Ayətullah Xamenei qərəzli və xəstə qəlbli insanların məhkəmə sisteminə qarşı dedi-qodularının həqiqətdən qat-qat artıq olduğunu bildirdi.

"Məhkəmə sistmenin daxilindəki fəsad hər nə qədər az olsa da, kökündən təmizləməlisiniz".

Fəsadın sirayət etmə qabiliyyəti olduğuna işarə edən o Həzrət belə qeyd etdi:
"Məhkəmə-hüquq sistemindən kənarda olan və fəsadla mübarizə aparan digər qüvvələr və qurumlar fəal olmalı, məsuliyyət daşıyan qurumlarda fəsadın kökündə duran səbəblərlə ciddi məşğul olmalıdırlar ki, iş məhkəmə sisteminə gəlib çatmasın".

Həzrət Ayətullah Xamenei konstitusiyada məhkəmə sisteminin vəzifələrini, o cümlədən ümum insanların hüquqlarının həyata keçirilməsini çox mühüm hesab edib buyurdu:
"Virtual və qeyri-virtual məkanda insanların qorxu və psixi təhlükəsizliyinin pozulmasının qarşısının alınması ictimai hüquqların təmin edilməsinin təzahürlərindən biridir ki, məhkəmə sistemi bu çətin işi planlaşdırıb, nizam-intizam və qanunla, həmçinin layiqincə yerinə yetirməlidir".

Ayətullah Xamenei sözlərinin davamında"Konstitusiyanın dəqiq ifadəsinə əsasən, şəriətin icazə verdiyi bütün azadlıqlar xalq üçün təmin olunmalıdır, qüdrət əlində olan orqanlar, adətən, bu azadlıqlara qarşı çıxır, Məhkəmə-Hüquq sistemi də bununla bağlı üzərinə düşən vəzifələri yerinə yetirməlidir",- deyə qeyd etdi.

"Məhkəməyə müraciət edən şəxs qaşqabaqla qarşılaşsa, işinə baxılmış olsa belə, qəlbi sınıq halda oradan çıxacaq, ona görə də insanlarla yaxşı rəftar etmək vəzifəsi səbir və dözümlülüklə yerinə yetirilməlidir",- deyə Ayətullah Xamenei əlavə etdi.

Həzrət Ayətullah Xamenei növbəti dəfə mütəxəssis və ekspertlərin nəzərinə istinad edərək, Məhkəmə-Hüquq sistemində müsbət dəyişiklik sənədinin mühüm və möhkəm olduğunu bildirərək və eyni zamanda da, inqilabdan sonra Məhkəmə-Hüquq sistemində toplanmış təcrübələrə işarə edərək belə əlavə etdi:
"Bu dəyərli təcrübələrdən müsbət dəyişiklik yaratmaq, yəni müsbət cəhətləri gücləndirmək və mənfi cəhətləri sıfıra endirmək üçün istifadə etmək lazımdır".

Həzrət Ayətullah Xamenei bu görüşdə şəhid Behiştinin elmi hövzədə ali məqam sahibi olması, yüksək fəaliyyət sahibi, nəzm-intizamın bariz nümunəsi, müxtəlif sahələrdə yeniliklər yaradan, hər kəsin, hətta müxaliflərinin də sözlərini səbirlə dinləyən və riya və zahirdə görsənməkdən qaçan biri olduğunu bildirdi:
"Şəhid Behiştinin əxlaqi xüsusiyyət və rəftarları bu gün də hər kəs üçün bir dərsdir".