Hidden in list: 
Show in list
Düşmən propaqandası və təbyin cihadı Plakat

Düşmən propaqandası və təbyin cihadı

Propaqanda düşmənin əsas planlarındandır. Propaqandanın əlacı bəyan etmədir. Yeniyetmə və cavanlara təsir edən vəsvəsəni nə aradan qaldıra bilər? Dəyənəklə alınmaz. Bəyan etmə bu vəsvəsəni aradan qaldıra bilər.
Qərb kapitalizm sistemi Plakat

Qərb kapitalizm sistemi

Qərb kapitalizm sistemi patriarxal bir sistemdir. Bu sistemdə kapital insanlıqdan yüksəkdir. İnsanlıq yalnız kapitala xidmət etməkdən ibarətdir. Belə bir şəraitdə hər kəs daha çox sərmayə ələ gətirə bilsə, daha dəyərli hesab olunur.
Əsl düşmən Plakat

Əsl düşmən

Bəziləri deyirlər ki, niyə amerikalıları özünüzə düşmən edirsiniz? Bizmi düşmən edirik?! Qırx ildir, qanımıza susayıblar. Biz belə bir düşmənlə qarşı-qarşıyayıq
Bu gün vacib məsələlərdən biri də Fələstindir Plakat

Bu gün vacib məsələlərdən biri də Fələstindir

Bu gün vacib məsələlərdən biri də Fələstin məsələsidir. Bir millət, bir ölkə adi deyil, əksinə, vəhşi, alçaq və zalım insanların zülmü altında qaldığı bir halda İslam dünyası sadəcə seyr və tamaşa edir
İslam liberalizm və demokratiyanın beynəlxalq talançılığına qarşıdır Plakat

İslam liberalizm və demokratiyanın beynəlxalq talançılığına qarşıdır

Liberal demokratiyanın liderləri dünyaya hakim olmaq üçün plan cızıblar. Onlar liberalizm və demokratiya bayrağı altında dünyanın sərvətlərini talamaq, ölkələrə və millətlərə hakim olmaq istəyirlər. Təbii ki, İslam buna qarşıdır.
Amerika hər keçən gün daha da zəifləyir Plakat

Amerika hər keçən gün daha da zəifləyir

Obamanın başçılıq etdiyi Amerika Buşun başçılıq etdiyi Amerikadan, Trampın Amerikası Obamanın Amerikasından və Baydenin də Amerikası Trampın Amerikasından daha zəifdir.
Keçmiş zamandakı monqolları xatırladan qərblilər Plakat

Keçmiş zamandakı monqolları xatırladan qərblilər

Bugünkü monqolların, yəni qərblilərin zahiri və çapıb-talamaqları müstəmləkəçilik dövründəki monqollardan fərqlidir. Bununla yanaşı, bizim dövrümüzdə də yeni bir metodla - Səddam kimi quduz itləri hər cür silahlarla, məxsusən kimyəvi silahlarla təchiz edərək İrana qarşı hücuma keçmək və ondan sonra da sanksiyalar vasitəsi ilə qarət etmək və çapıb-talamaq ilə məşğuldurlar.
Daimi müdafiə hazırlığı Allah və millət düşmənləri üçün qorxu mənbəyidir Plakat

Daimi müdafiə hazırlığı Allah və millət düşmənləri üçün qorxu mənbəyidir

Qurani-Kərimə görə, daimi müdafiə hazırlığı Allahın əmri, həmçinin Allah və millətin düşmənləri üçün qorxu mənbəyidir. Ölkəyə qarşı təhlükə heç vaxt tam aradan qalxmayacaq, ona görə də Silahlı Qüvvələr bacardıqları qədər hazırlıqlarını artırmalıdırlar.
Allahın mütləq qanunu peyğəmbərlərin yolunun qalib olmasıdır Plakat

Allahın mütləq qanunu peyğəmbərlərin yolunun qalib olmasıdır

Allahın mütləq qanunu budur ki, peyğəmbərlərin yolu qalib olacaqdır və Allah möminləri müdafiə edəcəkdir. Biz İslam İnqilabının qələbəsini gördük. Bu, haqqın batilə qələbə çalması idi. Səddam rejimi ilə müharibədə Amerika, Sovet İttifaqı, NATO və hətta bəzi müsəlman ölkələri, o cümlədən qonşumuz olan Türkiyə bizim əleyhimizə idilər, lakin biz qalib gəldik.
Hegemon qüdrətlər zəifləməkdədirlər Plakat

Hegemon qüdrətlər zəifləməkdədirlər

Qərb və hegemon qüdrətlər zəifləməkdədir. Amerika qüdrətinin göstəricisi tənəzzülə doğru getməkdədir. Amerika qüdrətinin göstəricilərindən biri də onun güclü iqtisadiyyatıdır ki, özlərinin dediklərinə əsasən, çökməkdədir.