Təzəlikcə baş verən fitnə amerikalılara aid bir fitnə idi. Amerikalılar proqram cızdılar, fəaliyyət göstərdilər. Amerikanın da hədəfi İranı udub-həzm etmək idi.
Seyid Əli Xamenei
17.01.2026
Təzəlikcə baş verən fitnə amerikalılara aid bir fitnə idi. Amerikalılar proqram cızdılar, fəaliyyət göstərdilər. Amerikanın da hədəfi İranı udub-həzm etmək idi.
Seyid Əli Xamenei
17.01.2026
Peyğəmbər insanları hərəkət və qiyama çağırdı. Allah üçün edilən qiyam bəşər həyatının bütün şəraitlərində təsirli və faydalıdır.
Seyid Əli Xamenei
24.09.2003
Biz Amerika prezidentini yaratdığı tələfat və xəsarətə, həmçinin İran xalqına vurduğu ittihamlara görə cinayətkar hesab edirik.
Seyid Əli Xamenei
17.01.2026
Etiraz yerindədir, amma etiraz ayrı şeydir, iğtişaş ayrı. Biz etirazçı ilə danışırıq, məsul şəxslər etirazçı ilə danışmalıdır. Amma iğtişaşçı ilə danışmağın faydası yoxdur. İğtişaşçını öz yerində oturtmaq lazımdır.
Seyid Əli Xamenei
03.01.2026
Bazar əhlinin xarici valyutanın qiymətinin hesabsız şəkildə qalxmasına etirazı düzgün məsələdir. Mühüm məsələ odur ki, düşmən tərəfindən təhrik olunmuş bir qrup muzdlu adam bazar əhlinin arxasında gizlənib İran İslam Respublikasına qarşı şüarlar versin.
Seyid Əli Xamenei
03.01.2026
Əmirəlmömininin ədalətindən danışmaq mümkün deyil. O buyurur: “Allaha and olsun ki, əgər mənə ən şiddətli işgəncələri versələr, tikanların üstündə çılpaq sürüsələr, bütün bunlar mənim üçün qiyamət günü bir nəfərə belə zülm etdiyim halda Allahla qarşılaşmağımdan daha yaxşıdır!” (Nəhcül-Bəlağə, xütbə 224). Onda baxın görün bunu kim deyir; İran, Əfqanıstan, İraq və Misiri əhatə edən bir hökumətin başında olan biri.
Seyid Əli Xamenei
25.06.2024
O sayıqlayan amerikalı oturub İran xalqı haqqında danışır, bir az nalayiq sözlər deyir, bir az da vəd verir; yalan və aldadıcı vəd.
Seyid Əli Xamenei
03.01.2026
(Əmirəlmöminin (əleyhissalam)) Allah-təalanın ona verdiyi güc, hökumət və hökmranlıq dövrünün bütün anlarında cəmiyyətin ən zəif üzvləri haqqında düşünürdü… Kasıbların evinə baş çəkir və öz əli ilə yetim uşağın ağzına yemək qoyurdu.
Seyid Əli Xamenei
27.12.1997
İmamların (ə) hamısı Əli ibn Əbu Talibi imamət səmasının günəşi kimi görürdülər, digər imamlar isə o səmadakı ulduzlar kimi idilər. Peyğəmbər bu iki böyük insanın tutduğu məqama baxmayaraq, İmam Həsən (ə) və İmam Hüseyn (ə) haqqında demişdi: “Onların atası onlardan üstündür”. Bu, Əmirəl-möminin məqamıdır.
Seyid Əli Xamenei
29.12.2007
Ən çətin və ağır işlər həmişə Əmirəlmömininin (ə) çiyinlərində olurdu, ən təhlükəli tapşırıqları da daim o böyük şəxsiyyət öz üzərinə götürərdi. Təhlükə anında, hətta qəhrəmanlar və döyüşçülər belə çətinliyə düşəndə, Peyğəmbərin baxışları ilə üz-üzə gəlməmək üçün yan keçərdilər. Belə məqamlarda isə Əmirəlmöminin (ə) sanki bir quş kimi şığıyaraq, həmin yerlərə özünü yetirərdi.
Seyid Əli Xamenei
22.06.1984
İmam Əli (ə) lazım olan yerdə qılncla haqq düşmənlərinin canına düşərdi və heç nədən də qorxmazdı. Harada məzlum, harada haqqı mənimsənilmiş birini görsəydi, Əmirəlmöminin insanların ən şəfqətlisinə çevrilərdi.
Seyid Əli Xamenei
31.12.1999
Düşmənlər nəticəyə gəldilər ki, İranı müharibə ilə diz çökdürmək mümkün deyil. Onlar gördülər ki, yol ölkə daxilində ixtilaf yaratmaqdır. Daxildə də əlləri var, sionizmə və Amerikaya bağlı qüvvələr də var. Amma, Allaha şükür, ölkə vəhdət halındadır.
