Hər il, əsasən, Nəcəf və Kərbəla arasında baş verən bu Ərbəin yürüşü beynəlxalq oldu. Dünya insanlarının gözü bu hərəkətə dikildi, İmam Hüseyn (ə) və Hüseynçilik mərifəti bu əzəmətli xalq yürüşünün bərəkəti ilə beynəlxalq oldu, ümumdünyəvi oldu.
Şiə pərakəndə bir toplum idi, yəni vahid bir nöqtədə sakin olmayan bir cəmiyyət idi. Amma bu ayrı-ayrı bədənlərə və bu səpələnmiş hissələrə bir ruh hakimdir. Eynilə bir ipdə olan təsbehin dənələri kimi. Bu ip bütün bunları bir-birinə bağlayırdı. O ip nə idi? Vahid şiə mərkəzinə, şiənin ali rəhbərliyinə, yəni imama itaət etmək və tabe olmaq. İmam bütün üzvlərə göstəriş verən bir qəlbdir. Şiəlik bu şəkildə olan bir təşkilat və quruluşdur.
Şiə harada olsa, Hüseynin Aşurasının yolunu gedəcəkdir. Biz bunun səbəbini hər yerdə şiələrdə gözəçarpan bu nəbz döyüntülərinin o müqəddəs ziyarətgahdan qaynaqlandığında görürük. Bunlar (Aşura ruhiyyəsi) o müqəddəs, o pak ruhdan və o dəyəri uca olan qəbirdən qaynaqlanaraq şölələnib, ruhlara və canlara yayılıb, insanları isə qaynar güllələrə çevirərək, düşmənin ürəyinə sancıb.
Şiənin ruhu Kərbəla və Aşuradan qaynaqlanan bir ruhdur. Şiənin bədənində Aşura gününün nəbzinin döyüntüsü aydın şəkildə görünür. Şiə harada olsa, Hüseynin Aşurasının yolunu gedəcəkdir.
Ərbəin şiələrin ümumdünyəvi yığıncaqda xatirələrlə dolu bir yerdə toplanması deməkdir. Ərbəin xatirələr diyarıdır; şanlı və böyük xatirələr yurdu, şəhidlər yurdu, Allah yolunda şəhid olanların məzarı!
İmam tərəfdarı olan şiələr bura toplaşıb, bacardıqları qədər bir-birilərinə qardaşlıq əli uzadıb, vəfadarlıq əhd-peymanı bağlamalıdırlar. Ərbəin budur.
Şiələrin itaət edib, tabe olmaları hesab üzündən, fəryad çəkmələri verilən göstərişə uyğun, susmaları plan əsasında və bir sözlə, hər şey hesab-kitabla idi. Onların işinin yalnız bir çatışmazlığı var idi və o da bir-birlərini daha az görmələri idi. Bir şəhərin camaatı və eyni bölgənin şiələri, təbii ki, bir-birilərini görürdülər, lakin hər bir İmamın (ə) zəmanəsində yaşayan şiələr üçün ümumdünyəvi bir yığıncaq lazım idi. Həmin tarix Ərbəin günü, iştirak ediləcək yer isə Kərbəla torpağıdır.
Müqəddəs Məşhəd şəhəri, cümə günü, səfər ayının 20-si (Ərbəin günü), hicri-qəməri 1394-cü il
İmam Həsən Müctəbanın məscidində olan çıxışdan bir hissə (15.03.1974)
Şiənin ruhiyyəsi Kərbəladan qaynaqlanır
Qədir-Xum məsələsi bu yüksək məzmuna sahib olması ilə bütün müsəlmanlara aiddir, çünki bu məsələ ədalət, fəzilət və Allah vilayətinin hakimiyyəti mənasını daşıyır. Biz əgər, həqiqətən də, Əmirəlmöminin Əlinin vilayətindən möhkəm yapışmaq istəyiriksə, özümüzü və ətraf mühitimizi ədalətə yaxınlaşdırmalıyıq. Bunun ən böyük nümunəsi budur ki, bacardığımız qədər ədaləti bərqərar edək. Çünki ədalətin əhatə dairəsi sonsuzdur.
Bura mələklərin təvaf etdiyi Əli bin Musər-Rzanın (Allahın salamı olsun ona) məzarıdır.
Allahın diqqət mərkəzində olan bir məkandır.
Təmiz qəlblər, sevgi dolu ürəklər, qəlbən bu pak ailəyə bağlananlar öz sevgi dolu qəlbləri ilə Uca Allahla danışırlar.
O məkan səkkizinci İmamın bərəkətindən zikr, (Allaha olan) diqqət və tövhid mərkəzidir.
Əksər imamlar tanınmayıblar. İmam Həsən Müctəba (ə) o əzəməti ilə tanınmayıbdır. Həzrət Museyi-Kazim (ə), Həzrət Hadi (ə) və İmam Cəfər Sadiq (ə) o böyüklükdə və fövqəladə təşkilatlanma ilə dünyada tanınmayıblar.
Şiə cəmiyyəti içərisində imamlara mərifət cəhətdən çox nöqsanlarımız vardır. Bəzən bir cəhətə aşırı dərəcədə və səthi surətdə (dəlillərlə) diqqət ayrılıb, digər cəhətlər isə diqqətdən kənarda qalıb. Bəzən də, hətta bu ifrat dərəcədə yanaşılana da diqqət edilməmiş və elə həmin zahiri məsələlər və zahiri diqqətlərlə kifayət olunmuşdur.
Əli ibn Əbu Talibin vilayəti, yəni nə? Yəni fikirlərində Əlinin ardınca olasan, fəaliyyətlərində Əlinin yolunu izləyəsən. (Vilayət) Səni Əli ibn Əbu Talib ilə güclü, möhkəm və nöqsansız bir əlaqə ilə bağlasın, (yəni) Əlidən ayrılmayasan. Budur, vilayətin mənası. Yaxşı anladınız ki, vilayət nədir? Məhz burada bu hədisin mənasını başa düşürük: "Əli ibn Əbu Talibin vilayəti mənim qalamdır". Əli ibn Əbu Talibin vilayəti mənim qalam və hasarımdır. Allah buyurur: "Hər kəs bu qalaya daxil olarsa, mənim əzabımdan amanda qalar". Hər kəs bu hasara daxil olarsa, Allahın əzabından amanda qalar. Çox maraqlı bir sözdür. Yəni nə? Yəni müsəlmanlar, Quran ardıcılları əgər həm fikir və düşüncə və həm də əməl və fəaliyyət cəhətindən Əli ibn Əbu Talibə bağlansalar, Allahın əzabından amanda qalarlar. Məgər bundan başqa bir şeydir? Məgər bundan qeyrisidir? Əgər Əli ibn Əbu Talib bu gün tanınsa, tanındıqdan sonra mən və sən alicənab onun kimi əməl etsək, o zaman vilayətə yiyələnərik; vilayət, yəni bu.
İmam Cavadın (ə) bizlərə verdiyi böyük dərs budur ki, münafiq və riyakar qüdrətlər qarşısında mübarizə aparmaq üçün xalqın agahlığını artırmaq istiqamətində səy göstərməliyik.