Həcc hegemonların və sionizmin bu gün və sabahın insanlarının əxlaqını tənəzzül etdirməkdən ötrü cızdığı bütün proqramları puça çıxara və təsirsiz edə bilər.
Həccin əsas köklü xitablarından biri də müsəlmanların vəhdətidir. Yəni siyasi və mədəni lokomotivlər Birinci Dünya müharibəsindən sonra Qərb hökumətlərinin əli ilə Qərbi Asiyanın siyasi və ərazi mühəndisliyinin acı təcrübəsinin təkrarlanmasına imkan verməsinlər.
Axirət faydalarına gəldikdə isə, axirət faydaları dünya faydaları ilə yanaşıdır. Həccin təsiri qəlblərdədir. Yəni Allah-təala ilə üns yaratmaq, Allah ilə rabitəni gücləndirmək, əməldə ixlas, qəlbi Allahı yad etməklə müxalif olan hər bir şeydən təmizləmək və pak etmək. Həccin (qəlblərdə olan təsiri) bunlardır. Bunların hamısı baş verməlidir. Həcdə olan bu əməllərin (bu ehram, təvaf, namaz, (iki dağ arasında olan) səy, ərəfat, məşər, mina əməlləri və bu kimi işlər) hər biri məna və qeyb aləminə açılan və o aləmi nurlandıran bir qapıdır və qəlbləriniz bundan istifadə edir. Həccə bu şəkildə getmək lazımdır. Həcc ziyarətini belə yerinə yetirmək lazımdır.
Qurban bayramında olan hikmətlərə diqqət yetirsək, üzümüzə bir çox yollar açılmış olar. İnsanın öz canını fəda etməsindən daha üstünü (ağır olanı) bəzi hallarda yaxınlarını fəda etməsidir. Həzrət İbrahim (əleyhissəlam) öz əli ilə Allah yolunda sevdiyi br əzizini qurban edirdi. O (qurbanlıq) da bir ömür intizarını çəkdikdən sonra Allah-təalanın ona verdiyi gənc övladı idi.
Şəhidin balaca övladları vardır,–təbii ki, cavandır və iki-üç övladı vardır,– bunlara bağlıdır, xanımına bağlıdır, ata və anasına məhəbbəti vardır, lakin Allaha görə, habelə dinin, İslamın və inqilabın müdafiəsindən ötrü öz övlad və xanımına olan şiddətli məhəbbətindən keçir, bunları tərk edir və gedir.
Şəhid üçün şəhid olduğu an onun ilkin rahatlıq anı olsa da, ata-anası və həyat yoldaşı üçün ilk əziyyətləridir. Şəhid bu dünyadan gedəndə Allah qatında Allahın öz qonağı olur, ruzisini Allah özü verir və onun ilkin rahatlığıdır. Bəs ata, ana və həyat yoldaşı üçün necə? Əzizlərinin şəhid olduğunu eşidəndə onların iztirabları elə oradaca başlayır, daha bitmək bilmir.
Mən öz övladlarını özləri dəfn edən və dəfn hazırlıqlarını özləri görən şəhid analarını ziyarət etmişdim. Məgər bunlar zarafatdır? Əgər biz bunları görməsəydik və görən şəxslərdən də eşitməsəydik, ümumiyyətlə inanılası bir şey deyildi, amma bunlar baş veribdir.
Cihad adı gələndə insanın gözünün qarşısına ilk olaraq meydanda döyüşən gənc döyüşçü gəlir. Bəli, o, Allah yolunda mücahiddir. Lakin təkcə o, deyil, meydandan kənarda olan mücahidlər də vardır. Evində döyüşçülər üçün çörək bişirən xanım da mücahiddir.
Əgər kimsə İmam Baqirin (ə) öz imamət dövründə İslami cihadın ən çətin yüklərini öz öhdəsinə götürdüyünü iddia edərsə, bihudə iddia etməyibdir. İmam Baqir (ə) elə bir dövrdə məsuliyyət yükünü öz çiyninə götürürdü ki, İslam aləmi tağut hökumətinin, yəni qəddar Mərvani xəlifələrinin ağır yükləri altında əyilmişdi.
İmam Baqir (ə) bu müddət ərzində vəziyyəti elə yerə çatdıra bildi ki, ixlaslı fədakar şiə İmam Baqirin (ə) vəfatından sonra qısa bir müddət ərzində İslami və Ələvi hökumətinin hakim olmasının intizarında idi.
