Hər il, əsasən, Nəcəf və Kərbəla arasında baş verən bu Ərbəin yürüşü beynəlxalq oldu. Dünya insanlarının gözü bu hərəkətə dikildi, İmam Hüseyn (ə) və Hüseynçilik mərifəti bu əzəmətli xalq yürüşünün bərəkəti ilə beynəlxalq oldu, ümumdünyəvi oldu.
Şiə pərakəndə bir toplum idi, yəni vahid bir nöqtədə sakin olmayan bir cəmiyyət idi. Amma bu ayrı-ayrı bədənlərə və bu səpələnmiş hissələrə bir ruh hakimdir. Eynilə bir ipdə olan təsbehin dənələri kimi. Bu ip bütün bunları bir-birinə bağlayırdı. O ip nə idi? Vahid şiə mərkəzinə, şiənin ali rəhbərliyinə, yəni imama itaət etmək və tabe olmaq. İmam bütün üzvlərə göstəriş verən bir qəlbdir. Şiəlik bu şəkildə olan bir təşkilat və quruluşdur.
Şiə harada olsa, Hüseynin Aşurasının yolunu gedəcəkdir. Biz bunun səbəbini hər yerdə şiələrdə gözəçarpan bu nəbz döyüntülərinin o müqəddəs ziyarətgahdan qaynaqlandığında görürük. Bunlar (Aşura ruhiyyəsi) o müqəddəs, o pak ruhdan və o dəyəri uca olan qəbirdən qaynaqlanaraq şölələnib, ruhlara və canlara yayılıb, insanları isə qaynar güllələrə çevirərək, düşmənin ürəyinə sancıb.
Şiənin ruhu Kərbəla və Aşuradan qaynaqlanan bir ruhdur. Şiənin bədənində Aşura gününün nəbzinin döyüntüsü aydın şəkildə görünür. Şiə harada olsa, Hüseynin Aşurasının yolunu gedəcəkdir.
Ərbəin şiələrin ümumdünyəvi yığıncaqda xatirələrlə dolu bir yerdə toplanması deməkdir. Ərbəin xatirələr diyarıdır; şanlı və böyük xatirələr yurdu, şəhidlər yurdu, Allah yolunda şəhid olanların məzarı!
İmam tərəfdarı olan şiələr bura toplaşıb, bacardıqları qədər bir-birilərinə qardaşlıq əli uzadıb, vəfadarlıq əhd-peymanı bağlamalıdırlar. Ərbəin budur.
Şiələrin itaət edib, tabe olmaları hesab üzündən, fəryad çəkmələri verilən göstərişə uyğun, susmaları plan əsasında və bir sözlə, hər şey hesab-kitabla idi. Onların işinin yalnız bir çatışmazlığı var idi və o da bir-birlərini daha az görmələri idi. Bir şəhərin camaatı və eyni bölgənin şiələri, təbii ki, bir-birilərini görürdülər, lakin hər bir İmamın (ə) zəmanəsində yaşayan şiələr üçün ümumdünyəvi bir yığıncaq lazım idi. Həmin tarix Ərbəin günü, iştirak ediləcək yer isə Kərbəla torpağıdır.
İmam Hüseyn (əleyhissalam) üçün ağlamağın və ağlatmağın öz yeri vardır. Məbada kimsə belə düşünə ki, ağlamağın nə yeri var, artıq bu işlər köhnəlib! Xeyr, bu, batil düşüncədir.
Mərhum şəhid Mütəhhəri inqilabdan illər öncə fəryad edirdi ki, Vallah, (bunu) bilin ki, bu günün Şimri İsrailin (sionistin) Baş naziridir. Məsələnin həqiqəti də budur. Biz Şimrə lənət deyirik, buna görə ki, dünyada Şimr kimi olmaq və Şimr xislətli əməlləri yerinə yetirməyin kökünü kəsək.
Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 15.07.2024-cü il tarixdə bazar ertəsi hicri-qəməri təqvimi ilə 1446-cı ilin Məhərrəm ayının 10-cu gecəsi İnqilab Rəhbərinin və Əhli-beyt aşiqlərindən ibarət bir qrup insanların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi.
