İslam düşmənlərinin müxtəlif vasitələrlə İslam ümmətinə qarşı fəaliyyət göstərdiyi bir zamanda, Allah-təalanın qəfil olaraq Ərbəin yürüşü hadisəsini bu cür cilvələndirməsi İlahi böyük bir nişanədir.
Əgər İslam ölkələrinin imkanları birləşsə, o zaman İslam ümməti İlahi izzətin nə demək olduğunu göstərəcək, İslamın əzəmətli sivilizasiyasını dünya ictimaiyyətinə tanıdacaq. Hədəfimiz bu olmalıdır və bu Ərbəin yürüşü bu hədəfin həyata keçirilməsi üçün təsirli bir vasitə ola bilər.
İmam Xomeyninin yaratdığı İran xalqının İslam İnqilabı dünya hegemonlarının təyin etdiyi, qüdrətlərin müqabilində zəlil olan və İslama zidd bir nizamı (sistemi) meydandan çıxardı və müstəqil, xalqmehvər, milli izzətə söykənən bir nizamı onun yerinə gətirdi. Bu inqilab istibdadı azadlığa çevirdi.
Görürsünüz, İmam Hüseyn (ə) buyurdu: Biz zilləti qəbul etmirik, "HEYHAT MİNNƏZ-ZİLLƏH, Əbəllah zalikə", Allah zilləti qəbul etməyimizə qarşıdır. Möminin haqqı yoxdur ki, kafirlərə qarşı təslimiyyətin zillətini qəbul etsin və onların təzyiqinə və zorakılığına boyun əysin.
İmam Hüseyn (ə) buyurdu: "ZİLLƏT BİZDƏN UZAQDIR". İmam Hüseynin hərəkəti izzət hərəkəti idi, yəni haqqın izzəti, dinin izzəti, imamətin izzəti və Peyğəmbərin təqdim etdiyi yolun izzəti. İmam Hüseyn (ə) izzətin təcəssümü idi və ayağa qalxdığı üçün həm də fəxr və qürur mənbəyi oldu.
Şəhid Prezident Rəisinin BMT Baş Assambleyasında Quranı başı üzərinə qaldırması və ya şəhid Süleymaninin şəklini əlində tutub ucaltması xalq üçün izzətdir.
Kiçik bir məhdud ərazi olan Qəzza tam silah-sursata sahib və arxasında Amerikanın kamil dəstəyi olan sionist rejimi dizə çökdürdü. Bu həmin müqavimətin bir təzahürü və qəlbi Allaha bağlamaqdır. Bu həmin "İzzət bütünlüklə Allaha məxsusdur" ayəsinə etiqad bəsləməkdir.
Seyid Həsən Nəsrullahın və Sinvarın ruhu diridir. Onların cismi aramızdan getsə də, düşüncələri qalır və yolları davam edir. Gündəlik Qəzzaya hücumlar edilir, şəhidlər verilir, özü də hər gün! Buna baxmayaraq, onlar hələ də dayanır və müqavimət göstərirlər. Livan da müqavimət göstərir.
Bütün ailələr, bütün xalq və məxsusən də gənclər namaza, məscidə, ibadət və Quran məclislərinə əhəmiyyət versinlər. Bu gün bu ölkə əzəmət, izzət və qüdrətdən hər nə ələ gətiribsə, Quranın, İslamın, namazın, Allaha ibadət və zikrin sayəsində ələ gətiribdir. Həm dərsə və işə diqqət yetirilməli, həm də dindarlığa. Bütün bunların hamısı dindarlığa söykənir. Namazla, məscidlə, ibadətlə, dini və Quran məclisləri ilə ünsiyyətdə olmalısınız.