Şəhid Nəsrullahın dünya həyatında Livan millətinə verdiyi mesaj bu idi ki, İmam Musa Sədr, Seyid Abbas Musəvi kimi görkəmli şəxsiyyətləri itirməklə naümid olmayın, gücünüzü artırın. Həmçinin təcavüzkar düşmən qarşısında müqavimət edin və onu öz istəklərindən nakam edin.
Qardaşım, əzizim, iftixar səbəbim, İslam dünyasının sevimli siması, regional millətlərin danışan dili, Livanın parlayan gövhəri cənab Seyid Həsən Nəsrullahı (Allah ona rəhmət eləsin) Tehran cümə namazında ehtiramla yad etməyi zəruri hesab etdim.
Təbriz, Qum, Tehran, Rey, Bircənd, Məşhəd, Marağa, Zəncan və Nəcəfaabadda bu şəhidlərin cənazələrinin möhtəşəm dəfn mərasimində xalqın hərəkəti və küçələrə tökülmələri İran millətinin diri olduğunu göstərdi.