زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Fələstin məsələsi müqabilində səssizlik Plakat

Fələstin məsələsi müqabilində səssizlik

Fələstin məsələsi müqabilində səssizlik İslam dünyasına zərbə vurdu, yəni İslam hökumətlərinə və bütün İslam ümmətinə aid olan belə bir təcavüz qarşısında səssiz qaldılar. Həmçinin bu təcavüzə həmrəy oldular və bu işlər də məhz həmin ölkələri( İslam ölkələrini) zəiflətdi. Nəticədə də, düşmənin onlar üzərində hökmranlıq etməyinə səbəb oldu.
Düşmən və iğtişaşçıların hədəfi ölkə inkişafını əngəlləməkdir Plakat

Düşmən və iğtişaşçıların hədəfi ölkə inkişafını əngəlləməkdir

Son iğtişaşlarda düşmənin fəaliyyətinin ən mühüm hissəsini propaqanda təşkil edirdi. Düşmən mediası iğtişaşçıların ölkənin zəif nöqtələrinə qarşı olduqlarını göstərmək istəyirdi, əslində isə onların istəyi bizim güclü nöqtələrimizin qarşısını almaq idi. Bəli, iqtisadi problemimiz var, amma zibil qutularını yandırmaqla, küçələrdə iğtişaşlar törətməklə problemi həll etmək olarmı?
Qərbdə qadın cinsi kölədir Plakat

Qərbdə qadın cinsi kölədir

Qərblilər qadınların cinsi kölə ünvanında ticarətini etmələrinə baxmayaraq, qadın hüquqlarının qorunmasında aparıcı qüvvə olduqlarını son dərəcə həyasızcasına iddia edirlər.
Qərbdə kişilər qadınlardan üstün sayılırlar Plakat

Qərbdə kişilər qadınlardan üstün sayılırlar

Qərb kapitalizm sistemində genişmiqyaslı iqtisadi, ticari və başqa bu kimi məsələlərin idarəçiliyi ancaq kişilər tərəfindən həyata keçirilirdi. Ona görə də bu sistemdə kişilər qadınlardan üstün sayılırlar. Çünki (bu sistemdə) sərmayəyə malik olmağa kişilərin daha çox ləyaqətləri vardır.
Düşmən propaqandası və təbyin cihadı Plakat

Düşmən propaqandası və təbyin cihadı

Propaqanda düşmənin əsas planlarındandır. Propaqandanın əlacı bəyan etmədir. Yeniyetmə və cavanlara təsir edən vəsvəsəni nə aradan qaldıra bilər? Dəyənəklə alınmaz. Bəyan etmə bu vəsvəsəni aradan qaldıra bilər.
Qərb kapitalizm sistemi Plakat

Qərb kapitalizm sistemi

Qərb kapitalizm sistemi patriarxal bir sistemdir. Bu sistemdə kapital insanlıqdan yüksəkdir. İnsanlıq yalnız kapitala xidmət etməkdən ibarətdir. Belə bir şəraitdə hər kəs daha çox sərmayə ələ gətirə bilsə, daha dəyərli hesab olunur.
Əsl düşmən Plakat

Əsl düşmən

Bəziləri deyirlər ki, niyə amerikalıları özünüzə düşmən edirsiniz? Bizmi düşmən edirik?! Qırx ildir, qanımıza susayıblar. Biz belə bir düşmənlə qarşı-qarşıyayıq
Bu gün vacib məsələlərdən biri də Fələstindir Plakat

Bu gün vacib məsələlərdən biri də Fələstindir

Bu gün vacib məsələlərdən biri də Fələstin məsələsidir. Bir millət, bir ölkə adi deyil, əksinə, vəhşi, alçaq və zalım insanların zülmü altında qaldığı bir halda İslam dünyası sadəcə seyr və tamaşa edir
İslam liberalizm və demokratiyanın beynəlxalq talançılığına qarşıdır Plakat

İslam liberalizm və demokratiyanın beynəlxalq talançılığına qarşıdır

Liberal demokratiyanın liderləri dünyaya hakim olmaq üçün plan cızıblar. Onlar liberalizm və demokratiya bayrağı altında dünyanın sərvətlərini talamaq, ölkələrə və millətlərə hakim olmaq istəyirlər. Təbii ki, İslam buna qarşıdır.
Amerika hər keçən gün daha da zəifləyir Plakat

Amerika hər keçən gün daha da zəifləyir

Obamanın başçılıq etdiyi Amerika Buşun başçılıq etdiyi Amerikadan, Trampın Amerikası Obamanın Amerikasından və Baydenin də Amerikası Trampın Amerikasından daha zəifdir.