Həzrət Zeynəbi-Kübra (s.ə.) “Təlle- Zeynəbiyyə”nin zirvəsinə çıxıb Peyğəmbərə (s) xitabən dedi: “Ya Rəsuləllah (s)! Asimanın Mələklərinin salamı üzərinə olsun. Bu sənin bədəni qana boyanmış, bədən üzvləri doğranmış, əmmaməsi və paltarı qarət edilmiş Hüseynindir”. O, İmam Hüseynin (ə) rövzəsini oxumağı başladı və gizli qalmasını istədikləri əhvalatı uca səslə danışdı. İmamın əziz bacısı istər Kərbəlada, istər Kufədə, istərsə də Şam və Mədinədə Aşura hadisəsini uca səslə bəyan etdi. Bu çeşmə elə həmin gündən qaynamağa başlayıb və bu gün də qaynamaqdadır. Bu hadisə Aşura hadisəsidir.
Biz bu gün Hüseyn ibn Əlini dünyaya tanıtmağa ehtiyac duyuruq. Zülmə, fəsada, alçaqlıq və rəzalətə düçar olmuş dünya Hüseynin təcəssüm etdirdiyi azadlıq və hürriyyət dəyərlərinə möhtacdır. Bu gün dünya xalqlarının, gənclərinin və qərəzsiz xalqların belə bir həqiqət üçün ürəkləri döyünür.
Əgər Həzrət İsa Məsih (əleyhissəlam) bu gün aramızda olsaydı, zalım və dünya imperializminin başçıları ilə mübarizə aparmaqda bir an belə vaxt itirməzdi. O, böyük güclər tərəfindən istismar edilən, müharibə, fəsad və qarşıdurmalara sürüklənən milyardlarla insanın aclığına və sərgərdanlığına qatlaşmazdı.
İyunun 27-si şəhid Behişti və onun 72 dostunun şəhadət ildönümü və həmçinin Məhkəmə Günü ərəfəsində çərşənbə axşamı 27.06.2023-cü il tarixdə Ali Məhkəmənin sədri, məsul şəxslər və bir qrup hakim və Ali Məhkəmə Aparatının işçilərinin İslam İnqilabının Rəhbəri ilə görüşləri olub.