Hidden in list: 
Show in list
İsa Peyğəmbər olsaydı,... Plakat

İsa Peyğəmbər olsaydı,...

Əgər Həzrət İsa Məsih (əleyhissəlam) bu gün aramızda olsaydı, zalım və dünya imperializminin başçıları ilə mübarizə aparmaqda bir an belə vaxt itirməzdi. O, böyük güclər tərəfindən istismar edilən, müharibə, fəsad və qarşıdurmalara sürüklənən milyardlarla insanın aclığına və sərgərdanlığına qatlaşmazdı.
Amerikanın hökumətlər üçün proqramı Plakat

Amerikanın hökumətlər üçün proqramı

Amerikanın ölkələrə hakim kəsilmək proqramı bu ikisindən biridir: ya onlarla saziş edən, dialoqa girən və ölkə mənafelərini aralarında bölüşdürən fərdi diktatorluq hökuməti yaratmaqdır, ya da hərc-mərclik və iğtişaş icad etmək. Suriyada isə iğtişaşa gətirib çıxardılar.
Düşmən arzusunu qəbrə aparacaq Plakat

Düşmən arzusunu qəbrə aparacaq

(İslam İnqilabından öncə) Amerikanın istəyi bu idi ki, İran tam itaətkar olsun, Amerika və sionist rejimin mənafeyini təmin etsin. Bunlar İran üçün bunu arzulayırdılar, bu gün də elə bunun arzusunu edirlər. Karter bu arzunu özü ilə qəbrə apardığı kimi, bunlar da bu arzunu qəbrə aparacaqlar.
İran millətilə başqa millətlərin fərqi Plakat

İran millətilə başqa millətlərin fərqi

İran milləti ilə başqa millətlər arasında olan fərq budur ki,  Amerikanın təcavüzkar, yalançı və kələkbaz olduğunu deməyə cəsarəti vardır, lakin başqaları cürət etmirlər və öz öhdələrinə düşəni yerinə yetirmirlər. Yerinə yetirmədikdə də nəticə hasil olmur.
Düşmən zillətlə məntəqədən çıxacaq Plakat

Düşmən zillətlə məntəqədən çıxacaq

İnşallah, başda bu çox tamahkar və cinayətkar Amerika olmaqla düşmən və təcavüzkarların hamısı Qərbi Asiya əhalisindən əl çəkməyə və zillətli formada bu regiondan çıxmağa məcbur olacaqlar.
Yumşaq təhdiddən məqsəd Plakat

Yumşaq təhdiddən məqsəd

Yumşaq təhdid xalqın ictimai rəyini təhrif etmək, düşmən müqabilində müqavimət göstərməkdə şəkk və ixtilaf yaratmaq deməkdir. Düşmənlər bu işi görürlər, lakin Allahın lütfü ilə bu günə kimi nəticəyə çatmayıblar.
Məhdəviyyət – şiənin ümid mənbəyi Plakat

Məhdəviyyət – şiənin ümid mənbəyi

Şiələr arasında olan bu etiqad və inancın ən böyük xüsusiyyəti ümid yaratmaqdır. Şiə cəmiyyəti təkcə öz keçmişdəki öz tarixinin əsas üstün məqamlarına əsaslanmır, gələcəyə də baxır. Şiə inancına görə, məhdəviyyət məsələsinə etiqadı olan bir nəfər ən çətin şəraitdə belə, qəlbi heç zaman ümidsiz olmur və həmişə onda ümid şöləsi mövcuddur.
Belə şəraitdə xalq yürüşə çıxdı Plakat

Belə şəraitdə xalq yürüşə çıxdı

Bu il İslam inqilabının qələbəsinin ildönümü yürüşündə xalqın iştirakı düşmənin məkrli təbliğat bombardmanı və yumşaq müharibə taktikalı hərəkətləri altında baş verən böyük milli bir hərəkət və xalq qiyamı idi.
Qələbə gününün yürüşü ilə düşmənə cavab Plakat

Qələbə gününün yürüşü ilə düşmənə cavab

İran xalqı 22 Bəhmən – İslam inqilabının qələbəsi ildönümü yürüşündə ardıcıl davam edən axmaqcasına olan təhdidlər qarşısında öz kimliyini və gücünü hamıya göstərdi.