27/12/2024
Qadınla kişi arasında cismi cəhətdən fərq olsa da (kişinin boyu daha uca, səsi daha qalındır), fikri və ruhi bacarıqlar cəhətindən hər ikisində sonsuz istedadlar mövcuddur və bu baxımdan aralarında fərq yoxdur.
25/06/2024
  Qədir-Xum məsələsi bu yüksək məzmuna sahib olması ilə bütün müsəlmanlara aiddir, çünki bu məsələ ədalət, fəzilət və Allah vilayətinin hakimiyyəti mənasını daşıyır. Biz əgər, həqiqətən də, Əmirəlmöminin Əlinin vilayətindən möhkəm yapışmaq istəyiriksə, özümüzü və ətraf mühitimizi ədalətə yaxınlaşdırmalıyıq. Bunun ən böyük nümunəsi budur ki, bacardığımız qədər ədaləti bərqərar edək. Çünki ədalətin əhatə dairəsi sonsuzdur. ​
07/04/2024
  Ədaləti düzgün başa düşmək lazımdır. Ədalət dedikdə, yəni ümumi ictimai imkanlardan istifadə zamanı ictimai təbəqələşmənin aradan qaldırılması nəzərdə tutulur. Bütün imkanlar bərabər şəkildə xalqın ixtiyarına verilməlidir. İmkanlardan yararlanmaq imtiyazı zülmdür, ədalətin ziddinədir.
22/10/2002
Haradadır zalımların kökünü kəsmək üçün hazırlanmış şəxs? Haradadır sapma və əyriliyi düzəltmək üçün intizarı çəkilən? Haradadır zülmü və düşmənçiliyi aradan qaldırmaq üçün ümid edilən?