Xalq meydandadır. Əziz xalqımız bunu uzun illər boyu göstərdi. Xalq son iğtişaşlara dəstək verən hər bir kəsə sillə vurdu. Allahın güc və qüvvəsi ilə İran milləti gələcəkdə də öz düşmənlərinə sillə vuracaqdır.
Düşmən deyir ki, rəhbərin sözlərinə qulaq asmayın, rəhbərin sözləri təkrardır. Budur təkrar? İllərdir, düşmən yüksək səslə bəyan edir ki, biz İslam Respublikasını diz çökdürmək istəyirik, amma rəhbər bunun müqabilində buyurur ki, qələt edirsiniz! Bu, təkrar deyil, əzmkarlıqdır.
İnşallah (xalq) bu il 22 Bəhməndə (Fevral ayının 11-də), inşallah, bu mesajı düşmənə açıq şəkildə çatdıracaqlar ki, düşmənin bu xalqın milli vəhdətini aradan aparmaq cəhdi uğursuz bir cəhddir. Düşmən xalqı bir-birindən və hökumətdən ayıra bilməz.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
08.02.2023
Düşmənin məqsədinin İran İslam Respublikası və sistemini diz çökdürməsi olmasına baxmayaraq, bunun əksini deyirlər. ABŞ prezidenti 10-15 il əvvəl mənə yazdığı məktubda bildirmişdi ki, biz sizin hökumətinizi dəyişmək fikrində deyilik. Amma eyni zamanda bizdə xəbərlər var idi ki, onların xüsusi mərkəzlərində İran hökumətini devirməyin planı müzakirə olunur.
Ayətullah Əl-Üzma Seyid Əli Xamenei
08.02.2023
Bəziləri deyirlər ki, niyə amerikalıları özünüzə düşmən edirsiniz? Bizmi düşmən edirik?! Qırx ildir, qanımıza susayıblar. Biz belə bir düşmənlə qarşı-qarşıyayıq
Propaqanda düşmənin əsas planlarındandır. Propaqandanın əlacı bəyan etmədir. Yeniyetmə və cavanlara təsir edən vəsvəsəni nə aradan qaldıra bilər? Dəyənəklə alınmaz. Bəyan etmə bu vəsvəsəni aradan qaldıra bilər.
Son iğtişaşlarda düşmənin fəaliyyətinin ən mühüm hissəsini propaqanda təşkil edirdi. Düşmən mediası iğtişaşçıların ölkənin zəif nöqtələrinə qarşı olduqlarını göstərmək istəyirdi, əslində isə onların istəyi bizim güclü nöqtələrimizin qarşısını almaq idi. Bəli, iqtisadi problemimiz var, amma zibil qutularını yandırmaqla, küçələrdə iğtişaşlar törətməklə problemi həll etmək olarmı?
Fələstin məsələsi müqabilində səssizlik İslam dünyasına zərbə vurdu, yəni İslam hökumətlərinə və bütün İslam ümmətinə aid olan belə bir təcavüz qarşısında səssiz qaldılar. Həmçinin bu təcavüzə həmrəy oldular və bu işlər də məhz həmin ölkələri( İslam ölkələrini) zəiflətdi. Nəticədə də, düşmənin onlar üzərində hökmranlıq etməyinə səbəb oldu.