Hidden in list: 
Show in list
Şeyx Fəzlullah Nuri niyə edam edildi? Plakat

Şeyx Fəzlullah Nuri niyə edam edildi?

Nə oldu ki, qərblilər, xüsusən də ingilislər bu məsələdə (məşrutə inqilabında) uğur qazandılar? Uğur qazanmaq üçün hansı üslubdan istifadə etdilər? Halbuki (bu işdə) əsas sayılan xalq alimlərin ixtiyarında ola bilərdi və Şeyx Fəzlullahın bu xalqın gözü qarşısında edam olunmasına imkan verilməzdi. (Əslində) İş belə olmalı idi. Məncə, problem ondan irəli gəldi ki, onlar ədalət tələb cinahının bəzi üzvlərini, yəni dindarları və əsasən də, alimləri aldadaraq həqiqəti onlardan gizlədə, ixtilaf yarada bildilər...İnsan görür ki, (düşmən) onların inhirafa (sapmağa) qarşı həssaslığını azaldıb. Amma mərhum cənab Şeyx Fəzlullah kimi bəzi insanlar öz həssaslığını itirmədilər. Eyni cinahdan olan başqa bir qrup isə bu həssaslığı itirərək nikbinliyə, hüsnü-zənnə qapıldı və bəlkə də, bir növ özünü görməzliyə vurdu. Təbii ki, insan təxmin edir ki, (bu işdə) bəzi şəxsiyyət və əxlaqi baxımdan zəifliklər və həvayi-nəfs təsirsiz deyildi.
Məhərrəm ayı dəyərlər ayıdır Plakat

Məhərrəm ayı dəyərlər ayıdır

Məhərrəm ayı İmam Hüseynin (ə) ayıdır, Hüseynə aid bir aydır, Seyyidüş- Şühədanın vücudunda təcəlli edən, parlayan dəyərlər ayıdır. (Məhərrəm) Şəhadət, cihad, ixlas, vəfa, güzəşt, dinin hifz olunmasına əhəmiyyət, Allah dini, habelə dinlə müxalif qüdrətlərin müqabilində dayanan müqavimət ayıdır.
Bu günün Şimri Şimr sifət hakimiyyətlərdir Plakat

Bu günün Şimri Şimr sifət hakimiyyətlərdir

Mərhum şəhid Mütəhhəri fəryad edir ki, Vallah, (bunu) bilin ki, bu günün Şimri İsrailin (sionistin) Baş naziridir. Məsələnin həqiqəti də budur. Biz Şimrə lənət deyirik, buna görə ki dünyada Şimr kimi olmaq və Şimr xislətli əməlləri yerinə yetirməyin kökünü kəsək. Biz Yezid və Ubeydullaha lənəti ona görə göndəririk ki, tağut hakimiyyətinə, Yezid xislətli hakimiyyətlərə, eyş-işrət hakimiyyətinə və dünyada möminlərə olunan zülmə qarşı mübarizə edək. Hüseyn ibn Əlinin (ə) qiyamı bunun üçün idi ki, İslami, insani və İlahi dəyərlərin əleyhinə olan hakimiyyətlərin burnunu yerə sürtsün və aradan aparsın. Bu işi də İmam Hüseyn (ə) öz qiyamı ilə yerinə yetirdi.
Şiə cəmiyyətinin imtiyazı Plakat

Şiə cəmiyyətinin imtiyazı

Şübhəsiz, şiə cəmiyyətinin başqa müsəlman cəmiyyətlərə nisbətdə olan imtiyazı Aşuranı yad etməkdən yararlanmasıdır.
Dövranı dəyişdirəcək kişi yetişdirən qadın Plakat

Dövranı dəyişdirəcək kişi yetişdirən qadın

Kərbəla hadisəsindən sonra xütbə oxuyan təkcə Zeynəblə Əli ibn Hüseyn (İmam Səccad) deyildilər, əksinə, Ümmü Gülsüm, Səkinə bint Hüseyn və Fatimə bint Hüseyn də xütbə oxudular. Mən və sən "Qadın demə, dövranı dəyişən kişi de", sözünü eşidərkən dərhal göz yaşı axıdıb, lakin (bu söz) üzərində düşünməməyə adət etmişik. Güman edirəm, Əgər Yezid əvvəlcədən bilsəydi ki, (əsir etdiyi qadınlar) bu qədər başağrısı yaradacaqlar, Ömər Sədə və Şimrə qadınların hamısını birlikdə orada qətlə yetirmək göstərişini verərdi.
Aşura ümmət üçün daimi bir örnəkdir Plakat

Aşura ümmət üçün daimi bir örnəkdir

Aşura təkcə tarixi bir hadisə deyildi; Aşura bir mədəniyyət, davamlı bir cərəyan və İslam ümməti üçün həmişəlik bir örnək idi.
Dinə fəda olmaq Plakat

Dinə fəda olmaq

Hüseyn ibn Əli (ə) hər kəsə bu dərsi verdi ki, əgər şərəf, azadlıq, insanın ideal hədəfləri və müsəlmanlar üçün onların dini xətərə düşərsə, ən çətin şəraitdə dinin müdafiəsi İslami və insani bir vəzifədir. (Kimlərsə) Deməsinlər ki, şərait ağırdır, mümkün deyil, xeyr, mümkündür. Möhkəm əzm, fədakarlıq və şəhadət tələblik ruhiyyəsi ilə dini müdafiə etmək həmişə mümkündür.
Tarixin xilaskarları Plakat

Tarixin xilaskarları

İmam Hüseynin (ə) hadisəsi təkcə bir millətə nicat vermədi, bir ümmətə nicat vermədi, əksinə, bir tarixə nicat verdi. İmam Hüseyn (ə), bacısı Zeynəb (ə), o cümlədən səhabələri və dostları bu hərəkətlə tarixə nicat verdilər.
İsveçdə Qurana olunan təhqir məkirli bir hadisədir Plakat

İsveçdə Qurana olunan təhqir məkirli bir hadisədir

İsveçdə müqəddəs Qurani-Məcidə qarşı hörmətsizlik etmək acı, hiyləgərcəsinə və təhlükə yaradacaq bir hadisədir. Bu cinayəti törədən şəxsə veriləcək ən ağır cəza bütün İslam alimlərinin yekdil nəzəridir.
İsveç hökuməti müsəlmanlara qarşı müharibə mövqeyindədir Plakat

İsveç hökuməti müsəlmanlara qarşı müharibə mövqeyindədir

İsveç hökuməti onu da bilməlidir ki, Quranı yandıran cinayətkarı dəstəkləməklə İslam dünyasına qarşı müharibə mövqeyi tutmuş və bütün müsəlman xalqların və onların hökumətlərinin bir çoxunun nifrət və düşmənçiliyini özünə doğru cəlb etmişdir.