Elmi və texnoloji sahələrin bütün bölmələrində irəliləyişin sürətləndirilməsi elmi cəhətdən seçilmiş olan alimlərin məsuliyyət dairəsindədir. Ölkə və millətin izzət və abırını qorumaq tribun və qələm sahiblərinin qeydsiz-şərtsiz vəzifəsidir. Ölkənin milli təhlükəsizlik və müstəqilliyini qoruyan vasitələrlə daim təchiz olunması hərbi komandanların vəzifəsidir. İşlərin ciddi və ardıcıl şəkildə aparılması və nəticəyə çatdırılması icraedici qurumların məsuliyyətidir. Xalqın qəlbini mənəvi olaraq nurlandırmaq, səbir, asayiş və sabitliyə təşviq etmək isə hörmətli ruhanilərin vəzifəsidir. İnqilabi coşqu, şövq və şüurun qorunması isə hər birimizin, xüsusilə də gənclərin vəzifəsidir.
Bu iki başıuca mücahidə, son dövrdə şəhadətə yetişən başqa şücaətli və fədakar mübarizlərə və bütün İslam şəhidlərinə Allahın və onun saleh bəndələrinin salamı olsun.
Onun, digər komandirlərin və Nəsrullah mehvəri mücahidlərinin şücaəti və fədakarlığı cənubi Litani, Sur və həmin bölgənin digər şəhərlərinin qəsb olunma və işğal altına keçmə təhlükəsini aradan qaldıraraq onların qəsb olunmuş Fələstinə birləşdirilməsinin qarşısını aldı və bu ölkənin ərazi bütövlüyünü qorumaq üçün Hizbullahın canını, malını və dəyərli abırını ortaya, təcavüzkar və cinayətkar sionist rejimi isə nakam qoydu.
Əgər qadının örnəyi Zeynəb və Fatimeyi-Zəhra olarsa, fədakarlıq və hər şeyin bahasına olsa da, onun işi düzgün dərk etməkdən, mövqeyini dərk etməkdə sayıq olmaqdan və ən gözəl hərəkətləri seçməkdən ibarət olacaqdır.
Əgər şiə tarixinin Əmirəlmöminin (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) və Xanım Fatimeyi-Zəhra (s.ə) kimi böyük simaları olmasaydı, bu gün kitab səhifələrində nəinki təkcə şiədən, əksinə, İslamdan bir əsər-əlamət tapılmazdı. İslamı mən və sizlər üçün qoruyub-saxlayan Əlinin (ə) adı, xatırlanması və bu böyük şəxsiyyətlərin şəhadət və fədakarlıqlarını xatırlamaq olmuşdur.