04/10/2023
Rəhmət və hidayət peyğəmbəri olan Həzrət Məhəmməd (s) və İmam Sadiqin (ə) mübarək mövlud günündə əhalinin bir qismi, hökumət məsulları, İslam ölkələri səfirləri və vəhdət konfransı qonaqları 03.10.2023-cü il tarixdə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
04/10/2023
Ey Peyğəmbərimiz! Sənə beyət edənlərin (Allah-təala onların qəlblərində olandan xəbərdar idi) sadiqcəsinə olan beyətləri Allah-təalanın onların qəlbinə aramlıq və hüzur nazil etməsinə səbəb olur. İmam Xomeyniyə (r.ə) bu gün beyət edən şəxs (həqiqətdə) Peyğəmbərə (s) beyət etmişdir. Siz İmam Xomeyninin (r.ə) inqilab xəttini diri saxlamaqla, köhnəlməyə imkan verməməklə və köhnə rəngə boyanmasına əngəl olmaqla həqiqətdə Peyğəmbərə (s) beyət etmiş olursunuz. Siz bu gün inqilaba beyət etməklə, beyətinizi yeniləməklə Peyğəmbərə (s) beyət etmiş olursunuz.
03/10/2023
Quran fasid qüdrətlər üçün təhdid hesab olunur. Çünki (Quran) həm zülmü məhkum edir və həm də zülmü qəbul etdiyinə görə zülmə boyun əyən insanı məzəmmət edir. Quran xalqı oyadandır. Quranla düşmənçilik edən şəxs insanların oyanışı ilə müxalifdir, zülmlə mübarizənin əleyhinədir.
03/10/2023
İslamın əzəmətli Peyğəmbərinin, varlıq aləminin parlayan bu günəşinin bəşəriyyətin hər bir üzvünün boynunda haqqı vardır. Sözün həqiqi mənasında bəşəriyyətin hər bir fərdi o alicənab şəxsə borcludur. Əzəmətli Peyğəmbər (s) bəşəriyyətin bütün əsas dərdlərinin dərman reseptini bəşərə təqdim etdi.
03/10/2023
Rəhmət və hidayət peyğəmbəri olan Həzrət Məhəmməd (s) və İmam Sadiqin (ə) mübarək mövlud günündə əhalinin bir qismi, hökumət məsulları, İslam ölkələri səfirləri və vəhdət konfransı qonaqları 03.10.2023-cü il tarixdə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüblər.
29/09/2023
Ehtiyatlı olmalıyıq ki, yolu yanlış getməyək, səhv etməyək və haqla batili səhv salmayaq. Quran bizlərə meyar verib. Quran buyurur ki, "Məhəmməd Allahın Rəsuludur. Onunla birlikdə olanlar". Bizim söhbətimiz bundan gedir ki, görəsən, biz Peyğəmbərləyik, ya yox? (Yol budur, axı). Bunun əlaməti vardır: "Onunla birlikdə olanlar kafirlərə qarşı sərtdir". Əgər siz görsəniz ki, getdiyiniz bu yol kafirləri şad edir, bilin ki, kafirlərə qarşı sərt deyilsiniz. Demək, Allah Rəsulu ilə deyilsiniz, Peyğəmbərlə birlikdə deyilsiniz. Amma əgər görsəniz ki, xeyr, bu getdiyiniz yol hegemonları, din və İslamın ziddinə olan zalım dövlətləri narahat edir, əsəbi edir, bəs, düz yoldur. Bu kafirlərə qarşı sərt olmaq deməkdir. Bu oldu meyar və ölçü. Gərək diqqətimizi cəmləyək, nə etdiyimizi və nə danışdığımızı bilək. Danışdığımız söz düşmənin planı istiqamətində olmamalı, düşmənin cədvəlinin pazıllarını tamamlamamalıdır. Bəzən mümkündür ki, bir nəfər qəflət edib bir hərəkət etsin və bir söz desin ki, düşmənin plan cədvəlini doldursun, bu, təhlükəlidir. Ehtiyatlı olmaq lazımdır ki, bu baş verməsin. Əgər biz ehtiyatlı olsaq, düşmən heç bir qələt edə bilməz, heç bir iş görə bilməz.
24/09/2023
Mərifət əhli və mənəvi yolu seyr edən kəslərdən bəzilərin etiqadı budur ki, Rəbiül-əvvəl ayı həyatın və yaşayışın baharıdır. Çünki bu ayda əziz Peyğəmbər və o cümlədən ali cənab övladı Həzrət Əba Əbdillah Cəfər ibn Muhəmməd Sadiq (əleyhissəlam) dünyaya gəliblər və Peyğəmbərin mövludu Allahın-təalanın bəşər üçün təqdir etdiyi bütün bərəkətlərin başlanğıcıdır.
21/04/2023
Mühüm olan bu fürsətlərin (Fitr bayramı) qədrini bilməkdir.
18/04/2023
Allahın mütləq qanunu budur ki, peyğəmbərlərin yolu qalib olacaqdır və Allah möminləri müdafiə edəcəkdir. Biz İslam İnqilabının qələbəsini gördük. Bu, haqqın batilə qələbə çalması idi. Səddam rejimi ilə müharibədə Amerika, Sovet İttifaqı, NATO və hətta bəzi müsəlman ölkələri, o cümlədən qonşumuz olan Türkiyə bizim əleyhimizə idilər, lakin biz qalib gəldik.
05/02/2023
Peyğəmbərlər ədaləti həyata keçirmək üçün gəliblər. Əmirəlmömininin Peyğəmbərin......
05/02/2023
Peyğəmbərlər ədaləti həyata keçirmək üçün gəliblər. Əmirəlmömininin Peyğəmbərin canişini və İslam xilafətindəki missiyası budur....
04/06/2015
Yəni Nuh (ə) 950 il öz qövmü arasında yaşamışdır, nəinki onun ömrü bu qədər olub. Mətləbin zahiri budur ki, bu böyük şəxsiyyətin dəvət müddəti 950 il olub. Buna görə də, bu məsələyə qeyri-mümkün deməyin heç bir əsası yoxdur.
07/08/2004
Dünya mediası öz nümunələrini təqdim edərək insanları azdırmaq üçün bütün imkanlardan istifadə edir. Millətlərin əllərində də onların qarşısında təqdim edəcək heç bir nümunələri yoxdur, lakin bizim əlimizdə vardır. İmam Həsən (ə) və İmam Hüseynə (ə) "Cənnət əhlinin cavanlarının ağası",— deyirlər. Yəni onların gəncliyi həmişə bir nümunə olaraq dünya gənclərinin gözü önündə olmalıdır. Peyğəmbər (ə) və Əmirəlmömininin (ə) gəncliyi də belədir.