زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Vilayət sayəsində mümkün olan rahat həyat Plakat

Vilayət sayəsində mümkün olan rahat həyat

Əgər vilayət İslami olarsa, Əmirəlmöminin Əlinin kölgəsi altında yaşayış mömin, hətta fasiq və kafir üçün, bir sözlə, hər kəs üçün hasil olacaqdır. Hətta kafirlər belə, orada rahat həyat sürəcəklər. Belə deyil ki, orada təkcə təqvalı insanlar rahat olsunlar, təqvalı olmayanlar da o mühitin təhlükəsizliyindən, bərabərliyindən, ədalətindən və o mühitin mənəvi hüzurundan istifadə edəcəklər. Əgər hökumət İlahi olmazsa, cəmiyyət, daxilində ayrı-seçkilik hökm sürən bir cəmiyyət olacaqdır.​
QƏDİR-XUM–DİN VƏ SİYASƏTİN YENİ TƏRKİBİ Plakat

QƏDİR-XUM–DİN VƏ SİYASƏTİN YENİ TƏRKİBİ

Həzrət Adəmin zamanından başlayan peyğəmbərlik və risalət silsiləsi və dinlə siyasətin pik həddə yeni formada və metodla birləşməsinin bir (İlahi) sünnətə çevrilməsi və cəmiyyətin hidayətini zəmanət altına alması Qədir-Xum hadisəsində baş verdi.​
QƏDİR-XUM ƏDALƏT VƏ FƏZİLƏT HAKİMİYYƏTİ MƏNASINI ÖZÜNDƏ EHTİVA EDİR Plakat

QƏDİR-XUM ƏDALƏT VƏ FƏZİLƏT HAKİMİYYƏTİ MƏNASINI ÖZÜNDƏ EHTİVA EDİR

  Qədir-Xum məsələsi bu yüksək məzmuna sahib olması ilə bütün müsəlmanlara aiddir, çünki bu məsələ ədalət, fəzilət və Allah vilayətinin hakimiyyəti mənasını daşıyır. Biz əgər, həqiqətən də, Əmirəlmöminin Əlinin vilayətindən möhkəm yapışmaq istəyiriksə, özümüzü və ətraf mühitimizi ədalətə yaxınlaşdırmalıyıq. Bunun ən böyük nümunəsi budur ki, bacardığımız qədər ədaləti bərqərar edək. Çünki ədalətin əhatə dairəsi sonsuzdur. ​
QƏDİR-XUM, YƏNİ İSLAMIN HƏQİQİ RUH VƏ MƏZMUNUNDAN QAYNAQLANAN HADİSƏ Plakat

QƏDİR-XUM, YƏNİ İSLAMIN HƏQİQİ RUH VƏ MƏZMUNUNDAN QAYNAQLANAN HADİSƏ

Qədir-Xum hadisəsi İslamın həqiqi ruhu və məzmunundan qayanaqlanan bir hadisədir. Allah-təalanın Peyğəmbərə (s) vəfatından təqribən yetmiş gün öncə "Sənə əmr etdiyimi insanlara çatdır, əgər çatdırmasan, öz risalətini yerinə yetirməmisən", –deyə buyurması onu göstərir ki, İslamın həqiqi ruh və məzmunu Qədir-Xumda mövcuddur.​
Qədir-Xum bayramı təbriki Plakat

Qədir-Xum bayramı təbriki

Mübarək Qədir-Xum bayramı münasibətilə bütün müsəlmanları təbrik edirəm.​
14-cü prezident seçkiləri ərəfəsində Qədir-Xum bayramı günü İnqilab Rəhbərinin xalqla görüşündən foto görüntülər Fotolar

14-cü prezident seçkiləri ərəfəsində Qədir-Xum bayramı günü İnqilab Rəhbərinin xalqla görüşündən foto görüntülər

  Qədir-Xum bayramı münasibətilə və 14-cü prezident seçkiləri ərəfəsində Gilan, Mərkəzi, Kohgiluye və Boyer-Əhməd, Şimali Xorasan əyalətlərinin əhalsindən böyük bir kütlə, şəhid ailələri və Həzrət Çahşerağe-Farsın müqəddəs hərəminin xadimləri 25.06.2024-cü il tarixdə səhər saatlarında İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Rəhbəri ilə görüşdülər. ​
Ali Məhkəmənin sədr və məsul şəxslərinin İnqilab Rəhbəri ilə görüşündən foto görüntülər Fotolar

Ali Məhkəmənin sədr və məsul şəxslərinin İnqilab Rəhbəri ilə görüşündən foto görüntülər