Gənclərimizə örnək lazımdır. Şəhidlər örnəkdirlər. Bunların xatirəsi yaşamalıdır. Şəhidlərin xatirəsini kim yaşada bilər? Ataları, anaları, həyat yoldaşları və ailələri.
Şəhidlər İran tarixinin ən həssas bir dönəmində taleyi əvəz etdilər. İslam İnqilabı ölkəni dini və siyasi tənəzzülə doğru getməkdən hifz etmək üçün baş verdi və hifz etdi də. Daha sonra Səddam hərbi hücum etdi. Bu şəhidlər idilər ki, səkkiz il müqavimət göstərdilər.
Şəhidlər ölkəmizin qəhrəmanlarıdır. Bəzən bir xalq arasında bir nəfər qəhrəman kimi tanınır. Onun həyat xatirələri və təfərrüatları insanlar üçün əhəmiyyət kəsb edir. Şəhidlərimizin hamısı qəhrəmandırlar.
Qəzza müqavimətin mərkəzidir, lakin düşməni diz çökdürəcək əsas nöqtə indiyə qədər yaxşı inkişaflar əldə olunan İordan çayının qərb sahili məntəqəsidir.
Fələstinin şəraiti iki-üç il bundan əvvəlkinə nisbətdə nəzərəçarpacaq qədər fərqlidir. Bu yaxın illərdə Fələstin məsələsinin irəliləməməsinin əsas səbəbi cavanların meydanda olmadıqlarına görə idi, lakin indi cavanlar könüllü şəkildə meydana daxil oldular və burada mühüm bir məqam onların İslama söykənmələridir.
Kimin ağlına gələrdi ki, bir gün Cənindəki fələstinli gənclər sionist hərbçilərə qarşı meydanı o qədər daraldacaqlar ki, mübariz gənclərin mühasirəsindən xilas olmaq üçün onlar döyüşçülərdən istifadə etmək məcburiyyətində qalsınlar?
İmam Xomeyninin (r.ə) İslam hərəkatının başlanğıc günündən Fələstini dəstəkləməsi iman və qəlbi əqidə əsasında olmuşdur və İslam Respublikasının dəstəyinin əsası da taktiki gediş və diplomatiyaya deyil, İslam fiqhi və şəriətinə əsaslanır.
Bizim həqiqətləri görən gözümüz yoxdur və (təkcə) zahiri görürük. Əgər həqiqətləri görən gözlərimiz olsaydı və o biri dünyada şəhidlərin məqamlarını görsəydik, mütləq onlar üçün şadlıq və şənlik edərdik, əzadarlıq etməzdik.
İdman sahələrində də görürsünüz ki, qızlarımız idman meydanlarına çıxır, qəhrəman olur və İslami hicabla qızıl medal alırlar. Hicabı bundan yaxşı hansı yolla təbliğ etmək olar? Bu xanımlardan bəziləri gəlib qızıl medallarını mənə hədiyyə etdilər. Əlbəttə, özlərinə qaytarıram ki, (özlərində) saxlasınlar. Həqiqətən də, belə qadınlarla fəxr edirəm. Milyonlarla insanın kameralar arxasından gördüyü beynəlxalq bir arenada bu iranlı qız öz hicabı ilə ora gedərək, qızıl medalı götürür və ölkəsinin bayrağını yüksəldir. Bundan yaxşı və daha üstün hicab təbliği varmı? Müxtəlif sahələrdə, elm olimpiadalarında, ümumiyyətlə, hər yerdə qadınlar inkişaf ediblər.
Bəziləri deyirlər ki, hicab qadının inkişaf və tərəqqisi üçün maneədir. Xeyr, əksinə, hicab qadının inkişafının qarşısını alan yersiz özünü göstərmələri üçün maneədir. Bizim müxtəlif elmi, praktiki, ictimai, siyasi və texniki sahələrdə görkəmli və böyük qadınlarımız vardır ki, hamısı kamil hicabla həyat sürürlər.
Səkkizinci İmam Əli ibn Musa Rza (əleyhissəlam) oğlu İmam Cavada (ə) məktub yazdı: "Oğlum, Allah yolunda infaq elə və Allahın səni çətinlik və yoxsulluqda saxlayacağından qorxma".
İran və Özbəkistan arasında uzun fasilədən sonra münasibətlərin canlanması bizi xoşhal edir. İki ölkənin tarixi, mədəni və elmi yaxınlığı bənzərsizdir və əməkdaşlıq mümkün qədər genişləndirilməlidir.
