Allah Rəsulunun vəfat etdiyi andan 260-cı (qəməri) ilə qədər imamlar orta, uzun və bəzən də qısamüddətli bir zamanda İlahi hökumət qurmağa çalışdılar. Məsələn, bizim nəzərimizcə, İmam Həsənin (ə) dövründə İslam hökumətinin qurulması cəhdi qısamüddətli bir zaman üçün nəzərdə tutulmuşdu.
Quranda əzəmətli Peyğəmbərdən bəhs edən ayələr çoxdur. Bu ayələrin bəziləri indiki bəşərin vəziyyəti ilə çox aydın bir uyğunluq təşkil edir. İnsan ayəni oxuyanda görür ki, sanki elə bu gün və bu günün insanı üçün nazil olub. Bu ayələrdən biri "Tövbə" surəsinin 128-ci ayəsidir.
Amerika İrana hücum etdi və bizim cavab zərbəmiz Amerikaya qarşı olduqca həssas bir zərbə idi. İnşallah, senzuralar aradan qalxacaq və ondan sonra bəlli olacaq ki, İran nə edib
Biz müharibəyə qətiyyətlə daxil olduq. Səbəbi budur ki, sionist rejim Amerikaya üz tutmağa məcbur qaldı. Əgər özünü müdafiə etməyə qadir olsaydı, bu şəkildə Amerikaya sığınmazdı. Amma sığındı.
İran xalqı heç bir meydanda zəif tərəf kimi zahir olmayacaq. Çünki biz bütün lazım olan vasitələrə malikik, həm məntiqimiz var, həm də gücümüz, həm diplomatiya sahəsində, həm də hərbi sahədə.
İranın hücum etdiyi o mərkəz [Əl-Üdeyd bazası] Amerikanın bu bölgədəki son dərəcə həssas bir mərkəzi idi. Zərbə böyük bir zərbə idi, əlbəttə, Amerikaya və başqalarına bundan da böyük zərbələr endirmək mümkündür.
İslam düşmənlərinin müxtəlif vasitələrlə İslam ümmətinə qarşı fəaliyyət göstərdiyi bir zamanda, Allah-təalanın qəfil olaraq Ərbəin yürüşü hadisəsini bu cür cilvələndirməsi İlahi böyük bir nişanədir.