Hərbi komandanlar və nüvə alimlərindən ibarət bir qrup həmvətənimizin şəhadətinin qırxıncı günü münasibətilə İran xalqına ünvanlanan müraciət

Gələcək göstərəcək ki, həm hərbi, həm də elmi hərəkət daha böyük sürətlə yüksək üfüqlərə doğru irəliləyəcək

25/07/2025
Elmi və texnoloji sahələrin bütün bölmələrində irəliləyişin sürətləndirilməsi elmi cəhətdən seçilmiş olan alimlərin məsuliyyət dairəsindədir. Ölkə və millətin izzət və abırını qorumaq tribun və qələm sahiblərinin qeydsiz-şərtsiz vəzifəsidir. Ölkənin milli təhlükəsizlik və müstəqilliyini qoruyan vasitələrlə daim təchiz olunması hərbi komandanların vəzifəsidir. İşlərin ciddi və ardıcıl şəkildə aparılması və nəticəyə çatdırılması icraedici qurumların məsuliyyətidir. Xalqın qəlbini mənəvi olaraq nurlandırmaq, səbir, asayiş və sabitliyə təşviq etmək isə hörmətli ruhanilərin vəzifəsidir. İnqilabi coşqu, şövq və şüurun qorunması isə hər birimizin, xüsusilə də gənclərin vəzifəsidir.
22/06/2025
İranın əzəmətli xalqını salamlayıram. Düşmənlərin son günlər ölkəmizə qarşı törətdiyi bu məsələdə əziz millətimizin davranışını tərifəlayiq bilirəm. İran xalqı sübut etdi ki, həm təmkinlidir, həm şücaətlidir, həm də atdığı addımın yerini və zamanını biləndir.​
22/06/2025
Qədir-Xum bayramı günündə xalqımızın nümayiş etdirdiyi bu möhtəşəm hərəkət, insanların cümə namazlarında iştirakı, namazdan sonrakı yürüşləri və bu kimi yığıncaqlar – bütün bunlar, əziz İran xalqında ağıl və mənəviyyatın, şücaət və zamana uyğun addım atmaq anlayışı ilə birgə möhkəm bərqərar olduğunu göstərir.
01/02/2025
Zeynəbi-Kübranın (ə) əzəmətli səbir və duruşu nəticəsində bu gün dini dəyərlərin dünyada geniş yayılmış olduğunu görə bilirsiniz.
29/02/2024
Zeynəbi-Kübranın (ə) əzəmətli səbir və duruşu nəticəsində bu gün dini dəyərlərin dünyada geniş yayılmış olduğunu görə bilirsiniz.