqpərəst, təqvalı, səmimi, sədaqətli və şeir azuqəsini heç kimə satmayan bir insan idi. O, sağlığında şöhrət zirvəsinə çatsa da, tağutun tələbinə boyun əymədi.
Avropanın da vəziyyəti Amerikadan yaxşı deyil və tənəzzül etmək üzrədir. Bu günlər Afrika əhalisi Fransanın əl altısı olan hökumətləri süqut etdirirlər. Qərb qüdrətləri əvvəlki o qüdrətə sahib deyil və zəifləmək üzrədir. Bu, dünya miqyasında böyük bir dəyişikliyidir.
Amerikanın digər qüdrət göstəricilərindən biri də başqa dövlətlərə dəxalət etmək imkanının olması idi. Bu gün bu, tənəzzül etmək üzrədir. Bu gün Amerika zərbə vurmaq istədiyi dövlətlərdə çoxlu xərclərlə hibrit müharibə yaratmağa məcburdur, lakin bunun özü də axırda bir nəticə vermir.
Mən səmimi qəlbdən İraqlı bacı-qardaşlara Ərbəindəki dəyərli qonaqpərvərliklərinə görə təşəkkür edirəm. Əllərində olan hər bir şeylərini ortaya qoydular və 22 milyondan artıq zəvvara qonaqlıq və mizbanlıq etdilər.
Bizim təhlükəsizlik qüvvələrinin dediklərinə əsasən, Amerika bir "Böhran qrupu" yaradıb. Yəni ölkələrdə, o cümlədən də İranda böhran yaratmaq üçün məmuriyyət alıblar. Onlar bu nəticəyə çatdılar ki, İranda böhran yaratmaq üçün bir neçə məqam vardır və onu təhrik etmək lazımdır. Məsələn, qövmlər arası ixtilaf, məzhəbi fərqliliklər, qadın-kişi arasında ayrı-seçkiliklər və qadın məsələsi. Bu, Amerikanın proqramıdır.
Dünyada böyük bir dəyişiklik başlanıb. Bu dəyişiklikdə ən əsas gözə çarpan Amerika kimi hegemon qüdrətlərin zəifləməsi, habelə dünyada və məntəqədə yeni qüdrətlərin meydana gəlməsidir.