Görürsünüz, İmam Hüseyn (ə) buyurdu: Biz zilləti qəbul etmirik, "HEYHAT MİNNƏZ-ZİLLƏH, Əbəllah zalikə", Allah zilləti qəbul etməyimizə qarşıdır. Möminin haqqı yoxdur ki, kafirlərə qarşı təslimiyyətin zillətini qəbul etsin və onların təzyiqinə və zorakılığına boyun əysin.
بسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
َصْرٌ مِنَ اللَّهِ وَفَتْحٌ قَرِيبٌ وَبَشِّرِ الْمُؤْمِنِينَ﴿۱۳﴾ - صف
Kömək Allah tərəfindəndir və qələbə də yaxındır. Möminlərə müjdə ver. ﴾13﴿
Səf surəsi, ayə 13
İmam Xomeyni Qum elmi hövzəsində öz (layiqli) yerini tutmuş bir şəxs idi. Onun ətrafında bir qrup ləyaqətli və mömin gənclər var idi. Onun başqa təbəqələrlə də əlaqələri var idi. İmam öz mesajları və sözləri ilə insanları sözün həqiqi mənasında tərbiyə edib, islah edirdi; həm fikri tərbiyə, həm də ruhi-əxlaqi tərbiyə.