Hidden in list: 
Show in list
Onlar heç bir qələt edə bilməzlər Plakat

Onlar heç bir qələt edə bilməzlər

Bir neçə il əvvəl Amerika prezidentlərindən biri demişdi: “Əgər bacarsam, İranın nüvə sənayesinin bolt-qaykalarına qədər aradan qaldıraram”, əlbəttə, etiraf etmişdi ki, bunu bacarmır. Bu gün hakimiyyətdə olan sionistlər və amerikalılar da bilməlidirlər ki, bu mövzuda heç bir qələt edə bilməzlər.
Bu iş xalq üçün izzətdir Plakat

Bu iş xalq üçün izzətdir

Şəhid Prezident Rəisinin BMT Baş Assambleyasında Quranı başı üzərinə qaldırması və ya şəhid Süleymaninin şəklini əlində tutub ucaltması xalq üçün izzətdir.
Bezarlıq siyasi bir iş və dini bir vəzifədir Plakat

Bezarlıq siyasi bir iş və dini bir vəzifədir

Əgər biz bezarlıq məsələsində israr və ona təkid edir və onu yerinə yetiririksə,… bu, İslamın vacib buyurduğuna görədir. Ayədə buyurulur: “Allah və onun Rəsulu da müşriklərdən bezardır”, möminlər də müşriklərdən bezardırlar: “Həqiqətən, biz sizdən və Allahdan başqa ibadət etdiklərinizdən bezarıq. Biz sizi təkzib edirik. Siz yeganə olan Allaha iman gətirməyincə həmişə bizimlə sizin aranızda ədavət və düşmənçilik olacaqdır.” Bu, dinə aiddir. Bəli, bu siyasətdir, həcc əməllərində siyasi iş var, lakin bu siyasi iş elə dini vəzifənin özüdür.​
Həccdəki bezarlıq düşmənlərə qarşı ayıqlıq yaradır Plakat

Həccdəki bezarlıq düşmənlərə qarşı ayıqlıq yaradır

[Amerikanın] İslama və müsəlmanlara qarşı əsas siyasəti müharibə odunu alovlandırmaqdır… Müsəlmanlar ayıq olmalı və bu şeytani siyasəti puça çıxarmalıdırlar. Həcc bu ayıqlığın zəminini yaradır və həccdə müşriklərə və hegemonlara qarşı bezarlığın fəlsəfəsi də məhz budur.​
Sözdə və əməldə müşriklərdən bezarlıq edin Plakat

Sözdə və əməldə müşriklərdən bezarlıq edin

Mənim israrlı tövsiyəm bu xoşbəxt zəvvarların hamısına, xüsusilə də bu İlahi görüş məkanında iştirak edən İslam ölkələrinin alim və xətiblərinə, həmçinin bu iki şərafətli iki Hərəmin cümə xətiblərinə budur ki, məsələni doğru anlayaraq bugünkü və təcili vəzifələrini dərk etsinlər… Bütün qəzəb və fəryadlarını İslam ümmətinin düşmənlərinə, fitnələrin başında duran sionizm və Amerikaya yağdırsınlar. Müşriklərdən bezarlığı sözlərində və əməllərində açıq şəkildə göstərsinlər.
Bezarlıq həccin canıdır Plakat

Bezarlıq həccin canıdır

(Allah düşmənlərindən) Bezarlığı biz kənardan gətirib həccə daxil etməmişik. O, həccin bir hissəsidir, həccin ruhudur və bu əzəmətli həcc toplantısının həqiqi mənasıdır.
Bezarlıq və zalımların əleyhinə hayqırış Plakat

Bezarlıq və zalımların əleyhinə hayqırış

Bezarlıq o deməkdir ki, insanlar [həcc zamanı] bir yerə toplanaraq, qalstuk taxıb, ütülü paltar geyinmiş, ətir vurmuş və vəhşilərin ən vəhşisi kimi insanları qətlə yetirən cəlladlara qarşı, həmçinin onları dəstəkləyənlərə, onların xeyrinə beynəlxalq toplantılarda qərarlar verənlərə qarşı hayqırsınlar və fəryad etsinlər.
Dünyanın ixtiyar sahibliyi iddiasında olanlar Plakat

Dünyanın ixtiyar sahibliyi iddiasında olanlar

Bu gün dünyanın ixtiyar sahibliyi iddiasında olanlar uşaqları və xəstələri öldürürlər, xəstəxanaları dağıdırlar, mülki insanları bombalayırlar.
Döyüşçü və xilasedicinin fərqli vəzifələri Plakat

Döyüşçü və xilasedicinin fərqli vəzifələri

Döyüşçünün iki vəzifəsi var: biri düşməni geri oturtmaq, digəri isə özünü qorumaq. Lakin bizim xilasedici özünü qorumağı düşünmür, başqalarını qorumağı düşünür.
Hətta zalıma yardım da etdilər! Plakat

Hətta zalıma yardım da etdilər!

Bəzi Qərb ölkələrinin rəhbərləri illərdir dünyanın qulağını sülh və insan haqları şüarları ilə kar ediblər. Amma məsələ Qəzzadakı minlərlə məzlum uşağın qətliamına gəldikdə, nəinki bunun qarşısını almadılar, hətta zalıma yardım da etdilər!