زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
İMAM ÜMMƏTİN DÖYÜNƏN QƏLBİDİR Plakat

İMAM ÜMMƏTİN DÖYÜNƏN QƏLBİDİR

Şiə pərakəndə bir toplum idi, yəni vahid bir nöqtədə sakin olmayan bir cəmiyyət idi. Amma bu ayrı-ayrı bədənlərə və bu səpələnmiş hissələrə bir ruh hakimdir. Eynilə bir ipdə olan təsbehin dənələri kimi. Bu ip bütün bunları bir-birinə bağlayırdı. O ip nə idi? Vahid şiə mərkəzinə, şiənin ali rəhbərliyinə, yəni imama itaət etmək və tabe olmaq. İmam bütün üzvlərə göstəriş verən bir qəlbdir. Şiəlik bu şəkildə olan bir təşkilat və quruluşdur.
İki cəbhə arasındakı döyüşün formaları Plakat

İki cəbhə arasındakı döyüşün formaları

Hüseynçi cəbhə ilə zalımların cəbhələri arasındakı döyüş müxtəlif formalardadır. Bu döyüş qılınc və nizə dövranında bir cürdür, atom və süni intellekt dövründə isə başqa cür. Şeir, hədis və kəlamları ifadə edən təbliğat zamanında bir formada, internet, kvant və bu kimi vasitələrin dövründə də başqa bir formada.
Hüseynçi cəbhənin hədəfi budur Plakat

Hüseynçi cəbhənin hədəfi budur

İmam Hüseyn Kərbəla səfərində Hüseynçi cəbhəsinin hədəfinin zülm müqabilində cihad etmək olduğunu müəyyən edibdir. Bu cəbhənin əks tərəfi sitəm, zülm və İlahi əhdi sındıran cəbhədir. Bu gün siz bu qarşıdurmanı dünyada müşahidə edirsiniz.
Hərbun limən harəbəkum üçün başqa məna.... Plakat

Hərbun limən harəbəkum üçün başqa məna....

"Hərbun limən harəbəkum" həmişə ələ silah almaq mənasında deyil, doğru düşünmək, düzgün danışmaq, düzgün müəyyən etmək və dəqiq nişan almaq deməkdir. Vəzifənin nə olduğunu bilin, getməli olduğunuz yolu tanıyın. Əgər bu formada düşünsək, yolu müəyyən edib səy göstərsək, həyat mənalı və hədəfli olacaqdır.
Universitet tələbələrindən ibarət heyətlərin İmam Xomeyni (r.ə) hüseyniyyəsində iştirakı ilə İmam Hüseynin (ə) Ərbəin əzadarlığı mərasimindən foto görüntülər Fotolar

Universitet tələbələrindən ibarət heyətlərin İmam Xomeyni (r.ə) hüseyniyyəsində iştirakı ilə İmam Hüseynin (ə) Ərbəin əzadarlığı mərasimindən foto görüntülər

Əba Əbdillah Hüseyn (ə) və o Həzrətin vəfalı tərəfdarlarının şəhadətinin Ərbəini gününə təsadüf edən İslam İnqilabı Rəhbərinin hüzurunda ölkə boyu universitet tələbələrdən ibarət heyətlərin əzadarlıq mərasimi 25.08.2024-cü il tarixdə bazar günü günorta saatlarından qabaq İmam Xomeyni (r.ə) hüseyniyyəsində baş tutdu.
Qeyri-taktiki geri çəkilsəniz... Video

Qeyri-taktiki geri çəkilsəniz...

Düşmənin hərbi meydana daxil olduqda yaratdığı psixoloji savaş  (müqabil tərəfdə) qorxu və geri çəkilməklə nəticələnir. Qurani-Kərim bu geri çəkilmənin, əslində, Allahın qəzəbinə səbəb olduğunu bəyan edib açıqlamışdır: "Hər kəs o gün o mövqedə (döyüşü davam etdirmək üçün başqa bir yer axtaran və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla) onlara arxa çevirərsə, mütləq, Allahın qəzəbinə düçar olar". Sizə hücum edən bir düşmənlə qarşılaşsanız (hücum edənlərin müxtəlif növləri var, məsələn, biri qılıncla və meydanda üz-üzə hücum edəndir, biri təbliğat hücumçusu, biri iqtisadi hücumçu, digəri isə yeni texnologiyalara malik hərbi hücumçudur), əgər qeyri-taktiki olaraq geri çəkilsəniz (əlbəttə, bəzən geri çəkilmək taktikidir, bəzi vaxtlarda geri çəkilməyin özü irəliləmək kimi bir taktikadır və bunun eybi yoxdur; Quran buyurduğu kimi, "...Döyüşü davam etdirmək üçün başqa bir yer axtaran və ya (döyüşçü) dəstəyə qoşulmaq üçün yeni bir mövqe seçən şəxs istisna olmaqla"), bu mövqelərdən başqa halda geri çəkilsəniz,  "Allahın qəzəbinə düçar olar".
Aşura ruhiyyəsi şiələri qaynar güllələrə çevirir Plakat

Aşura ruhiyyəsi şiələri qaynar güllələrə çevirir

Şiə harada olsa, Hüseynin Aşurasının yolunu gedəcəkdir. Biz bunun səbəbini hər yerdə şiələrdə gözəçarpan bu nəbz döyüntülərinin o müqəddəs ziyarətgahdan qaynaqlandığında görürük. Bunlar (Aşura ruhiyyəsi) o müqəddəs, o pak ruhdan və o dəyəri uca olan qəbirdən qaynaqlanaraq şölələnib, ruhlara və canlara yayılıb, insanları isə qaynar güllələrə çevirərək, düşmənin ürəyinə sancıb.
Şiə Aşuranın davamçısıdır Plakat

Şiə Aşuranın davamçısıdır

Şiənin ruhu Kərbəla və Aşuradan qaynaqlanan bir ruhdur. Şiənin bədənində Aşura gününün nəbzinin döyüntüsü aydın şəkildə görünür. Şiə harada olsa, Hüseynin Aşurasının yolunu gedəcəkdir. 
ƏRBƏİN BUDUR Plakat

ƏRBƏİN BUDUR

Ərbəin şiələrin ümumdünyəvi yığıncaqda xatirələrlə dolu bir yerdə toplanması deməkdir. Ərbəin xatirələr diyarıdır; şanlı və böyük xatirələr yurdu, şəhidlər yurdu, Allah yolunda şəhid olanların məzarı!  İmam tərəfdarı olan şiələr bura toplaşıb, bacardıqları qədər bir-birilərinə qardaşlıq əli uzadıb, vəfadarlıq əhd-peymanı bağlamalıdırlar. Ərbəin budur.