Bu gün İranın müdafiə gücü dillərə düşüb, İranın dostları bu müdafiə gücü ilə fəxr edirlər və İranın düşmənləri bu müdafiə gücündən qorxurlar, bu bir xalq və ölkə üçün çox mühüm məsələdir.
Öz canlarından keçməyə hazır olan gənclər bir millətin ən əhəmiyyətli iqtidar amilləridir və bunları meydandan çıxarmaq olmaz. Onları meydandan çıxardıqda bəzi ölkələrdə baş verən hadisələr qabağa gələcəkdir. Eynilə Suriya kimi olacaqdır, hərc-mərclik baş verəcək və torpaq yadlar tərəfindən işğala məruz qalacaq.
Müqavimət və müqavimət cəbhəsi budur. Hər nə qədər təzyiq etsəniz, bir o qədər möhkəmlənəcək və hər nə qədər cinayət törətsəniz, bir o qədər yüksək ruhiyyə əldə edəcəkdir. Onlarla nə qədər çox döyüşsəniz, onlar daha da genişlənəcəklər və mən sizə qeyd edirəm ki, Allahın qüdrət və qüvvəti ilə müqavimətin genişlənməsi keçmişdəkindən daha artıq regionu əhatə edəcəkdir.
Hökumət ölkənin hansı sərvət və imkanlara sahib olmasından xəbərdar olmalıdır. Bu imkanların bir növü siyasi imkanlardır. Bir zaman İranı xalça və nefti ilə tanıyırdılar, bu gün isə İranı dünyada elmi, hərbi inkişafı, regional qüdrəti və dərin strategiyası ilə tanıyırlar.
Hegemon qüdrətlər əgər bacarsalar, okeanları da öz adlarına sənədləşdirərlər. Qarətçilik və bəşər mənafeyini mənimsəyib özünküləşdirmək Amerikanın xüsusiyyətlərindən biridir. 86-cı Hərbi Dəniz Donanmasının Yer kürəsi ətrafında hərəkəti onların bu (addımını) pozdu və bununla da göstərdi ki, azad sular hamıya məxsusdur. "Biz filan gəmilərin filan boğazdan keçməsinə icazə vermirik" deməsi çox böyük qələtdir.
Ölkənin qeyri-dövlət sektorunun istehsal müəssisələrində gözə çarpan həddə artım olmuşdur. Bu mühüm xəbərdir. Niyə? Çünki bu tərəqqi, inkişaf və görülən işlər sanksiya şəraitində həyata keçirilib.
Dünən baxış keçirdiyimiz yerli istehsal imkanları sərgisi çox şövqləndirici və görkəmli bir sərgi idi. Düşünürəm ki, biz bu sərgini İranın elmi və texnoloji qüdrətinin bir nümunəsi kimi təqdim edə bilərik.