Hidden in list: 
Show in list
Şagirdin qabiliyyətlərini üzə çıxarın Plakat

Şagirdin qabiliyyətlərini üzə çıxarın

Şagirdə birinci növbədə elm öyrətməli, eyni zamanda onda özünəinam, himmət və maraq yaratmalı, ona iş görmək və dərs üçün şövq verməlisiniz ki, özündə olan bu qabiliyyətləri üzə çıxara bilsin.
Bu ilin Həcci düşmənlərdən bezarlıqdır Plakat

Bu ilin Həcci düşmənlərdən bezarlıqdır

Həzrət İbrahimin (əleyhissəlam) bizə verdiyi təlimlərə əsasən, builki Həcc düşmənlərdən bezarlıq Həccidir. (Builki Həcc) Qəzza cinayətini işə salan Qərb sivilizasiyasından doğan qaniçənlərdən bezarlıq etməkdir.
Müəllim şagirdin kimliyini formalaşdırır Plakat

Müəllim şagirdin kimliyini formalaşdırır

Bizim siz müəllimlərdən də gözləntilərimiz vardır. Müəllim təkcə elmi tədris edən deyil, eyni zamanda şagirdin şəxsiyyətini də formalaşdırandır. Bu məsələyə diqqət edin. Diqqət edin ki, siz bu gənc və yeniyetmənin şəxsiyyətini formalaşdırırsınız. Əgər dərindən iş görsəniz və (o şagird) universitetə getsə, universitetdə mövcud olan problem ona təsir etməyəcək, onun şəxsiyyəti formalaşacaqdır. Siz həqiqətdə sinifinizdə olan bu gənc və yeniyetmənin batini potensial və istedadlarını üzə çıxarırsınız. Beləliklə də, sizlər şəxsiyyət formalaşdırırsınız.
Müsəlman xalqlar və dövlətlər kömək etsinlər Plakat

Müsəlman xalqlar və dövlətlər kömək etsinlər

Bu gün Fələstinin dəstəyə ehtiyacı vardır. İran İslam Respublikası bu məsələdə onu-bunu gözləmir və gözləməyəcəkdir də. Lakin müsəlman millət və dövlətlərin güclü əlləri həmkarlıq edərsə, bunun təsiri daha da çox olacaqdır. Bu bir vəzifədir.
Məktəblərdə əxlaqi-ictimai zərərlərin qarşısının alınması Plakat

Məktəblərdə əxlaqi-ictimai zərərlərin qarşısının alınması

Təlim-Tərbiyə Nazirliyində tərbiyə sektorunun birinci işi gənclər arasında əxlaqi və ictimai zərərlərin meydana gəlməsi və geniş yayılmasının qarşısını almaqdır. Mən bunu təklif etmək istəyirəm ki, aktiv olan gənc və yeniyetmələrimiz ictimai zərərlərin qarşısını almalıdırlar. Bu işin müqəddiməsi budur ki, məktəblərin özündə ictimai zərərlər mövcud olmasın. Bu iş də məktəblərdə mədəniyyət işləri üzrə müavinliyin öhdəsindədir.
Nağıllar uşaqlarda şəxsiyyət formalaşdırır Plakat

Nağıllar uşaqlarda şəxsiyyət formalaşdırır

Nağıl danışmaq çox gözəl incəsənətdir. Yaxşı hekayələr uşağın şəxsiyyətini formalaşdırır. Analarımızdan, nənələrimizdən eşitdiyimiz həmin köhnə nağılları gözdən keçirdikdə, onlarda nə qədər hikmət olduğunu görürük. İnsan öz xüsusiyyət və düşüncələrini dərindən araşdırdıqda (kökünün) bu hekayələrə gedib çıxdığını görür. Yaxşı hekayə çox mühüm bir məsələdir. Çalışın bu nağıl danışmaqda və bu incəsənətdə uşaqda yaratdığınız ilk şey iman olsun.
Müəllimlərdən olan gözləntim Plakat

Müəllimlərdən olan gözləntim

Şagirdi milli iftixarlar, ölkənin mövcud imkanları, habelə düzgün yolları keçməklə, doğru şüarlar verməklə ələ gələn qələbələrlə tanış edin. Bunların kənarında xətərlərlə, düşmən və düşmənçiliklərlə də tanış edin. Bu da (müəllim cəmiyyətindən olan) başqa bir gözləntidir.
Allah evinin zəvvarlarının vəzifəsi Plakat

Allah evinin zəvvarlarının vəzifəsi

Builki Həcc ziyarətində (düşmənlərdən) bezarlıq etmək həmişəkindən daha aydın görünür. İstər iranlı, istərsə də dünyanın hər tərəfindən olan qeyri-iranlı mömin zəvvarlar bu Quran məntiqini bütün İslam dünyasına çatdırmağı bacarmalıdırlar. Bu, vəzifədir.
Müəllim cəmiyyətində örnəyin əhəmiyyəti Plakat

Müəllim cəmiyyətində örnəyin əhəmiyyəti

Ölkənin müəllim cəmiyyətində nümunə formalaşdırmaq mühüm məsələdir. Sizin ölkə boyu müəllim cəmiyyətində örnək olan müəllimləriniz kimlərdir? Bizim başqa sahələrdə ülgülərimiz vardır. Məsələn, idman sahəsində qəhramanlarımız, sənətdə görkəmli sənətkarlar, dini təlim və ruhanilik sahəsində bir dəstə görkəmli ruhanilər başqaları üçün örnəkdirlər. Din tələbəsi mərcəyi-təqlidə, o böyük dərs deyənə (bir nümunə ünvanında) baxır. Müəllim cəmiyyətində bu nümunələr kimlərdir? Təlim-Tərbiyə Orqanı müəllim göstəriciləri baxımından başqalarından seçilən və görkəmli müəllimləri bütün ölkə boyu tapıb, cəmiyyətə tanıtdırsınlar.
Qəzza qətlində əli olanla dostluq etmək olmaz Plakat

Qəzza qətlində əli olanla dostluq etmək olmaz

Əgər Amerikanın köməyi olmasaydı, sionist rejimin qadın, kişi və uşaqla bu cür vəhşicəsinə rəftar etməyə gücü çatardı? Bu qətldə birbaşa əli olan və bu qətlə dəstək verənə qarşı dostluq əli uzatmaq olmaz. Kim bunlara dostluq əli uzadırsa, zalımdır.