Bir məsələ "Əksinə (şəhidlər) Allah yanında ruzilərdən bəhrələnirlər" ayəsinin şəhidlərin məqamına işarə etməsidir, digər bir məsələ isə onların verdiyi mesajdır; "Arxalarınca (hələ gəlib) onlara qoşulmamış kəslərə müjdə verərlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar". Bu yolda heç bir qəm-qüssə yoxdur. Bu yol fərəh, fərəc, şadlıq və ürəkoxşayan bir yoldur. Budur, şəhidlərin mesajı. Yəni şəhidlər bizləri təşviq edirlər və deyirlər ki, bizim getdiyimiz bu yolun ardınca siz də gəlin.
"Həqiqətən, Allah möminlərin canlarını və mallarını onlardan qarşılığında cənnət verməklə alıb". Ayə göstərir ki, bu, Allahla müamilə etməkdir. "Allah yolunda vuruşurlar və beləliklə, öldürürlər və öldürülürlər". Hər ikisi – həm düşməni məhv etmək, həm də bu yolda öldürülmək dəyərdir və bu, Allah ilə olunan müamilədir. Şəhid öz canını verib və varlıq aləminin ən üstün dəyərlərindən olan İlahi razılığı kəsb edibdir. Yəni şəhidlər bizləri təşviq edirlər və deyirlər ki, bizim getdiyimiz bu yolun ardınca sizlər də gəlin.
Mühüm olan budur ki, bizlər şəhidlərin yolunu təqib edək, şəhidlərin verdiyi dərsləri öyrənək və əməl edək. Şəhadət məsələsinə gəldikdə isə, həqiqətən, dilimiz şəhadət rütbəsi və şəhidlərin dərəcələri haqqında danışmağa acizdir.
Səfəvilərin ölkədə etdikləri böyük xidmət Əhli-beyt (ə) məzhəbini bütün İran boyu yaymaqları idi. Bu gün sizin Əhli-beytə (ə) olan məhəbbət və ehtiramınız, habelə bütün siyasi, ictimai, məzhəbi və başqa zəminlərdə Əhli-beytdən (ə) aldığımız dərs onların bərəkətinə görədir.
Ərdəbillilər İran üçün iki böyük iş gördülər; bunlardan biri milli və digəri də məzhəbi iş idi. Milli iş ölkənin vəhdətindən ibarət idi, yəni İranda gördüyünüz bu birlik və vəhdət Səfəvilərin gördükləri işdir. Məzhəbi iş də Əhli-beyt (ə) məzhəbinin yayılması idi. Əlbəttə, İranlıların qədimdən Əhli-beytə ehtiram və məhəbbətləri var idi, lakin Əhli-beytin məzhəbi vüsət tapmamışdı, qürbətdə idi.
Ərdəbil Vilayəti Milli Şəhidlər Konqresi üzvlərinin İslam İnqilabının Rəhbəri ilə 13.08.2023-cü il tarixdə bazar günü səhər saatlarında keçirilən görüşünün foto görüntüləri bu gün (20.08.2023) Ərdəbildə bu konfransın keçirildiyi yerdə dərc olunub
Cihad və mücahidlik meydanında olmaq məsələsində də Ərdəbillilər insafən birinci cərgədə dayananlar içərisindədir. Təxminən Ərdəbildən 35000 döyüşçünün cəbhəyə getməsi yaxşı və yüksək bir göstəricidir. Bu bölgə təqribən 3400, yaxud daha çox şəhid verməklə bərabər, bu məntəqədə çoxlu qazi və əzəmətli şəhid ailələri vardır. Ərdəbilin şəhadətnaməsi (kimliyini göstərən) bunlardır.
Ərdəbil Vilayəti Milli Şəhidlər Konqresi üzvlərinin İslam İnqilabının Rəhbəri ilə 13.08.2023-cü il tarixdə bazar günü səhər saatlarında keçirilən görüşünün foto görüntüləri bu gün (20.08.2023) Ərdəbildə bu konfransın keçirildiyi yerdə dərc olunub