Plakat
Ayətullah Seyid Əli Sistani (bəyanat): İranın Ali Dini Rəhbərinə qarşı hər cür cinayətkar hərəkət və sui-qəsd cəhdi bütün bölgə üçün ağır nəticələrə səbəb olacaq.   Ayətullah Məkarim Şirazi (istiftaat): İslam ümmətinə və onun hakimiyyətinə zərbə vurmaq məqsədilə Rəhbərliyi (Vəliyyi-fəqihi) və mərcəiyyəti hədələyən və ya onlara qarşı təcavüz edən istənilən şəxs və ya rejim müharibə elan etmiş (muharib) sayılır.   Ayətullah Nuri Həmədani: Əzəmətli mərcə və İslam ümmətinin Rəhbərliyinə (Vəliyyi-fəqih) qarşı hər hansı bir təcavüz, İslamın əsasına və bütün müsəlmanların həyatına qarşı edilmiş təcavüz sayılır.   Ayətullah Cavadi Amoli (mesaj): Ümid edirik ki, müstəqilliyin dayağı və müqavimətin sütunu olan İslam İnqilabının Ali Rəhbəri Uca Allahın pənahında olsun.   Ayətullah Cəfər Sübhani (bəyanat): İslam Respublikası quruluşuna və Ali Rəhbərə yönəlmiş istənilən təhqir məhkumdur və bu, düşmənin acizliyinin və çıxılmaz vəziyyətinin göstəricisidir.   Ayətullah Seyid Əli Əkbər Hairi (mesaj): İslam Respublikasının Rəhbərliyinə edilən hər cür təcavüz bütün İslam ümmətinə qarşı təcavüzdür, çünki o şəxs yalnız İslam ümmətinin dini təqlid mərcəsi deyil, həm də müqavimət və İslam vəhdətinin rəmzidir.   Ayətullah Seyid Musa Şübeyri Zəncani: Qaniçən rejim açıq şəkildə İnqilabın Ali Məqamlı Rəhbərini (bərəkəti davamlı olsun) hədələyib. Bu hədələr qarşısında milli birliyin qorunması və möminlərin həmrəyliyi güclü bir silahdır.   Ayətullah Hüseyn Məzahiri: Amerikanın abırsız prezidenti utanmadan İran xalqının şücaətli rəhbərini terrorla hədələyir və bu alçaqcasına təhdidin tarixin bu cinayətkarları üçün necə pis bir aqibət yazacağını anlamır.   Şeyx Nəim Qasim: Trampın İmam Xameneini (Allah ömrünü uzun etsin) terrorla hədələməsi həm alçaq bir hərəkətdir, həm də eyni zamanda onun acizliyinin göstəricisidir. Tramp bu böyük din təqlid mərcəsinin müsəlmanlar və dünya xalqları arasında tutduğu mövqedən xəbərsizdir və bu təhdidlərin ağır nəticələrinə cəhaləti var.   Doktor Səlah Əbdülhəqq, "İxvanul-Muslimin" (Müsəlman Qardaşları) cəmiyyətinin ümumi irşad rəhbəri: İslam İnqilabının Ali Rəhbəri, İxvanul-Müsliminin heç bir şübhəsi yoxdur ki, düşmənimiz birdir və o da sionist rejimdir. Bizim ona qarşı ilk və əsas silahımız isə İslam birliyidir.