18/03/2023
Müqavimət ruhiyyəsi uşaqlıqdan aşılanmalıdır. Ona görə də bu ruhiyyə məktəb illərindən uşaqlarda köklənməlidir. Bu işdə müəllimlərin əziyyəti olsa da, əsas məsuliyyət Təhsil Nazirliyinin öhdəsinə düşür.
25/02/2023
Rəhbərin toxunduğu bir məsələni araşdırm İnqilab Rəhbərinin Şərqi Azərbaycan xalqı ilə görüşündə söylədiyi fikirlər əsasında hazırlanan “Azərbaycan və bir əsr azadlıq” klipi 100 saniyəlik Azərbaycan və Təbriz xalqının möhkəm dayanış və müqavimət tarixinə nəzər saldı.
09/02/2023
Suriya və Türkiyədə zəlzələdən zərər çəkən qardaşlarımıza görə təəssüf hissi keçiririk. Uca Allahdan dünyadan köçənlərinə rəhmət, əza sahiblərinə də səbr diləyirik.
05/02/2023
Peyğəmbərlər ədaləti həyata keçirmək üçün gəliblər. Əmirəlmömininin Peyğəmbərin canişini və İslam xilafətindəki missiyası budur....
30/11/2022
Ümid edirəm ki, siz cavanlar o günü (Sionist rejiminin aradan getməsi ilə Qüdsün azad olmasını) görəcəksiniz və inşallah, bu gerçəkləşəcək! Siz Allah-təalanın izni ilə onlar üçün (İslam düşmənlərinin mənfur maraqları üçün) əhəmiyyətli olan Qüdsdə namaz qılacaqsınız!
02/05/2021
Ramazan ayının zirvəsi mübarək Qədr günləri və gecələridir. Biz bu zirvəyə çatmışıq. Əziz bacı və qardaşlar, bu gecələrin qədrini bilin!Bu saatların qədrini bilin! Aləmlərin Rəbbinə təvəssül, yalvarmaq, dua edib istəmək üçün misilsiz fürsətdən istifadə edin! Qədr gecələrindəki bu əzəmətli məclislər, həqiqətən də, ibrətamizdir.Səslər Allaha yalvarış üçün ucalır.   اِلَيْكَ عَجَّتِ الاَْصْواتُ فی صُنُوفِ اللُّغاتِ Səslər müxtəlif dillərdə sənə tərəf ucalır. Dualarınızdan biri də bu olsun ki, Uca Allah bu gecələrdə dua edən möminlərin dualarını qəbul etsin və qəbul olacağına da arxayın olun! Mənim və sizin üzünüzə açılan qiymətli pəncərələrdir. Gəlin özümüzü bu pəncərələrdən əsən mənəvi və müqəddəs nəsimin ixtiyarına verək. Müxtəlif insanlar, müxtəlif sosial təbəqələr, müxtəlif geyimləri, üslubları və davranışları ilə hamısı bir səqf altında, bir məclisdə toplaşır, təvəssül edirlər,göz yaşı axıdırlar. Bunların qədirini bilin, bunlar çox qiymətli və çox dəyərlidir. Bunlar bir millətin mənəvi dayaqlarını möhkəmləndirən amillərdir. Ona (millətə) çətin yollarda kömək edir. Bunlar mömin bir şəxsin qəlbini gücləndirir. Onun Allaha olan təvəkkülünü artırır. Allaha təvəkkül etdikdə isə daha Allahdan başqa heç kəsdən qorxmayacaqsınız. Allahdan başqasından qorxmadıqda da öz yüksək hədəflərinizə doğru möhkəm addımlayarsınız.
14/06/2016
Əziz bacılar və qardaşlar! İndi içində olduğumuz bu Ramazan ayının qədrini bilək! Tarix boyu minlərlə Ramazan ayı gəlib keçib və sənin, mənim olmayacağımız minlərlə Ramazan ayı da olacaq!
09/05/2016
Həzrət Xədicənin bu qədər fəzilət, fədakarlıq və ən çətin vəziyyətdə infaq etməsinə baxmayaraq, yenə də məqamı tanınmaz olaraq qalıbdır.