Qardaşım, əzizim, iftixar səbəbim, İslam dünyasının sevimli siması, regional millətlərin danışan dili, Livanın parlayan gövhəri cənab Seyid Həsən Nəsrullahı (Allah ona rəhmət eləsin) Tehran cümə namazında ehtiramla yad etməyi zəruri hesab etdim.
بسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
َصْرٌ مِنَ اللَّهِ وَفَتْحٌ قَرِيبٌ وَبَشِّرِ الْمُؤْمِنِينَ﴿۱۳﴾ - صف
Kömək Allah tərəfindəndir və qələbə də yaxındır. Möminlərə müjdə ver. ﴾13﴿
Səf surəsi, ayə 13
Livanda müdafiəsiz insanların qətliamı yenə də quduz sionis itin yırtıcılığını hamıya aşkar etdi.
Sionist cinayətkarları bilsinlər ki, Livan Hizbullahının möhkəm quruluşuna mühüm zərbə vura biləcək həddən çox aşağıdırlar.
Bu regionun müqəddəratını başıuca Hizbullah başda olmaqla müqavimət qüvvələri təyin edəcəkdir.
Seyid Həsən Nəsrullahın Livanda təməlini qoyduğu prinsip digər müqavimət mərkəzlərinə istiqamət verdi. Onun yoxluğu ilə bu prinsip nəinki aradan getməyəcəkdir, hətta onun və bu hadisədəki şəhidlərin qanının bərəkəti ilə bu prinsip daha çox möhkəmlənəcəkdir.
Müqavimətin seyidi bir fərd deyildi, bir yol və bir məktəb idi. Bu yol elə o cür də davam edəcəkdir. Şəhid Seyid Abbas Musəvinin qanı yerdə qalmadığı kimi, Seyid Həsənin də qanı yerdə qalmayacaqdır.
Adətən, belə təsəvvür edilir ki, İmam Sadiq əleyhissalam minbərdə otururdu və dörd min nəfər ətrafına yığılırdı. Amma belə deyildi...İmamın uzun ömür sürdüyü müddətdə dörd min nəfər tədricən o Həzrətin hüzuruna yetişiblər. Belə deyildi ki, xəlifələr İmama oturub danışmağa icazə versinlər. İmamın həyatı aram və rahat bir həyat olmayıb.
Hökumət ölkənin hansı sərvət və imkanlara sahib olmasından xəbərdar olmalıdır. Bu imkanların bir növü siyasi imkanlardır. Bir zaman İranı xalça və nefti ilə tanıyırdılar, bu gün isə İranı dünyada elmi, hərbi inkişafı, regional qüdrəti və dərin strategiyası ilə tanıyırlar.
Əgər süni intellektin dərin və müxtəlif qatlarını ələ gətirməsəniz, sabah dünyanın qüdrət ardınca olan insanları "Süni intellekt agentliyi" də vücuda gətirərlər və daha o zaman icazə verməzlər ki, siz onların təyin etdiyi həmin xətdən keçəsiniz. Ona görə də bunun dərin texnologiyalarına yiyələnməliyik. Ölkədə onun infrastrukturunu ələ gətirmək ardınca olun.