Hidden in list: 
Show in list
Vəhdət təcavüzə mane olur Plakat

Vəhdət təcavüzə mane olur

Bu gün İran xalqı vəhdətdədir. Siyasi-ictimai fikir ayrılıqları mövcuddur, amma bu quruluş və ölkənin müdafiəsində, düşmənə qarşı müqavimətdə vəhdət halındadır. Bu birlik düşmənin zərərinədir və onların təcavüz və hücumlarına mane olur.
Bəndəliyin əsas sirri Plakat

Bəndəliyin əsas sirri

Peyğəmbərin Allaha bəndəliyinin əsas sirri budur: heç bir qüdrəti Allahın qarşısında hesaba almamaq, ondan qorxmamaq, başqalarının istəklərinə görə Allah yolunu tərk etməmək.     Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 27.09.1991
Bir-birinizlə dil tapın Plakat

Bir-birinizlə dil tapın

Evliliyin əsas bünövrəsi qız və oğlanın bir-biriləri ilə yola getməsidir. Bir-biriləri ilə dil tapmalıdırlar. Bu "Bir-biriləri ilə dil tapmalıdırlar" cümləsinin çox dərin bir mənası vardır. Bunu əsas götürün ki, Allah-təala da öz bərəkətlərini sizlərə şamil etsin, inşallah.   Seyid Əli Xamenei  11.07.1991
Bəşəriyyət üçün ən yaxşı nümunə Plakat

Bəşəriyyət üçün ən yaxşı nümunə

Həzrət Peyğəmbərin (s) misilsiz həyatı və şəxsiyyəti İslam tarixinin bütün dövrləri üçün daimi bir dərs və örnəkdir. Quran bu barədə buyurur: "Allahın Rəsulunda sizlər üçün gözəl nümunələr var". Onun bu mübarizliyi sayəsində İslam təlimləri bütün tarix boyu yayılmışdır. Bu təlimlər yalnız müsəlmanlara aid deyil, bütün bəşəriyyət İslamın təlimlərinin yayılmasından faydalanır.  
Xədicə digər xanımlardan fərqlənir Plakat

Xədicə digər xanımlardan fərqlənir

Xanım Xədicə (əleyha salam), həqiqətən də, məzlumdur, çünki Peyğəmbərin həyat yoldaşı olmaq şərəfi onun barəsində ikiqat dəyərə malikdir. Başqaları da Peyğəmbərin həyat yoldaşı olmaq şərəfinə nail oldular, lakin onlar Peyğəmbərin risalətinin əsas dövrlərində üzləşdiyi əzab-əziyyətlərə qatlanmadılar. On il Mədinədə olmuşdu, amma izzət, hörmət və o dövrlə müqayisədə rahat bir həyat idi. Xanım Xədicə (əleyha salam) isə Peyğəmbərin əziyyətli dövrünə və çətinliklərinə dözdü.
Bütün yaxşılıqların müəllimi Plakat

Bütün yaxşılıqların müəllimi

İslam Peyğəmbəri bütün yaxşılıqların müəllimi, ədalətin, insanlığın, mərifətin, qardaşlığın müəllimi, həmçinin bəşəriyyətin tarixin sonuna qədər davamlı tərəqqi, təkamül və inkişafının müəllimi idi.
Səccaddan Həsən Əskəriyə qədər olan xətt Mətndən çıxarış

Səccaddan Həsən Əskəriyə qədər olan xətt

Əhlibeyt imamlarının (əleyhimussalam) həyatının bütünlüklə Allah yolunda cihad və mübarizə ilə dolu olduğunu biz görmüşük və oxumuşuq. İmam Səccad (ə)‑dan on birinci imam İmam Əskəriyə (ə)‑yə qədər davamlı bir xətt vardır. Bu davamlı xətt bütünlüklə çalışmaq, döyüş, mübarizə və o dövrün hakimiyyətinə qarşı dayanmaq, hakimiyyətə bağlı olanlara qarşı mövqe sərgiləməkdən ibarətdir. Həmrəzmane- Hüseyn, səh 333
Xalq ağızlarının üstündən vurdu Plakat

Xalq ağızlarının üstündən vurdu

13 iyun günü İrana hücum edildi. Bir gün sonra Amerikanın adamları Avropanın bir paytaxtında toplaşaraq İslam Respublikasının yerinə hökumət barədə müzakirə apardılar və hətta İran üçün şah da təyin etdilər. Amma İran xalqı silahlı qüvvələrin, dövlətin və quruluşun yanında duraraq bunların hamısının ağzının üstündən möhkəm vurdu.
İranın peşman edici zərbə vurmasını gözləmirdilər Plakat

İranın peşman edici zərbə vurmasını gözləmirdilər

Amerikalılar sionist rejimi təhrik etdilər və ona kömək etdilər ki, İrana hücum etsin və işi bitirsin. Onlar güman etmirdilər ki, İran qarşılıq olaraq onlara elə bir zərbə endirəcək ki, peşman olacaqlar.
Xalq qələt gözlənti müqabilində dayanıb Plakat

Xalq qələt gözlənti müqabilində dayanıb

Bu gün Amerikada hakimiyyətdə olan şəxs istəyir ki, İran Amerikanın göstərişinə tabe olsun. İran xalqı isə belə böyük bir təhqirdən şiddətli narazılıq duyur və bu qələt gözləntini xalqdan umanlara və həmin şəxsə qarşı bütün gücü ilə dayanır.