Hidden in list: 
Show in list
Ərbəin yürüşü İlahi izzəti nümayiş etdirir Plakat

Ərbəin yürüşü İlahi izzəti nümayiş etdirir

Əgər İslam ölkələrinin imkanları birləşsə, o zaman İslam ümməti İlahi izzətin nə demək olduğunu göstərəcək, İslamın əzəmətli sivilizasiyasını dünya ictimaiyyətinə tanıdacaq. Hədəfimiz bu olmalıdır və bu Ərbəin yürüşü bu hədəfin həyata keçirilməsi üçün təsirli bir vasitə ola bilər.
Ərbəin İslamın və həqiqətin gücüdür Plakat

Ərbəin İslamın və həqiqətin gücüdür

“Düşmənə qarşı bacardığınız qədər güc-qüvvə tədarük görün...” Ərbəin yürüşü İslamın, həqiqətin və İslami müqavimət cəbhəsinin gücüdür ki, bu cür milyonluq möhtəşəm yığıncaq Kərbəlaya, Hüseynə, fədakarlıq və şəhadətin iftixarlı zirvəsinə doğru yola çıxır və bütün dünyanın azad insanları ondan dərs almalıdır.
İslami olan İran Plakat

İslami olan İran

İslami olan İran din və elm əsasında qurulmuşdur.
Başsağlığı verməyi lazım bilirəm Plakat

Başsağlığı verməyi lazım bilirəm

Sionist rejimin son hücumu nəticəsində şəhid olmuş hərbi komandirlərimizin, alimlərimizin və əziz xalqımızın yaxınlarına başsağlığı verməyi özümə lazım bilirəm.​
Dünya xalqları buna etiraf edirlər Plakat

Dünya xalqları buna etiraf edirlər

Sionist rejimin İrana qarşı başlatdığı on iki günlük təcavüzkar xarakterli müharibədə İran xalqı böyük qürur və iftixar qazandı ki, dünya xalqları da buna etiraf edirlər. İran milləti bu savaşda öz gücünü, əzmini, iradəsini, müqavimətini və üstün mövqeyini bütün dünyaya nümayiş etdirdi.
İmam Səccada görə İslam dünyasının əsas problemi Plakat

İmam Səccada görə İslam dünyasının əsas problemi

İmam Səccad (ə) İslam cəmiyyətində əxlaqı təlim vermək və dəyişməklə məşğul oldu. İmam Səccadın (ə) təhlilinə əsasən, İslam dünyasının əsas problemlərinin mühüm bir hissəsi xalqın əxlaqının tənəzzülə uğraması və zay olub aradan getməsi idi. Əgər camaat İslam əxlaqına sahib olsaydılar, Yezid, İbn Ziyad, Ömər Səd və başqaları o faciəni törədə bilməzdilər... Hakimiyyətlər istər fasiq olsunlar, istər dinsiz və zalım – xalqı belə böyük bir faciəni törətməyə, yəni Peyğəmbərin (s) oğlunu və Fatimeyi-Zəhranın (əleyhassalam) övladını öldürməyə vadar edə bilməzdilər.
İmam Səccadın həqiqi siması Plakat

İmam Səccadın həqiqi siması

İmam Səccad (ə) barəsində yaradılmış o susqun, başıaşağı, məzlum və passiv obraz tamamilə həqiqətə ziddir. İmam Səccadın (ə) həqiqi siması mübariz, qəhrəman, yorulmaz və (zülmlə) barışmaz bir simadır. O, tam tədbirlə, tam dəqiqliklə yolları tanıyır, onları seçir və hədəflərə doğru bu yollarla irəliləyir, özü isə (bu yolda) yorulmur, amma düşməni yorur.
Din və elm – iki əsas təməl ünsür Plakat

Din və elm – iki əsas təməl ünsür

İran İslam Respublikasının quruluşunda din və elm iki əsas təməl ünsürdür. Məhz bu səbəbdəndir ki, xalqın dini inancı və gənclərimizin elmi biliyi müxtəlif sahələrdə düşməni geri çəkilməyə məcbur edə bildi. Bundan sonra da bu belə olacaq.
İran xalqı, Allahın lütfü ilə, dinindən və elmindən əl çəkməyəcəkdir Plakat

İran xalqı, Allahın lütfü ilə, dinindən və elmindən əl çəkməyəcəkdir

Düşmənin son təcavüzü nəticəsində baş verən müharibədə şəhid olanların anım mərasimi İslam İnqilabı Rəhbərinin, şəhid ailələrinin, ölkənin yüksək rütbəli dövlət və hərbi rəsmilərinin, eləcə də xalqın geniş şəkildə iştirakı ilə 29.07.2025-ci il tarixdə İmam Xomeyni hüseyniyyəsində keçirildi. Həzrət Ayətullah Xamenei mərasimin bir hissəsində bir neçə dəqiqəlik çıxış etdi.
İran düşməni 45 ildir üstələyib Plakat

İran düşməni 45 ildir üstələyib

İslam İnqilabının əvvəlindən indiyədək, İranda bu kimi hadisələr dəfələrlə baş vermişdir – səkkiz illik təcavüzkar müharibə, müxtəlif fitnələr: hərbi, siyasi, təhlükəsizlik sahəsində və çevriliş cəhdləri və bu kimi başqa olaylar. Son 45 il ərzində İran İslam Respublikası bu sahələrdə bütün düşmənləri üstələməyi bacarmışdır.