Plakat
Bir insanı və bir bəşər cəmiyyətini səadətə çatdıracaq hər nə varsa, Peyğəmbər (s) onların hamısını bəyan etdi. Təkcə bəyan etməklə kifayətlənmədi, bunları əmələ keçirdi və tətbiq də etdi. Bəli, Peyğəmbərin (s) zamanında İslam hökuməti və cəmiyyəti təşkil olundu, İslam iqtisadiyyatı, İslami cihad bərpa olundu, İslami zəkat (müsəlmanlardan) yığıldı və bir İslam ölkəsi və İslam nizamı quruldu. Bu nizamın qurucusu və bu qatarı bu xətdə idarə edən Peyğəmbər (s) və (ondan sonra) onun yerində oturan şəxsdir. Xətt də aydın və müəyyəndir. İslam cəmiyyəti və müsəlman şəxs bu xətdə, bu istiqamətdə və bu yolda hərəkət etməlidir. Çünki belə bir hərəkət baş tutarsa, o zaman insanlar kamala çatar, saleh və mələk xislətli olarlar, insanlar arasında zülm aradan gedər, pislik, fəsad, ixtilaf, yoxsulluq və cəhalət yox olar, habelə bəşər kamil xoşbəxtliyə yetişər və Allahın kamil bəndəsi olar.