09/10/2025
Həzrət Ayətullah Xamenei 32-ci Ümumrespublika Namaz Konfransına göndərdiyi mesajda namazın insanın dünyada və axirətdə taleyində mühüm və həyatbəxş rolunu vurğulayaraq bildirdi: Namazın təbliği və tədrisi, namazın batini incəliklərinin açıqlanması və ona əməl edilməsi dini təbliğ edən təbliğat qurumlarının, dini şəxsiyyətlərin və dindarların mütləq vəzifəsidir və bu istiqamətdə müasir vasitələrdən istifadə edilməlidir.