Hədislərdə görmüşük və oxumuşuq ki, Əhli-beyt imamlarının (ə) həyatı Allah yolunda başdan-ayağa mücahidlik və mübarizə olmuşdur. İmam Səccaddan (ə) tutmuş on birinci imam olan İmam Həsən Əskəriyə (ə) qədər (bütün imamlar üçün) vahid bir xətt mövcuddur. Bu vahid xətt başdan-ayağa təlaş, döyüş, zəmanənin (hakim) qüdrəti və onlara bağlı olanların müqabilində cəbhələşməkdən ibarət davamlı bir xətdir.
Bu üç imamın, yəni İmam Cavad (ə), İmam Hadi (ə) və İmam Əskərinin (ə) Mədinədən birbaşa İraqa gətirilməsinin, hər üçünün İraqda qalmasının, orada şəhid olmasının, (elə ordada da) dəfn olunmasının və eləcə də cavanlıq dövründə qətlə yetirilməsinin səbəbi bu idi ki, şiə təşkilatı bu üç imamın dövründə öz qüdrət zirvəsinə çatmışdı.
Mərifət əhli və mənəvi yolu seyr edən kəslərdən bəzilərin etiqadı budur ki, Rəbiül-əvvəl ayı həyatın və yaşayışın baharıdır. Çünki bu ayda əziz Peyğəmbər və o cümlədən ali cənab övladı Həzrət Əba Əbdillah Cəfər ibn Muhəmməd Sadiq (əleyhissəlam) dünyaya gəliblər və Peyğəmbərin mövludu Allahın-təalanın bəşər üçün təqdir etdiyi bütün bərəkətlərin başlanğıcıdır.
Şiələrin bir dəstəsi belə düşünürdülər ki, İmam Həsən Əskəri (ə) öz atalarının yolundan dönmüşdür. İmam Həsən Əskəri (ə) onlara (yazdığı) məktubunda buyurur: "Bizim niyyət və əzmimiz həmişə olduğu kimi möhkəmdir. Qəlbimiz sizin xoş niyyət və xoş düşüncələrinizlə hüzur tapır". Görün bu, şiələr üçün necə də enerji bəxşdir... Bu, İmam və tərəfdarları arasında olan həmin möhkəm təşkilati bir əlaqədir.