Həzrət Seyyidüş-Şühədanın (ə) əzadarlıq mərasimi 15.07.2024-cü il tarixdə bazar ertəsi hicri-qəməri təqvimi ilə 1446-cı ilin Məhərrəm ayının 10-cu gecəsi İnqilab Rəhbərinin və Əhli-beyt aşiqlərindən ibarət bir qrup insanların iştirakı ilə İmam Xomeyni (r.ə) hüseyniyyəsində keçirildi.
İmam Hüseynin (ə) Kərbəladakı işi pak və mütəhhər cəddi Həzrət Məhəmməd ibn Əbdulllahın besətdəki işi ilə oxşar və müqayisə olunasıdır. Məsələ bundan ibarətdir. Necə ki, Peyğəmbər besətdə təkbaşına bir dünya ilə üzbəüz oldu, İmam Hüseyn (ə) də Kərbəla hadisəsində təkbaşına bir dünya qarşısında dayandı.
İmam Hüseyn (ə) qiyam etdi ki, İslam quruluşu və cəmiyyətinin binasının yenilənməsi və yaxud İslam cəmiyyətində böyük təhriflər müqabilində qiyamdan ibarət böyük bir vacibi yerinə yetirmiş olsun.
İmam Səccad (ə) ümumi şəkildə üç rol icra etdi. İmam Səccad (ə) və başqa imamlar arasında iki müştərək vəzifə vardır. İmamlar imamətin 250 illik dövründə İslam və İslam cəmiyyəti ilə bağlı iki ümdə vəzifəni yerinə yetirdilər; bunlardan biri İslam maarifinin, İslam hökmlərinin və İslam fiqhinin bəyan edilməsi, eləcə də İslamın təhriflərdən və ona tətbiq olunan azğınlıq və təhriflərdən qorunması idi. Digəri isə Ələvi hökuməti idarəsi altında olan İslami və İlahi cəmiyyətin təşkili üçün zəmin yaratmaq...
İmam Səccadın (ə) başqa bir vəzifəsi və imamlıq dövründəki işi Aşura hadisəsini yaşatmaq idi və bunun özü də bir dərsdir. Aşura hadisəsi elə bir hadisə idi ki, bu hadisə baş verdi, ta axırzamana qədər tarix, gələcək nəsillər və bütün müsəlmanlar bundan dərs alsınlar.
Aşuranın mesaj və dərsləri vardır. Aşura dərs verir ki, dinin qorunmasından ötrü fədakarlıq göstərmək gərəkdir, Quran yolunda hər bir şeydən keçmək lazımdır. (Aşura) Dərs verir ki, haqla batil arasındakı döyüş meydanında hər kəs: böyük-kiçik, qadın-kişi, cavan-qoca, yuxarı və ya aşağı təbəqəli (insanlar), imam və rəiyyət bir cərgədə yer alırlar. Dərs verir ki, düşmən cəbhəsi bütün zahiri imkanlarına baxmayaraq, asanlıqla zərbəyə məruz qalandır. Necə ki, Bəni-Üməyyə cəbhəsi Aşura əsirləri karvanının vasitəsi ilə Kufədə, Şamda, Mədinədə zərər gördü və nəhayət, bu macəra Süfyani cərəyanının aradan getməsi ilə nəticələndi.
Əgər millətimiz əsrlər boyu Aşuranı bu cür israrla təbyin və bəyan etməsəydilər, mümkün idi ki, bu əhəmiyyətli hadisə yaddaşlardan silinər, yaxud da həqiqətdə baş verənlərdən daha zəif göstərilərdi.
Şəriətin bütün vacib hökmləri arasında əhəmiyyətli və daha əhəmiyyətli olanı vardır. Bəzən bir şey vacib olmasına baxmayaraq, ikinci dərəcədə yer alır və ərsədən xaric olur. Həcc vacibdir, lakin gördünüz ki, İmam Hüseyn (ə) öz Həccini Ümrə ilə əvəz etdi. Əgər o Həzrətin bundan öncə Həccə getmiş olduğunu və birinci vacib Həccinin olmadığını fərz etsək belə, amma (ən azından) o Həzrətin səhabələri arasında bu Həccin bəziləri üçün vacib olması mütləq idi. Lakin tərk etdilər və gəldilər. Bu nə cür oldu? Nə üçün gəldilər? Həmin mübarizəyə görə idi.