İmam Cavad (əleyhissalam) batillə mübarizənin təcəssümü idi. O, Allahın hökuməti uğrunda mübarizə aparırdı. O, Allaha və Qurana görə mübarizə aparırdı və qüdrətlərdən qorxmurdu. İmam, əslində, İran xalqının bu gün əl-ələ verərək izlədiyi bu hərəkatın İmamı, örnəyi və öndəri idi.
Seyid Əli Xamenei
08.09.1983
İmam Cavadın və İmam Rzadan ta Həzrət Mehdiyə (ə.f) qədər olan sonrakı bu üç imamın məqsədi bu idi ki, Ələvi və Qurani əsaslara dayanan bir hökumətin qurulmasının zəruriliyinə dair, sona çatmayan bir şiə əqidəsinin formalaşması üçün zəmin hazırlasınlar. Onlar bu əsasda bir təşkilat yaratmaq istəyirdilər. Bu təşkilat daxilində müəyyən bir düşüncə tərzini yaymaq, bu quruluşu o qədər möhkəmlətmək və bir-birinə elə bağlamaq istəyirdilər ki, İmam Zamanın (ə.f) qeybə çəkilməsi ilə bu quruluş dağılmasın. Bu, o dövrün xəlifələrinin ciddi şəkildə qorxduğu bir məsələ idi.
Seyid Əli Xamenei
17.08.1985