20/09/2025
İzzət günündə, zillət günündə, çətinlikdə, asanlıqda – hər bir halda Allahı yada salmaq, Allaha söykənmək, ondan istəmək– bunların hamısı Peyğəmbərin bizə verdiyi böyük dərsdir. Seyid Əli Xamenei 27.09.1991
19/09/2025
Peyğəmbərin İlahi və təbii bir heybəti vardı və onun hüzurunda camaat özünü itirirdi, amma o, insanlarla nəvaziş və gözəl əxlaqla davranırdı. Bir cəmlə oturduğu zaman isə onun peyğəmbər və bu toplumun rəhbəri, böyüyü olduğu seçilmirdi.   Seyid Əli Xamenei 27.09.1991
19/09/2025
Peyğəmbər qulamlarla oturub-durur, onlarla birlikdə yemək yeyir və sadə libas geyinirdi. Qarşısına hansı yemək var idisə, ondan yeyirdi, bir yeməyi xoşuna gəlmədiyi üçün rədd etmirdi. Bütün bəşəriyyət tarixində bu əxlaq misilsizdir.   Seyid Əli Xamenei 27.09.1991
15/09/2025
Peyğəmbərin hökumət əxlaqı belə idi: düşmənin vəsvəsələri qarşısında ayıq-sayıq, möminlər qarşısında isə təvazökar.   Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 12.05.2000
15/09/2025
Peyğəmbər (s) o məqam, şan-şöhrət və əzəməti ilə belə ibadətindən qafil olmurdu, gecənin yarısında ağlayır, dua və istiğfar edirdi. Ümmü Sələmə belə dedi: “Ya Rəsuləllah! Allah-taala səni bu qədər ucaldıb, günahlarını bağışlayıb, bəs nə üçün ağlayırsan?” Buyurdu: “Əgər Allahdan qafil olsam, məni nə saxlayar?” Bu isə bizim üçün dərsdir.   Seyid Əli Xamenei 27.09.1991
14/09/2025
Peyğəmbərin Allaha bəndəliyinin əsas sirri budur: heç bir qüdrəti Allahın qarşısında hesaba almamaq, ondan qorxmamaq, başqalarının istəklərinə görə Allah yolunu tərk etməmək.     Ayətullah Əl-Üzma Seyid Əli Xamenei 27.09.1991
14/09/2025
Həzrət Peyğəmbərin (s) misilsiz həyatı və şəxsiyyəti İslam tarixinin bütün dövrləri üçün daimi bir dərs və örnəkdir. Quran bu barədə buyurur: "Allahın Rəsulunda sizlər üçün gözəl nümunələr var". Onun bu mübarizliyi sayəsində İslam təlimləri bütün tarix boyu yayılmışdır. Bu təlimlər yalnız müsəlmanlara aid deyil, bütün bəşəriyyət İslamın təlimlərinin yayılmasından faydalanır.  
14/09/2025
Xanım Xədicə (əleyha salam), həqiqətən də, məzlumdur, çünki Peyğəmbərin həyat yoldaşı olmaq şərəfi onun barəsində ikiqat dəyərə malikdir. Başqaları da Peyğəmbərin həyat yoldaşı olmaq şərəfinə nail oldular, lakin onlar Peyğəmbərin risalətinin əsas dövrlərində üzləşdiyi əzab-əziyyətlərə qatlanmadılar. On il Mədinədə olmuşdu, amma izzət, hörmət və o dövrlə müqayisədə rahat bir həyat idi. Xanım Xədicə (əleyha salam) isə Peyğəmbərin əziyyətli dövrünə və çətinliklərinə dözdü.
12/09/2025
İslam Peyğəmbəri bütün yaxşılıqların müəllimi, ədalətin, insanlığın, mərifətin, qardaşlığın müəllimi, həmçinin bəşəriyyətin tarixin sonuna qədər davamlı tərəqqi, təkamül və inkişafının müəllimi idi.
09/09/2025
KHAMENEI.IR xəbər portalı bu yazıda İnqilab Rəhbərinin çıxışlarına əsasən hər kəs üçün örnək ola biləcək Həzrət Rəsulullahın həyatının ən mühüm başlıqlarını nəzərdən keçirib.
02/07/2025
Həzrət Zeynəbi-Kübra (s.ə.) “Təlle- Zeynəbiyyə”nin zirvəsinə çıxıb Peyğəmbərə (s) xitabən dedi: “Ya Rəsuləllah (s)! Asimanın Mələklərinin salamı üzərinə olsun. Bu sənin bədəni qana boyanmış, bədən üzvləri doğranmış, əmmaməsi və paltarı qarət edilmiş Hüseynindir”. O, İmam Hüseynin (ə) rövzəsini oxumağı başladı və gizli qalmasını istədikləri əhvalatı uca səslə danışdı. İmamın əziz bacısı istər Kərbəlada, istər Kufədə, istərsə də Şam və Mədinədə Aşura hadisəsini uca səslə bəyan etdi. Bu çeşmə elə həmin gündən qaynamağa başlayıb və bu gün də qaynamaqdadır. Bu hadisə Aşura hadisəsidir.