Sionist rejimin Qəzzada məğlubiyyəti davamlı olacaqdır. (İsrailin) Suriyada İran konsulluğuna terror hücumu kimi alçaqcasına bihudə cəhdləri onları məğlubiyyətdən xilas edə bilməyəcəkdir. Əlbəttə, bu hərəkətin də silləsini yeyəcəklər.
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin İslamın rəşadətli generalı olan SEPAH-ın briqada general-mayoru Məhəmmədrza Zahidi və bir qrup silahdaşlarının şəhadəti münasibətilə mesajı:
Allahın izni ilə, onları (cinayətkarları) bu və buna bənzər cinayətləri etdiklərinə peşman edəcəyik.
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei İslamın rəşadətli generalı SEPAH-ın briqada general-mayoru Məhəmmədrza Zahidi və onun silahdaşlarından bir neçəsinin qəsbkar və mənfur sionist rejimin əli ilə şəhid olması münasibətilə belə vurğuladı:" Allahın izni ilə, onları bu və bu kimi cinayətləri törətdiklərinə peşman edəcəyik".