Qəzzanın axırıncı döyüşündə İslami Cihadın qələbəsini təbrik edirəm. Sionist rejimin şəraiti 70 il bundan əvvəl ilə müqayisədə çox fərqlidir və düşmən bu gün passiv vəziyyətdədir. Fələstin müqavimət qrupları yolu düzgün tanıdılar və bu yolda tədbirlə irəliləyirlər.
İslami Cihad və digər Fələstin müqavimət qrupları sionist rejimlə mübarizənin əsas açarını tapıblar. İordan çayının qərb sahilində müqavimət qruplarının artan gücü sionist düşməni diz çökdürmək üçün açardır və bu yol davam etməlidir.
Nüvə sənayesi ölkənin bir çox yerlərində elmi tərəqqinin açarıdır. Onlar bizim gözəçarpan və həvəsləndirici inkişafımızı istəmirlər. İran xalqının əldə etdiyi hər hansı inkişaf digər xalqlara da təsir edir. Onlar bundan qorxurlar.
20 illik nüvə problemimizin nailiyyətlərindən biri də odur ki, biz öyrəndik ki, danışıqlarda iştirak edən tərəflərin vədlərinə və ya Nüvə Agentliyinin özünün danışıqlarda verdiyi vədlərə etibar etmək olmaz. Bu yersiz etimadlara görə bir çox yerdə zərbə gördük.
Nüvə elmindən xalqın yaşayışının müxtəlif sahələri üçün istifadə olunmalıdır. Bu elm sənaye, əkinçilik, ekologiya, suyu içməli hala gətirmək, xəstələrin müalicə və sağlamlığı üçün faydalıdır. Xalqın yaşayışını nüvə sənayesinin inkişafı ilə yararlandırın.
Biz İslami prinsiplərimizə əsasən, nüvə silahının ardınca deyilik, yoxsa istəsəydik, qarşısını ala bilməzdilər. Necə ki, nüvə sənayesindəki inkişaflarımızın qarşısını ala bilmədilər və ala da bilməyəcəklər.
İranın nüvə sənayesindəki xidmətləri və məhsulları ticarət dövriyyəsinə keçirilməlidir. Bizim bu inkişaflarımızın dünyada yaxşı bazarları vardır və ölkənin iqtisadiyyatı və gəliri üçün ondan istifadə etmək olar. Bizimlə bu sahədə münaqişəsi olmayan eyni istiqamətli ölkələrlə əməkdaşlıq edilsin.
Nüvə sənayesi ölkənin etibarlıq və qüdrətinin əsas və mühüm hissələrindən biridir. Düşmənlərin nüvə enerjisinin üzərində daynamaqlarının səbəbi "Güclü İran"la müxalif olduqlarına görədir.
Bu illər ərzində ölkənin nüvə sənayesi fəalları mühüm İnfrastrukturlar icad etdilər. Nüvə sahəsində razılaşmalar əldə etməyiniz mümkündür və eybi də yoxdur. Lakin infrastrukturlara əl dəymək olmaz, bunlar aradan getməməlidir.
İmam Xomeyninin İslam İnqilabını həyata keçirməkdən ötrü nə pulu, nə təbliğat vasitələri, nə radio, nə də xəbər agentliyi var idi və dünya dövlətlərinin heç biri onu himayət etmirdilər. Ona tarix boyu İranda, İslam ümməti səviyyəsində və dünya səviyyəsində bu dəyişikliyi icad etməyə kömək edən amil iman və ümiddən ibarət idi.
İslam adından istifadə edən və eyni zamanda zehni daşlaşmış insanlar mümkündür ki, İslamın verdiyi dərslər barədə də zümzümə etsinlər, lakin hökmlərinin əksəriyyəti ictimai həyat, hökumət və siyasətlə bağlı olan İslamı qəbul etmirlər. Siyasətdə və ictimai işlərdə məsuliyyətsizliyi (etinasız olmağı) təbliğ edirlər, İmam Xomeyni belə İslamı qəbul etmir.
İmam Xomeyni üç böyük dəyişiklik yaratdı. Bunlardan biri İran səviyyəsində, biri İslam ümməti səviyyəsində və biri də ümumdünya səviyyəsində idi. Bu üç dəyişiklikdən heç biri keçmişdə baş verməyib və bəlkə də gələcəkdə də oxşarları olmayacaq.
Ümid edirəm ki, İslam ümməti dövlətlər arasındakı əlaqələrin genişləndirilməsi ilə öz şövkət və əzəməitini yenidən ələ gətirər və bütün imkan və potensialların bir arada yer alması bütün millətlərin, ölkələrin və İslam dövlətlərinin xeyrinə olar.