Hidden in list: 
Show in list
Təbrizlilər vəzifələrini anında dərk etdilər və qalxdılar Plakat

Təbrizlilər vəzifələrini anında dərk etdilər və qalxdılar

1978-ci il fevral ayının 18-də Pəhləvi rejiminə qarşı tarixi qiyam zamanı təbrizlilər öz vəzifəsini anında dərk etdilər və anında öz vəzifələrinə görə qiyam etdilər. Məsələnin əhəmiyyəti bundan ibarətdir.
(İrandakı) Azərbaycan eşq və qeyrət məfhumudur Plakat

(İrandakı) Azərbaycan eşq və qeyrət məfhumudur

Bütün Təbriz və (İrandakı) Azərbaycan əhalisinə, o əziz və qeyrətli xalqa salam göndərirəm və sözün həqiqi mənasında (İrandakı) Azərbaycan eşq və qeyrət məfhumudur.  
Düşmən xalqın seçkidə iştirakını istəmir Plakat

Düşmən xalqın seçkidə iştirakını istəmir

Bir dəfə bir ABŞ prezidenti İran xalqına xitab etdi ki, seçkilərdə iştirak etməyin. Xalq onun acığına daha çox iştirak etdilər və o seçkilər daha coşqulu oldu. Ondan sonra artıq birbaşa demirlər. Lakin müxtəlif yollarla çalışılırlar ki, xalqı seçkilərdən uzaqlaşdırsınlar.
İmamların müştərək və xüsusi vəzifələri; İmam Səccad (ə) Plakat

İmamların müştərək və xüsusi vəzifələri; İmam Səccad (ə)

İmam Səccad (ə) ümumi şəkildə üç rol icra etdi. İmam Səccad (ə) və başqa imamlar arasında iki müştərək vəzifə vardır. İmamlar imamətin 250 illik dövründə İslam və İslam cəmiyyəti ilə bağlı iki ümdə vəzifəni yerinə yetirdilər; bunlardan biri İslam maarifinin, İslam hökmlərinin və İslam fiqhinin bəyan edilməsi, eləcə də İslamın təhriflərdən və ona tətbiq olunan azğınlıq və təhriflərdən qorunması idi. Digəri isə Ələvi hökuməti idarəsi altında olan İslami və İlahi cəmiyyətin təşkili üçün zəmin yaratmaq... İmam Səccadın (ə) başqa bir vəzifəsi və imamlıq dövründəki işi Aşura hadisəsini yaşatmaq idi və bunun özü də bir dərsdir. Aşura hadisəsi elə bir hadisə idi ki, bu hadisə baş verdi, ta axırzamana qədər tarix, gələcək nəsillər və bütün müsəlmanlar bundan dərs alsınlar.
Zeynəbi-Kübranın (ə) əzəmətli səbri Plakat

Zeynəbi-Kübranın (ə) əzəmətli səbri

Zeynəbi-Kübranın (ə) əzəmətli səbir və duruşu nəticəsində bu gün dini dəyərlərin dünyada geniş yayılmış olduğunu görə bilirsiniz.
Hicab qadının və cəmiyyətin əmniyyətini təmin edir Plakat

Hicab qadının və cəmiyyətin əmniyyətini təmin edir

İslam qadın üçün hicabı təyin etdi. Bu hicabın özü təhlükəsizlik vasitələrindəndir. Hicabla həm müsəlman qadın təhlükəsizlik əldə etmiş olur, həm də müsəlman kişilər. O yerdə ki hicabı qadından alırlar, o yerdə ki qadını üryan və soyunmağa sövq edirlər, birinci növbədə qadının, daha sonra isə kişilərin və cavanların əmniyyətləri alınacaqdır. Sağlam və təhlükəsiz bir mühitin olmağından, qadının cəmiyyətdə öz işini həyata keçirməyindən və kişinin də öz məsuliyyətlərini yerinə yetirməyindən ötrü İslam hicabı təyin etmişdir və bu hicab da İslamın gözəçarpan hökmlərindən biridir. Hicabın başqa faydaları da mövcuddur.​
Zamanın İmamı insanların içərisində yaşayır Plakat

Zamanın İmamı insanların içərisində yaşayır

Allahın höccəti insanlar arasında diri və mövcuddur, onlarla birgə yaşayır, onları görür, onlarladır, dərdlərini, ağrılarını hiss edir. İnsanlara da gəldikdə, bəziləri bu səadətə nail olsalar, tutumları və qabiliyyətləri olsa, bəzi mövqelərdə tanımadıqları halda onu ziyarət edirlər. O, mövcuddur, yəni həqiqi, müəyyən, konkret bir ada və ata-anaya sahib olmaqla insanlar arasındadır və onlarla yaşayır. Bu biz şiələrin əqidəsinin xüsusiyyətidir.
Düşməni zəif və bacarıqsız təsəvvür etməyək Plakat

Düşməni zəif və bacarıqsız təsəvvür etməyək

Düşməndən qəflət etməyək. Düşmənin məkr, hiylə və (hiyləsini həyata keçirmək üçün) vasitələri vardır. Düşməni zəif və bacarıqsız təsəvvür etməyək. Düşməni zəif və çarəsiz hesab etmək olmaz.
22 Bəhmənin (11 fevral) coşqulu yürüşü İran millətinin düşmənləri üçün gözlənilməz oldu Plakat

22 Bəhmənin (11 fevral) coşqulu yürüşü İran millətinin düşmənləri üçün gözlənilməz oldu

İslam inqilabının qələbəsinin ildönümündə 22 Bəhmən (11 fevral) yürüşünə görə İran millətinə təşəkkür edirəm. Xalq öz coşqulu və canlılığını göstərdi. (Bu yürüş) İran millətinin (inqilabdan) soyuduğunu arzu edənlər üçün gözlənilməz oldu.
Seçkilər ölkənin əsas sütunudur Plakat

Seçkilər ölkənin əsas sütunudur

Seçkilər İslam Respublikası sisteminin əsas sütunu və ölkə islahatı üçün həll yoludur. Kimlər ki problemləri həll etməyin ardıncadırlar, yolu seçkilərdir.​