“Əmin” – Fars şeir və ədəbiyyatı Həzrət Ayətullah Xameneinin baxışında Bu dövrdə fars ədəbiyyatının dirçəldilməsi sahəsində görülən ən yaxşı
və davam edə biləcək işlərdən biri Şəhriyar kimi bir şəxsiyyətin xatirəsinin uca anılmasıdır.
Şəhriyar (Allah ona rəhmət eləsin) fars ədəbiyyatımızın uzun dövründə görkəmli şairlərdən biridir.
Biz iranlılar üçün Şəhriyar ədəbi bir fəxr mənbəyidir. Mənim özümün Şəhriyarla tanışlığım gənclik dövrümə təsadüf edir.
Çünki dini bir musiqi səsləndirən, yəni bir mərsiyə oxuyan, həm də çox xoş səsi olan biri bir məclisdə “Əli ey humaye–rəhmət” şeirini çox xoş səsi ilə oxudu, belə ki, bundan əvvəl biz Əmirəlmöminin (Əli əleyhissalam) haqqında belə bir şeir eşitməmişdik.
Həm söz gözəl idi:
Əli ey hümaye – rəhmət, ələm eyləyən Xudanı O huma ki, sayəsində edər hifz masəvanı Söz şirin, səlis və insanın zehnini dolduran bir sözdür.
Həm məzmun yeni bir məzmun idi:
be coz əz Əli ke quyəd ke qatele -mən Ço əsire – tost əknun, be əsir kon modara. Yəni mən 14–15 yaşımda Şəhriyarın adı ilə tanış olmuşam. və Şəhriyarın divanının ardınca getdim və onun digər şeirləri ilə də tanış oldum.
17.09.2006
Mən bəlkə gəncliyimin əvvəllərində şeirlə tanış olanda Şəhriyarın adı ilə tanış oldum. Onun divanını, zənnimcə, hələ bir və ya iki cildi çap edilmişdi, Məşhəddə kitabxanadan götürüb oxudum
20.07.1987
Hər halda, Şəhriyar çox böyük bir şairdir. Onun uca tutmaq, həqiqətən, fars şeiri və fars ədəbiyyatının ucaldılmasıdır.
Bundan əlavə, Şəhriyarın özü də, mənim fikrimcə, onun zehninin məhsulu olan şeiri nəzərə almasaq belə, görkəmli bir şəxsiyyətdir.
17.09.2006
Həzrət Ayətullah Xamenei
“Amerika buranı mənimsəmişdi, lakin əlindən çıxarıldı, buna görə də ölkəyə və inqilaba qarşı kini dəvə kini kimidir! Asanlıqla əl çəkməyəcək. Amerika İranda məğlub oldu və bu məğlubiyyətin bahasını ödətməyə çalışır.”
Biz hegemoniyaya, hegemon quruluşa və bir neçə ölkənin dünyanın taleyinə hakim kəsilməsinə qəti şəkildə qarşıyıq, bununla mübarizə aparırıq və onların dünyanın taleyi ilə oynamasına imkan vermərik.
Həzrət Zeynəbi-Kübra (s.ə.) “Təlle- Zeynəbiyyə”nin zirvəsinə çıxıb Peyğəmbərə (s) xitabən dedi: “Ya Rəsuləllah (s)! Asimanın Mələklərinin salamı üzərinə olsun. Bu sənin bədəni qana boyanmış, bədən üzvləri doğranmış, əmmaməsi və paltarı qarət edilmiş Hüseynindir”. O, İmam Hüseynin (ə) rövzəsini oxumağı başladı və gizli qalmasını istədikləri əhvalatı uca səslə danışdı. İmamın əziz bacısı istər Kərbəlada, istər Kufədə, istərsə də Şam və Mədinədə Aşura hadisəsini uca səslə bəyan etdi. Bu çeşmə elə həmin gündən qaynamağa başlayıb və bu gün də qaynamaqdadır. Bu hadisə Aşura hadisəsidir.
