Həzrət İsaya (ə) tabe olmaq, haqqı dəstəkləmək və haqqa zidd olan qüdrətlərdən bezarlıq tələb edir. Ümid olunur ki, dünyanın hər yerində olan xristianlar və müsəlmanlar İsa Məsihin bu böyük dərsini öz həyatlarında və əməllərində yaşadacaqlar.
Möcüzə və İlahi dəvətlə təchiz olunmuş İsa Məsih bəşəriyyəti şirk, küfr, cəhalət və zülm zülmətindən xilas etmək, mərifət, ədalət və Allaha ibadət nuruna çatdırmaq üçün göndərilmişdir. O, insanlar arasında olduğu müddətdə şərlə mübarizədə və yaxşılığa dəvət etməkdə bir an belə fürsəti əldən verməyib.