Fələstin, şərafətli Qüds və Əl-Əqsa məscidi məsələsinin unudulmasına imkan verməyin. Çünki Amerika, İngiltərə, eləcə də sionist rejimin kəşfiyyat orqanları bunu istəyirlər.
İslam İnqilabının rəhbəri Ayətullah Xamenei Dünya Qüds Günü ərəfəsində televiziya müraciətində builki yürüşün əvvəlki illərə nisbətən daha əhəmiyyətli olduğunu vurğulayaraq bildirdi:
"İnşallah, builki yürüş Qüds Gününün ən yaxşı, ən möhtəşəm və ən izzətli yürüşlərindən biri olacaq."
Bağışlayan və mehriban Allahın adı ilə
Qüds Günü yürüşü həmişə İran xalqının vəhdət və qüdrətinin nişanəsi olmuşdur. Bu, həm də onu göstərir ki, İran xalqı mühüm, siyasi və əsas hədəflərinə sadiq və dözümlüdür. Belə deyil ki, Fələstini dəstəklədiyini bəyan edib bir-iki ildən sonra bu məsələdən əl çəksin. Artıq qırx neçə ildir ki, İran xalqı Qüds Günündə isti və soyuq hava demədən, oruc halında, təkcə böyük şəhərlərdə deyil, kiçik şəhərlərdə və kəndlərdə də yürüşlərdə iştirak edir. Deməli, Qüds yürüşü və Qüds Günü İran xalqının iftixarlarından biridir. Mənim fikrimcə, builki yürüş daha da önəmlidir. Dünya xalqları bizim tərəfdarlarımızdır. İran xalqını tanıyanlar onun tərəfdarıdırlar. Lakin müxalif olan bəzi siyasətlər və dövlətlər İran xalqına qarşı təbliğat aparırlar. Onlar sanki ölkədə ixtilaf və zəiflik mövcuddurmuş kimi göstərməyə çalışırlar. Sizin Qüds Günü yürüşünüz bu hiylələrin və batil iddiaların hamısını alt-üst edəcək. Ümidvaram ki, inşallah, Allah sizə yardım etsin və builki Qüds Günü yürüşü son illərin ən möhtəşəm, ən izzətli və ən əzəmətli yürüşlərindən biri olsun.
Allahın salamı, rəhmət və bərəkəti üzərinizə olsun.
Fələstinlilərə kömək etmək yolunun sionist rejimlə rabitə yaratmaq və əlaqə qurmaq olduğunu düşünsək, bu, çox böyük bir səhv olar. Bu qırx ildə sionist rejimin cinayətləri azaldı məgər?! İnsafən, sionist rejim də rəzillik və cinayətin ən son həddini törətməkdədir. Daha bundan artıq və bundan xəbis iş çox az zehnə gələ bilər.
Qüds Günü Fələstin xalqı ilə həmrəylik və sıx əlaqə göstərmək, onlara müsbət ruhiyyə ötürmək və sözün həqiqi mənasında bu meydanlarda olmalarına görə onların qəlbinə qüvvət vermək üçün yaxşı bir fürsətdir.
Bu gün Fələstin, həqiqətən də, qüdrətlidir. Fələstinli gənclər Fələstin hadisəsinin unudulamasına imkan vermirlər. Düşmənin təcavüzü və cinayəti müqabilində dayanıblar.
Fələstinlilərə kömək etmək yolunun sionist rejimlə rabitə yaratmaq və əlaqə qurmaq olduğunu düşünsək, bu, çox böyük bir səhv olar. Bu qırx ildə sionist rejimin cinayətləri azaldı məgər?! İnsafən, sionist rejim də rəzillik və cinayətin ən son həddini törətməkdədir. Daha bundan artıq və bundan xəbis iş çox az zehnə gələ bilər.
Əllərindən gələn hər bir qələti edirlər. Həm ABŞ himayə edir, həm də Avropa. Fələstin həm məzlumdur, həm də qüdrətli; məzlum qüdrətli. Bu gün Fələstin belədir, yəni, həqiqətən də, qüdrətlidir. Fələstinli gənclər Fələstin hadisənin unudulamasına imkan vermirlər. Dayanıblar düşmənin təcavüzü qarşısında, cinayəti müqabilində.
Qarşıda Qüds Günü vardır. Məncə, bu il Qüds Günü digər illərdəkindən fərqli olacaqdır. Qüds Günü yaxşı fürsətdir ki Fələstin xalqı ilə həmrəylik və sıx əlaqə göstərilsin, onlara müsbət ruhiyyə ötürülsün və sözün həqiqi mənasında bu meydanlarda olmaları üçün onların qəlbinə qüvvət verilsin.