01/08/2025
İslam İnqilabının əvvəlindən indiyədək, İranda bu kimi hadisələr dəfələrlə baş vermişdir – səkkiz illik təcavüzkar müharibə, müxtəlif fitnələr: hərbi, siyasi, təhlükəsizlik sahəsində və çevriliş cəhdləri və bu kimi başqa olaylar. Son 45 il ərzində İran İslam Respublikası bu sahələrdə bütün düşmənləri üstələməyi bacarmışdır.
06/07/2025
Düşmənin hərbi meydanda yaratdığı psixoloji müharibədən məqsədi qorxu yaratmaq və geri otuzdurmaqdır. Qurani-Kərimin təbirinə görə, istənilən hərbi, siyasi, təbliğat və iqtisadi sahədə qeyri-taktiki geri çəkilmə İlahi qəzəblə nəticələnəcəkdir.
05/07/2025
İslam Şurası Məclisi üçün diplomatiya sahəsində fəaliyyət nümunələrindən biri həmin Qəzza məsələsidir. (Bu mövzuda) Rahat oturmayın, sakit qalmayın... Amerika kimi böyük bir hərbi, siyasi və iqtisadi sistem qəsbkar sionist rejimin arxasında dayanaraq, bir müqavimət qrupu ilə döyüşürlər, amma bununla belə, onları diz çökdürə bilmirlər. HƏMAS və müqaviməti diz çökdürə bilmədiklərinə görə öz hiddətlərini xalqın üzərinə tökürlər.
30/08/2024
Hökumət ölkənin hansı sərvət və imkanlara sahib olmasından xəbərdar olmalıdır. Bu imkanların bir növü siyasi imkanlardır. Bir zaman İranı xalça və nefti ilə tanıyırdılar, bu gün isə İranı dünyada elmi, hərbi inkişafı, regional qüdrəti və dərin strategiyası ilə tanıyırlar.
12/06/2024
Əxlaqi fəzilətlər siyasi arenadakı çəkişmələrdə daha çox əhəmiyyət kəsb edir. Təqva iksiri, güzəşt, insaf, sədaqət, məsuliyyət altına girmək və minnətsiz iş məhz burada öz həqiqi qiymətini büruzə verir. Bu zəmində müraqibə (özünə ciddi nəzarət) məsələsinə ciddi yanaşmaq gərəkdir.
05/03/2024
Savadlı, agah, mərifət sahibi olan qadınlar bütün bu sahələrdə irəliləməlidirlər. Qadının nümunə olduğunu göstərsinlər və desinlər ki, müsəlman qadın öz dinini, hicabını, qadınlığını, incəliyini, şəfqətini və zərifliyini qoruyub saxlayan qadındır. O həm öz hüququnu müdafiə edir, həm mənəviyyat, elm, araşdırma və Allaha yaxınlaşma sahəsində öndə gedir və görkəmli şəxsiyyətləri göstərir, həm də siyasi sahədə mövcuddur. Bu, qadınlar üçün bir nümunəyə çevrilir.
02/03/2024
Müqavimətin, Qəzzada mübarizələri aradan apara biləcəklərini güman edən düşməni məyus etməsi İslami qüdrətdən qaynaqlanırdı. Elə oldu ki, Amerika və Avropada gənclər Quranın sorağına getdilər. Səbəb Qurana etiqad bəsləyən xalqın müqavimət etməsinə səbəb olan amilin Quranda nə olduğunu bilmək idi.
01/06/2023
Xarici siyasətdə izzət dediyimiz zaman yalvarış diplomatiyasının inkarı nəzərdə tutulur. Bizim diplomatiyamızda bu bir neçə illər ərzində bir sıra nümunələr var idi ki, bu nümunələri öz dəqiq adı ilə adlandırsaq, yalvarış, yəni yalvarış diplomatiyası olub. Mümkündür ki, danışıq tərzimiz yalvarış olmayıb, lakin məsələnin batini yalvarış olub. İzzət, yəni bu cür diplomatiyanın inkarı və gözünü onun-bunun rəftarına dikməmək. Filan ölkənin bu səriştəli keçmiş siyasi şəxsiyyəti belə dedi, bu cür qəzavət etdi, o biri başqa cür dedi, (filankəslər) bu şəkildə əməl edirlər və s. İzzət deyərkən, yəni gözümüz və baxışımız bu şeylərə yönəlməməli və öz prinsiplərimizə söykənməlidir.