Biz bu gün Hüseyn ibn Əlini dünyaya tanıtmağa ehtiyac duyuruq. Zülmə, fəsada, alçaqlıq və rəzalətə düçar olmuş dünya Hüseynin təcəssüm etdirdiyi azadlıq və hürriyyət dəyərlərinə möhtacdır. Bu gün dünya xalqlarının, gənclərinin və qərəzsiz xalqların belə bir həqiqət üçün ürəkləri döyünür.
Bu gün xalqlara qarşı tətbiq olunan qərəzli siyasətlər vasitəsilə çalışılır ki, Fələstinlə bağlı məsələlər unudulsun...
Zehnlər Fələstin məsələsindən yayınmamalıdır.
Sionist rejimin Qəzza və Fələstində törətdiyi cinayətlər elə bir şey deyil ki, ona göz yummaq mümkün olsun.
Bütün dünya qarşısında dayanmalıdır.
Həm sionist rejimin özü qarşısında dayanmalıdır, həm də sionist rejimi dəstəkləyənlər qarşısında.
(Ölüm olsun Amerikaya!)
Bəli! Siz məsələni düz təyin etmisiniz. Amerikalılar sözün əsl mənasında dəstək verirlər...
Həqiqət budur ki, Fələstin və Qəzzanın məzlum xalqı bu gün təkcə sionist rejimlə üz-üzə deyillər, onlar Amerika və İngiltərə ilə də üz-üzədirlər.
Hökumət ölkənin hansı sərvət və imkanlara sahib olmasından xəbərdar olmalıdır. Bu imkanların bir növü siyasi imkanlardır. Bir zaman İranı xalça və nefti ilə tanıyırdılar, bu gün isə İranı dünyada elmi, hərbi inkişafı, regional qüdrəti və dərin strategiyası ilə tanıyırlar.
Bu gün Fələstin və Qəzza məsələsi ümumdünya bir məsələdir. Amerika konqresinin daxilindən ta Paris Olimpiadasına və bu minvalla hər yerə qədər bu məsələ yayılmışdır.
Builki Həcc ziyarətində (düşmənlərdən) bezarlıq etmək həmişəkindən daha aydın görünür. İstər iranlı, istərsə də dünyanın hər tərəfindən olan qeyri-iranlı mömin zəvvarlar bu Quran məntiqini bütün İslam dünyasına çatdırmağı bacarmalıdırlar. Bu, vəzifədir.
Quran bəşərin dərdlərinə dərman olan kitabdır; istər mənəvi, ruhi, fikri dərdlər olsun, istərsə də bəşər cəmiyyətlərinin dərdləri və müharibələr, zülmlər və ədalətsizliklərdən qaynaqlanan dərdlər. Quran bunların dərmanıdır.
Bu gün İslami hərəkat Afrika, Asiya, Avropa və Şimali Amerika kimi dünyanın müxtəlif yerlərində genişlənməkdədir və Allahın inayəti ilə bu hərəkatin müvəffəqiyyətləri daha çox qüdrətlə davam edəcəkdir.
Axirət faydalarına gəldikdə isə, axirət faydaları dünya faydaları ilə yanaşıdır. Həccin təsiri qəlblərdədir. Yəni Allah-təala ilə üns yaratmaq, Allah ilə rabitəni gücləndirmək, əməldə ixlas, qəlbi Allahı yad etməklə müxalif olan hər bir şeydən təmizləmək və pak etmək. Həccin (qəlblərdə olan təsiri) bunlardır. Bunların hamısı baş verməlidir. Həcdə olan bu əməllərin (bu ehram, təvaf, namaz, (iki dağ arasında olan) səy, ərəfat, məşər, mina əməlləri və bu kimi işlər) hər biri məna və qeyb aləminə açılan və o aləmi nurlandıran bir qapıdır və qəlbləriniz bundan istifadə edir. Həccə bu şəkildə getmək lazımdır. Həcc ziyarətini belə yerinə yetirmək lazımdır.