Biz bu gün uranın zənginləşdirilməsi baxımından yüksək səviyyədəyik... Dünyanın iki yüz neçə ölkəsi arasında zənginləşdirməyə qadir olan on ölkə var ki, bu on ölkədən biri də İslami olan İrandır... Biz bu mühüm sənayedə on aparıcı ölkədən biri hesab olunuruq.
23.09.2025 -
O (ABŞ prezidenti) iranlı alimləri terror eməklə fəxr edir, ... Tehrançi və Abbasi kimi adamları terror etdiniz, lakin onların elmini terror edə bilməzsiniz.
Seyid Əli Xamenei
20.10.2025
İslam İnqilabının qələbəsindən sonra tələbələrin sayının təxminən on dəfə artması və İranın elmdə yeni söz deməsi hegemon qüvvələri, xüsusilə də cinayətkar Amerikanı narahat edir. Onların nüvə zənginləşdirilməsi və insan haqları kimi irəli sürdükləri məsələlər sadəcə bəhanədir, əsas məsələ məhz budur.
Bir neçə il əvvəl Amerika prezidentlərindən biri demişdi: “Əgər bacarsam, İranın nüvə sənayesinin bolt-qaykalarına qədər aradan qaldıraram”, əlbəttə, etiraf etmişdi ki, bunu bacarmır.
Bu gün hakimiyyətdə olan sionistlər və amerikalılar da bilməlidirlər ki, bu mövzuda heç bir qələt edə bilməzlər.
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər 04.06.2025-ci il tarixdə İmam Xomeyninin 36-cı ildönümü mərasimində iştirak edərək İran İslam İnqilabı banisini sevənlərin cəmi arasında çıxış etdi.