26/12/2024
Mənim qəti tövsiyəm birincisi, namazın vaxtında qılınması, ikincisi isə Allaha diqqət və hüzuri-qəlbin qorunub saxlanılmasıdır. Namaz qılan şəxs bilməlidir ki, o, bütün varlıq aləminin sahibi və Qiyamət gününün hökmdarı ilə danışır. Bu iki xüsusiyyətə malik olan namaz, namaz qılanın qəlbinə və ruhuna, eləcə də fərdi və ictimai fəaliyyətlərinə təsir göstərir.
25/12/2024
Həzrət Ayətullah Xamenei ölkə üzrə keçirilən 31-ci namaz iclasına göndərdiyi mesajda Höccətül-İslam vəl-Müslimin Möhsün Qiraətinin ixlasla gördüyü fəaliyyətlərini təqdir etdi. Həmçinin İnqilab Rəhbəri namaz qılanları namazı vaxtında qılmağa, onun qəlb və ruha, həmçinin fərdi və ictimai təsirini artırmaq üçün (Allaha) diqqəti və hüzuri-qəlbi qorumağa çağırmışdır. O, bu tövsiyələri xüsusilə daha çox gənclərə ünvanlamışdır.