30/08/2024
Hökumət ölkənin hansı sərvət və imkanlara sahib olmasından xəbərdar olmalıdır. Bu imkanların bir növü siyasi imkanlardır. Bir zaman İranı xalça və nefti ilə tanıyırdılar, bu gün isə İranı dünyada elmi, hərbi inkişafı, regional qüdrəti və dərin strategiyası ilə tanıyırlar.
29/04/2024
(Pəhləvi hökuməti) Siyasi baxımdan xarici qüvvələrin əlaltısı olan bir siyasi quruluş idi. Rəsmi şəkildə xarici və hegemon qüdrətlər onları iş başına gətirmişdi. O qüdrətlər bir gün İngiltərə idi və sonra isə Amerika.
29/04/2024
(Pəhləvi hökuməti) İdarəetmə üslubu cəhətindən istibdad idarəetmə üslubu hakim idi və mütləq şəkildə xalqın heç bir rolu yox idi. Bu gün xalqın ölkə işlərində nə qədər iştirakının olmasını və o işlərə dəxalət etməsini keçmişdəki ilə müqayisə edin. Görün haradan başladıq və haraya gəlib çatdıq. Əlbəttə, indi olduğumuz vəziyyətlə qane olmaq olmaz. Bu bizim üçün məlum məsələlərdən biridir. O hökumətdə xalqın istəklərinə mütləq formada etina olunmurdu və ümumiyyətlə, xalqı heç bir işdə, heç bir məsələdə hesaba almırdılar.​
28/04/2024
Bu İslam hökumətini meydana gətirən mübarizə kimə qarşı idi? Kiminlə mübarizə aparılırdı? Nə ilə və hansı mövcud olan bir vəziyyətlə mübarizə aparılırdı? Bu, mühümdür. Bu günün həqiqətlərini müəyyən etmək və onlar haqda düzgün mühakimə etmək o zaman hasil olar ki, haradan hərəkətə başladığımızı və o zaman ölkədə hansı vəziyyətin hakim olduğunu bilək. Mən deyirəm ki, bu mübarizənin müqabil tərəfi (xarici qüvvələrdən) asılı olan fasid və xəyanətkar Pəhləvi hökuməti idi.
28/04/2024
İnqilabi hökumət nə deməkdir? Yəni bir sıra çətin və mürəkkəb mübarizələri arxada qoyduqdan sonra acı həqiqətlərlə yanaşı meydana gəlmiş bir hökumətdir. Yəni mübarizə ilə vücuda gəlmiş bir hökumət.
21/04/2024
Silahlı Qüvvələrdə xidmət edənlərin həyat yoldaşlarına və övladlarına çətinliklərə dözdüklərinə görə təşəkkür edirəm. Çəkilən zəhmətlərin əsas yükü bu ağır çətinliklərə dözən Silahlı Qüvvələrdə xidmət edənlərin həyat yoldaşları və övladlarının çiynindədir.​
07/04/2024
  Ədaləti düzgün başa düşmək lazımdır. Ədalət dedikdə, yəni ümumi ictimai imkanlardan istifadə zamanı ictimai təbəqələşmənin aradan qaldırılması nəzərdə tutulur. Bütün imkanlar bərabər şəkildə xalqın ixtiyarına verilməlidir. İmkanlardan yararlanmaq imtiyazı zülmdür, ədalətin ziddinədir.
17/08/2023
İslam hökuməti hər bir ölkənin, hətta müxalifçilik etməyən və bizimlə həmfikir olmayan ölkələrin də sözünü qəbul edir, lakin əgər qarşı tərəfin hiyləgərliyi, yalançılığı və arxadan bıçaqlamaq üçün hazırlıq gördüyünü bilərsə, İslam hökuməti heç vaxt onun sözünü qəbul etməyəcək və əhdi pozmaq müqabilində də eyni rəftarı görəcəkdir.