23/10/2025
Biz bu gün uranın zənginləşdirilməsi baxımından yüksək səviyyədəyik... Dünyanın iki yüz neçə ölkəsi arasında zənginləşdirməyə qadir olan on ölkə var ki, bu on ölkədən biri də İslami olan İrandır... Biz bu mühüm sənayedə on aparıcı ölkədən biri hesab olunuruq.   23.09.2025  - O (ABŞ prezidenti) iranlı alimləri terror eməklə fəxr edir, ... Tehrançi və Abbasi kimi adamları terror etdiniz, lakin onların elmini terror edə bilməzsiniz.   Seyid Əli Xamenei   20.10.2025  
21/10/2025
Amerika prezidenti fəxr edir ki, İranın nüvə sənayesini bombaladıq və məhv etdik. Çox yaxşı, elə bu xəyalda da ol!        
29/09/2025
Amerika ilə müzakirə böyük zərərlər gətirir. O hədələyib ki, əgər danışıqlar aparmasanız, belə edərik, elə edərik. Belə müzakirələri qəbul etmək İslam Respublikası olan İranının hədələrə boyun əyməyə meylli olduğunu göstərir. Əgər bu hədələrlə müzakirə apardınızsa, demək ki, hər hədəyə qarşı qorxuruq və təslim oluruq mənasındadır.Bu müzakirə deyil, diktədir.     23.09.2025
27/08/2025
Bu gün Amerikada hakimiyyətdə olan şəxs istəyir ki, İran Amerikanın göstərişinə tabe olsun. İran xalqı isə belə böyük bir təhqirdən şiddətli narazılıq duyur və bu qələt gözləntini xalqdan umanlara və həmin şəxsə qarşı bütün gücü ilə dayanır.
29/07/2025
İslam İnqilabının əvvəlindən indiyədək, İranda bu kimi hadisələr dəfələrlə baş vermişdir – səkkiz illik təcavüzkar müharibə, müxtəlif fitnələr: hərbi, siyasi, təhlükəsizlik sahəsində və çevriliş cəhdləri və bu kimi başqa olaylar. Son 45 il ərzində İran İslam Respublikası bu sahələrdə bütün düşmənləri üstələməyi bacarmışdır.