01/10/2025
Sionist rejimin Qəzza xalqına qarşı törətdiyi vəhşi və amansız hərəkət yalnız həmin rejimin deyil, Amerikanın da abrını apardı. Həmçinin tanınmış Avropa ölkələrinin, hətta Qərb sivilizasiyası və mədəniyyətinin də abrını apardı. 29.11.2023
26/09/2025
“Əmin” – Fars şeir və ədəbiyyatı Həzrət Ayətullah Xameneinin baxışında Bu dövrdə fars ədəbiyyatının dirçəldilməsi sahəsində görülən ən yaxşı və davam edə biləcək işlərdən biri Şəhriyar kimi bir şəxsiyyətin xatirəsinin uca anılmasıdır. Şəhriyar (Allah ona rəhmət eləsin) fars ədəbiyyatımızın uzun dövründə görkəmli şairlərdən biridir. Biz iranlılar üçün Şəhriyar ədəbi bir fəxr mənbəyidir. Mənim özümün Şəhriyarla tanışlığım gənclik dövrümə təsadüf edir. Çünki dini bir musiqi səsləndirən, yəni bir mərsiyə oxuyan, həm də çox xoş səsi olan biri bir məclisdə “Əli ey humaye–rəhmət” şeirini çox xoş səsi ilə oxudu, belə ki, bundan əvvəl biz Əmirəlmöminin (Əli əleyhissalam) haqqında belə bir şeir eşitməmişdik.   Həm söz gözəl idi: Əli ey hümaye – rəhmət, ələm eyləyən Xudanı O huma ki, sayəsində edər hifz masəvanı Söz şirin, səlis və insanın zehnini dolduran bir sözdür.   Həm məzmun yeni bir məzmun idi: be coz əz Əli ke quyəd ke qatele -mən Ço əsire – tost əknun, be əsir kon modara. Yəni mən 14–15 yaşımda Şəhriyarın adı ilə tanış olmuşam. və Şəhriyarın divanının ardınca getdim və onun digər şeirləri ilə də tanış oldum. 17.09.2006   Mən bəlkə gəncliyimin əvvəllərində şeirlə tanış olanda Şəhriyarın adı ilə tanış oldum. Onun divanını, zənnimcə, hələ bir və ya iki cildi çap edilmişdi, Məşhəddə kitabxanadan götürüb oxudum 20.07.1987   Hər halda, Şəhriyar çox böyük bir şairdir. Onun uca tutmaq, həqiqətən, fars şeiri və fars ədəbiyyatının ucaldılmasıdır. Bundan əlavə, Şəhriyarın özü də, mənim fikrimcə, onun zehninin məhsulu olan şeiri nəzərə almasaq belə, görkəmli bir şəxsiyyətdir. 17.09.2006   Həzrət Ayətullah Xamenei
16/08/2025
Sionist rejimi İki ildən az bir müddətdə təxminən iyirmi min uşağı şəhid edib və onların ata və analarını yasa boğub. Amma insan hüquqları şüarı verənlər bunu seyr edirlər.
26/06/2025
Sionist rejim bir dövlət deyil, cinayətkar, qatil və terrorist bir mafiyadırlar.
Plakat

Qatil banda

26/06/2025
Sionist rejim dövlət deyil, cinayətkar, qatil və terrorist bir bandadır.
21/06/2025
Qəzzada vəziyyət o yerə çatıb ki, Avropa və Amerikada insanlar nümayişlər keçirərək öz hökumətlərinə etiraz edirlər, lakin bu vəziyyətdə bəzi İslam hökumətləri sionist rejimin yanındadırlar.  
31/05/2025
Bu gün dünyanın ixtiyar sahibliyi iddiasında olanlar uşaqları və xəstələri öldürürlər, xəstəxanaları dağıdırlar, mülki insanları bombalayırlar.
20/05/2025
Bəzi Qərb ölkələrinin rəhbərləri illərdir dünyanın qulağını sülh və insan haqları şüarları ilə kar ediblər. Amma məsələ Qəzzadakı minlərlə məzlum uşağın qətliamına gəldikdə, nəinki bunun qarşısını almadılar, hətta zalıma yardım da etdilər!