Seyid Əli Xamenei
24.08.2025
Etikaf evin rahatlığından, yeməklərindən və hər şeydən əl çəkmək və məsciddə öz bədəninizə riyazət (çətinlik) verməkdir. Bu, təkcə sükunət deyil, hətta hərəkətdir.
Seyid Əli Xamenei
06.11.1991
İmam Cavadın və İmam Rzadan ta Həzrət Mehdiyə (ə.f) qədər olan sonrakı bu üç imamın məqsədi bu idi ki, Ələvi və Qurani əsaslara dayanan bir hökumətin qurulmasının zəruriliyinə dair, sona çatmayan bir şiə əqidəsinin formalaşması üçün zəmin hazırlasınlar. Onlar bu əsasda bir təşkilat yaratmaq istəyirdilər. Bu təşkilat daxilində müəyyən bir düşüncə tərzini yaymaq, bu quruluşu o qədər möhkəmlətmək və bir-birinə elə bağlamaq istəyirdilər ki, İmam Zamanın (ə.f) qeybə çəkilməsi ilə bu quruluş dağılmasın. Bu, o dövrün xəlifələrinin ciddi şəkildə qorxduğu bir məsələ idi.
Seyid Əli Xamenei
17.08.1985
Hər kəsə Quranla ünsiyyəti unutmamağı tövsiyə edirəm. Mən dəfələrlə demişəm ki, Quranın hər yerindən yarım səhifə olsa belə, hər gün oxuyun. Quranı açın, yarım səhifə, bir səhifə və hər nə qədər rəğbət və meyiliniz var oxuyun. Mənəviyyatla əlaqənizi qoruyun.
Seyid Əli Xamenei
03.11.2025
İmam_Hadinin (əleyhissalam) həyatı müqavimət və mübarizə ilə dolu bir həyatdır. Bu böyük İmamın xüsusiyyətləri gənc yaşda vəfat etmək, ömrü boyunca cihad, Allah yolunda heç nə ummadan çalışmaq, çətinliklərdən, (zalım) güclər və güclülərdən qorxmamaq, Allah yolunda vüqar və təmkin nümayiş etdirmək və Allah müqabilində bəndəlik və təvazökarlıq etməkdən ibarətdir.
Seyid Əli Xamenei
08.05.1981
(Quran buyurur:) "Sevdiyiniz şeylərdən Allah yolunda infaq etmədikcə xeyrə nail olmayacaqsınız."
Heç kəs Allah yolunda sevdiyini verməyincə, yaxşılığın zirvəsinə çatmaz. İnsan öz övladından çox nəyi sevir? Bunlar (şəhid anaları) bunu Allah yolunda verdilər.
Seyid Əli Xamenei
25.06.2023
Mirzə Kuçək Xan o dövrün iki böyük gücünə - ruslara və ingilislərə - böyük bir "Yox" deyən tənha bir insan idi. O, nə ruslarla yola getdi, nə də ingilislərlə. O, ingilislərlə, rus kazakları ilə, Rza Xanın ordusu və Rza Xandan əvvəl gələnlərlə vuruşdu. O, bir nəslə kimlik, şəxsiyyət, güc və iradə vermək üçün səyini, iradəsini, şəxsiyyətini və kimliyini sərf etdi.
Seyid Əli Xamenei
02.05.2001
Amerikalılar neft və yeraltı mədənlər naminə dünyanın istənilən yerində müharibəyə başlamağa hazırdırlar və bu gün bu müharibə Latın Amerikasına da çatıb.
Qadın olaraq, evdarlıqda, həyat yoldaşına baxmaqda, övlad tərbiyəsində (Həzrət Zəhra) Zeynəb kimi bir şəxsiyyəti yetişdirib ərsəyə gətirdi, İmam Hüseyn və İmam Həsəni öz ağuşunda böyüdüb
formalaşdırdı.
Seyid Əli Xamenei
03.12.2025
Əgər bu böyük xanımı (Həzrət Fatiməni) bir cümlə ilə tanıtmalı olsaq, deməliyik ki, o, digər məsumlar kimi (Allahın) ərşinə mənsub kamil bir insandır, lakin (İlahi) ərş əhlindəndir. Biz, yer əhli (dünya adamları) insanın günəşə birbaşa baxa bilməməsi kimi, onların dərəcə, məqam və nuraniyyətini nə görməyə, nə də ona göz dikməyə qadir deyilik. Həzrət Fatimeyi-Zəhranın (s.ə) məqamı məhz bu ucalıqdadır.
Seyid Əli Xamenei
03.12.2025
Mənəvi və İlahi maarifin dərinliklərinə qərq olan şəxs yer üzündən, insanlardan qafil deyil; (yəni) toy gecəsində öz gəlinlik libasını ehtiyac sahibi və fəqirə bağışlayır, üç gün yemək yemir və öz iftarını fəqirə verir, insanların işinə yetişir.
