زیر سرویس 1: 
زیر سرویس 2: 
زیر سرویس 3: 
Hidden in list: 
Show in list
Suriya məsələsini planlaşdıranlar bunlardır Plakat

Suriya məsələsini planlaşdıranlar bunlardır

Suriyada baş verən hadisənin Amerika və sionist rejimin ortaq planının məhsulu olmasına şübhə edilməməlidir. Düzdür ki, Suriyanın qonşu ölkələrindən biri bu zəmində açıq-aşkar rol ifa edir, əvvəl də edib və hal-hazırda da etməkdədir. Bunu hər kəs müşahidə edir. Lakin bu fitnə və planın ən əsas amili, eləcə də əsas göstəriş otağı Amerika və sionist rejimdədir və bu haqda dəlillərimiz vardır. Bu dəlilillər insan üçün heç bir şübhə yolu qoymur.
Suriyada baş verən hadisələr müştərək ABŞ və sionist planının məhsuludur. Video

Suriyada baş verən hadisələr müştərək ABŞ və sionist planının məhsuludur.

Suriyada baş verən hadisənin Amerika və sionist rejimin ortaq planının məhsulu olmasına şübhə edilməməlidir. Düzdür ki, Suriyanın qonşu ölkələrindən biri bu zəmində açıq-aşkar rol ifa edib və indi də edir. hal-hazırda da etməkdədir. Bunu hər kəs müşahidə edir. Lakin bu fitnə və planın ən əsas amili, eləcə də əsas göstəriş otağı Amerika və sionist rejimdədir. bu haqda dəlillərimiz vardır. Bu dəlilillər insan üçün heç bir şübhə yeri qoymur.
Məntəqə hadisələri barədə müxtəlif təbəqələrdən olan minlərlə insanın İslam İnqilabının Rəhbəri ilə görüşündən foto görüntülər Fotolar

Məntəqə hadisələri barədə müxtəlif təbəqələrdən olan minlərlə insanın İslam İnqilabının Rəhbəri ilə görüşündən foto görüntülər

Müxtəlif təbəqələrdən olan minlərlə insan çərşənbə günü 11.12.2024-cü il tarixdə İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşdülər. Bu görüşdə Ayətullah Xamenei məntəqə hadisələri barədə çıxış etdi.
İnqilab Rəhbərinin Həzrət Fatimeyi-Zəhranın (s.ə) əzadarlıq mərasimində iştirakından foto görüntülər Fotolar

İnqilab Rəhbərinin Həzrət Fatimeyi-Zəhranın (s.ə) əzadarlıq mərasimində iştirakından foto görüntülər

Həzrət Fatimeyi-Zəhranın (s.ə) əzadarlıq mərasimi İmam Xomeyni hüseyniyyəsində İslam İnqilabı Rəhbərinin və Əhli-beyt (ə) əzadarı olan bir çox insanın iştirakı ilə keçirildi. Bu mərasim bu gündən (02.12.2024) etibarən beş gün müddətində axşam saatlarında müxtəlif xətib və məddahların xütbə və mərsiyələri ilə bərpa olunacaqdır.
Təkfirçilərin düşmənlərə xidmətləri Plakat

Təkfirçilərin düşmənlərə xidmətləri

Təkfirçi qruplar İslam dünyasının düşmənləri üçün bir müjdədir. İslam ümmətinin bütün diqqətinin Fələstin məsələsinə yönəldiyi bir vaxtda onlar sionist rejimin xəbis həqiqətinə diqqət çəkmək əvəzinə diqqəti başqa yerə yönəldirlər.
Elmi hövzələr özünü yeniləməlidir Plakat

Elmi hövzələr özünü yeniləməlidir

Elmi hövzələr cəmiyyətə xidmət etmək, dini təbliğ edib inkişaf etdirmək və dini hakimiyyət yaratmaq məqsədini güdür. Cəmiyyətin daim dəyişkən vəziyyətdə olduğunu nəzərə alsaq, elmi hövzələr də öz vəzifələrini düzgün yerinə yetirə bilməsi üçün özünü müasir dövrə uyğunlaşdırmalıdır.
Bu qırğınlar qələbə hesab olunmur Plakat

Bu qırğınlar qələbə hesab olunmur

Axmaq sionistlər elə düşünməsinlər ki, əhalinin evini, xəstəxanaları, insanların toplaşdığı yerləri bombardman etdikləri üçün qalibdirlər, xeyr. Heç kəs bunu dünyada qələbə hesab etmir.
Cəmiyyətdə dəyişikliyi kimlər etməlidirlər? Plakat

Cəmiyyətdə dəyişikliyi kimlər etməlidirlər?

Əgər müsbətə doğru dəyişikliklər ağıllı və dindar insanların əlində olsa, cəmiyyət və bəşəriyyət tərəqqiyə nail olar. Lakin bu olmazsa, dəyişikliklər azğınlıq və tənəzzülə doğru gedər, necə ki, bu gün Qərb cəmiyyətlərində ağla zidd olan mənfi hallar müsbət dəyərlərə çevrilmişdir.
Din müxtəlif məsələlər barədə düşüncəyə malikdir Plakat

Din müxtəlif məsələlər barədə düşüncəyə malikdir

Din müxtəlif hadisələr, yeni məsələlər və hökumət idarəçiliyi ilə bağlı düşüncələrə, yol göstərməyə, məntiqə və nümunələrə malikdir. Bu nümunələri tapmaq və onların üzərində işləmək lazımdır.
Möminlərin ən böyük arzusu Plakat

Möminlərin ən böyük arzusu

Pərvərdigara! Bütün öz saleh bəndələrinin arzuladığı aqibəti Məhəmməd və onun Əhli-beytinin haqqına xatir ən qısa zamanda yetir.