Ayətullah Behişti və dostlarının "Mücahidine -Xəlq" terrorist qruplaşmaları tərəfindən şəhid olduqları gün ərəfəsində və eləcə də İranda Milli Məhkəmə Günü münasibətilə Ali Məhkəmə Orqanlarının sədr və məsul şəxsləri bu gün 22.06.2024-cü il tarixdə İslam İnqilabının Rəhbəri ilə görüşdülər.
Ürəyim Rəisinin halına yandı Klip

Ürəyim Rəisinin halına yandı

Bu əzizi itirdikdən sonra gördüm, demək olar ki, bütün qəzetlər, bütün mətbuat virtual məkanda müxtəlif cərəyanlardan olan müxtəlif insanlar onun xidmətlərindən, gecə-gündüz tanımadan etdiyi fəaliyyətlərdən danışırlar. onun işini təqdir edirlər və tərifləyirlər.  Ürəyim yandı. Ürəyim Rəisinin halına yandı.
Mələklərin təvaf etdiyi məzar Klip

Mələklərin təvaf etdiyi məzar

Bura mələklərin təvaf etdiyi Əli bin Musər-Rzanın (Allahın salamı olsun ona) məzarıdır. Allahın diqqət mərkəzində olan bir məkandır. Təmiz qəlblər, sevgi dolu ürəklər, qəlbən bu pak ailəyə bağlananlar öz sevgi dolu qəlbləri ilə Uca Allahla danışırlar. O məkan səkkizinci İmamın bərəkətindən zikr, (Allaha olan) diqqət və tövhid mərkəzidir.
Sionist rejimin çökməsi dönəmindəyik Klip

Sionist rejimin çökməsi dönəmindəyik

Hər il təşkil olunan bu böyük yığıncaq mühüm bir hədəf güdməklə yanaşı, İran millətinin ehtiyac duyduğu bir hadisədir. Bu gün də mən əzəmətli İmam Xomeyninin baxış bucağından keçən ilin xordad ayından bu günə kimi baş verən iki mühüm mövzu haqda mətləb qeyd edəcəm. Fələstin məsələsinə gəldikdə, əzəmətli İmam Xomeyninin Fələstinin gələcəyi ilə bağlı proqnozlaşdırdığı məsələ bu gün tədricən həyata keçməkdədir. Əzəmətli İmam Xomeyninin Fələstin barədə istədiyi məsələ bu idi ki, saziş müzakirələrinə ürək bağlanmasın. İmam Xomeyninin nəzəri bu idi ki, Fələstin xalqının özü öz haqlarını geri qaytarmalı və düşməni geri çəkilməyə məcbur etməlidir. Bu gün bu hadisə həyata keçibdir. Fələstinlilər Əqsa fırtınası əməliyyatında meydana daxil oldular, fəaliyyətə və hərəkətə keçdilər və düşməni meydanın elə bir küncünə sıxışdırdılar ki, qaçmaq üçün heç bir yol, xilas olmaları üçün heç bir vasitə yoxdur. İki əsas və zəruri məqam. Bir məqam budur ki, 7 oktyabrda baş verən Əqsa fırtınası əməliyyatı eynilə məntəqənin ehtiyac duyduğu bir hadisə idi. Amerika və sionist ünsürləri tərəfindən hərtərəfli və geniş bir plan cızılmışdı və hədəf də məntəqənin hesablamarını dəyişmək idi. Bunun mənası sionist rejimin bütün Qərbi Asiyanın, daha doğrusu, bütün İslam dünyasının siyasət və iqtisadiyyatına yiyələnmək idi. 7 oktyabr fırtınası düşmənin tam dəqiqlik və incəliklə hazırladığı planı puça çıxardı. İkinci məqam budur ki, bu əməliyyat sionist rejimə həlledici bir zərbə idi, özü də heç bir əlacı olmayan zərbə. Sionist rejim bu zərbənin təsirindən elə bəlalara düçar oldu ki, bu bəlalardan xilas ola bilməyəcəkdir. Amerika sionist rejimi himayə edir, bir çox Qərb dövlətləri dəstəkləyirlər, lakin hamısı etiraf edir və bunu qəbul edirlər ki, sionist hökuməti üçün meydana gələn şərait elə bir şəraitdir ki, ondan qurtulmağın həll yolu yoxdur. Əqsa fırtınası belə bir möcüzə etdi; sionist rejimi elə bir yola gətirib çıxarıb ki, bu yolun sonu məhv olub aradan getməkdən başqa bir şey deyil. Siz ki görürsünüz, sionist rejim belə bir şiddət və qəsavətlə Qəzzanın müdafiəsiz əhalisinə hücum edir, bu hücum həmin planın puça çıxmasına əsəbi bir reaksiyadır. Biz sionist rejimin sona çatmasının başlanğıc dönəmindəyik. Sionist rejim dünya əhalisinin gözü önündə tədricən əriyib aradan gedir. Artıq məhv olmaq üzrədir.