Seyid Əli Xamenei
03.12.2025
Çətinlik və müsibətlərə dözməkdə kim Həzrət Fatimənin (s.ə) çəkdiyi müsibətlərə tab gətirə bilər? Bu zəmində də o, səmavi və ərş əhlindən olan insandır. Məzlumun haqqını şücaətlə müdafiədə, həqiqətləri bəyan etməkdə, siyasi dərk və əməlində (misilsiz idi). Bunların hamısı Həzrət Fatimeyi-Zəhranın (s.ə) xüsusiyyətləridir.formalaşdırdı.
Seyid Əli Xamenei
03.12.2025
Fatimeyi Zəhra (salamullahi əleyha) uca mənəviyyat zirvəsində dayanıb bütün dünya qadınlarına müraciət edir və onları bu yolu getməyə dəvət edir.
Seyid Əli Xamenei
16.01.1990
Fatimeyi Zəhra (salamullahi əleyha) bir tərəfdən İlahi vəzifə qarşısında itaət və təslimiyyətin, həmçinin mübarizənin və məzlumcasına şəhadətin təcəssümüdür, digər tərəfdən isə əsrlər boyunca İslam ümmətinin ümumi düşüncəsini nurlandıran əzəmət, ucalıq və maarifləndirmənin rəmzidir.
Seyid Əli Xamenei
03.01.1990
ABŞ niyə bu Qərbi Asiya regionunda müxtəlif ölkələrdə bu qədər çox hərbi baza qurub? Sizin burada nə işiniz var? Bu məntəqənin sizə nə aidiyyatı var?
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
20.10.2025
Sionist rejimə Qəzza xalqının üzərinə tökmək üçün Amerikadan çoxlu silah və resurslar gəldi. Amerika bu cinayətdə şərikdir.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
20.10.2025
Soruşurlar ki, Amerika ilə münasibətləri əbədi olaraq qurmayacağıq? Amerikanın hegemon mahiyyəti təslim olmaqdan başqa heç nəyi qəbul etmir. Bunu Amerikanın indiki prezidenti dilə gətirdi, Amerikanın iç üzünü ifşa etdi. İran kimi bir millətin təslim olması nə məna daşıyır?
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
03.11.2025
Səfirliklər yerləşdikləri ölkə haqqında məlumat toplayırlar. Bunun heç bir eybi yoxdur. Lakin 1978-ci ilin 4 noyabr tarixində gənclərimiz Amerika səfirliyini ələ keçirdilər və səfirliyin İslam inqilabını aradan aparmaq üçün bir fitnə mərkəzi olduğunu göstərən sənədlər tapdılar.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
03.11.2025
Sionistlər gözləmirdilər ki, gənc iranlıların hazırladığı raket öz alovu, öz atəşi ilə onların bəzi həssas tədqiqat mərkəzlərinin dərinliklərini küllə çevirə bilsin və bu baş verdi.
Bizim başımız yumşaq müharibəyə qarışıb. Yumşaq müharibədə düşmənin məqsədi xalqı ruhdan salmaq və öz gücündən ümidsiz etməkdir. Siz, idman meydanında və elmi sahələrdə medal qazanaraq düşmənin hərəkətinə qarşı hərəkət edə bildiniz.
Seyid Əli Xamenei
20.10.2025
Sionistlər 12 günlük müharibədə elə bir zərbə aldılar ki, inanmırdılar, gözləmirdilər və beləliklə, məyus oldular. Amerika prezidenti işğal olunmuş Fələstinə onları məyusluqdan çıxartmaq üçün getmişdi.
Seyid Əli Xamenei
20.10.2025
Əgər fərz etsəydik ki, Kərbəla hadisəsi ümumiyyətlə baş verməmişdi, halbuki biz Zeynəbi-Kübra (s.ə) haqqında dediklərimizi və eşitdiklərimizi, adətən, Kərbəla hadisəsi ilə əlaqələndiririk, yenə də Zeynəbi-Kübra (s.ə) görkəmli bir şəxsiyyət, böyük bir insan və örnək alınıb ardınca gediləsi bir qadın sayılardı.
Seyid Əli Xamenei
04.10.1995
Zeynəbi-Kübra (s.ə) Mədinədə Peyğəmbər ailəsində bir həyat yoldaşı, bir ana və seçilən, üstün bir qadın kimi öz rolunu ən gözəl şəkildə yerinə yetirmişdir. O, Kərbəla hadisəsindən əvvəl Mədinədə tanınmış, seçilən və nüfuzlu bir şəxsiyyət idi. Eləcə də Kərbəla hadisəsindən sonra – Şam və Kərbəla ilə bağlı qısa dövr istisna olmaqla – həmin böyük xanımın rolu yenə də çox görkəmli və seçilən biri olmuşdur.
Seyid Əli Xamenei
04.10.1995
ABŞ prezidenti işğal olunmuş Fələstində puç söz və yersiz hərəkətlərlə məyus sionistləri ümidləndirməyə, onlara ruh yüksəkliyi verməyə çalışdı. Mənim Amerika prezidentinin işğal olunmuş Fələstinə səfəri ilə bağlı təhlilim budur.
Seyid Əli Xamenei
20.10.2025