Rza şah təkcə bir xarici səfər etdi və o səfər də Atatürk zamanı Türkiyəyə səfər idi. Orada hicabsız qadınları gətirib ona göstərdilər. Hicabsızlıq ideyasını onun zehninə yerləşdirdilər və sonra da ətrafında olanlar dedilər ki, sivilizasiya və bu kimi işlər Atatürkün gördüyü həmin işlərdir və o zamandan bunun fikrinə düşərək, bu işin müqəddimələrinə başladı. Sonra 1935-ci ildə bu iş artıq icbari oldu.
Gövhərşad Məscidi hadisəsinin əsas mövzusu mərhum Hacı Ağa Hüseyn Qumidir. O, Allah yolunda qorxmaz, hazırlıqlı və bütün təhlükələri gözə alan bir mücahid ruhanı idi. O, "Hicabın zorla açılması" məsələsində demişdi: "Mən gedib Rza xanla danışacağam və onu məcbur edəcəyəm ki, məni dinləsin." 28.03.2017
KHAMENEI.IR media orqanı Rza xan hakimiyyəti dövründə hicabın zorla açılmasına qarşı çıxanların 1935-ci ilin iyul ayında Məşhəd şəhərindəki Gövhərşad Məscidində baş vermiş qanlı hadisənin ildönümündə Hacı Ağa Hüseyn Quminin şəklini paylaşaraq onu bu hərəkatda ilk mücahid kimi qeyd etmişdir.
Rza şah zamanının Əli Əsğər Hikmət kimi məşhur mədəniyyət sahəsinin şəxsiyyətləri hicabın açılması mövzusunda mütəmadi rol ifa etdilər. Rza şahın əlində tüfəng var idi və bunlar da düşüncə formalaşdırıb, Rza şahı o tüfəngi harada istifadə etməsi üçün yönləndirirdilər.
İslam qadın üçün hicabı təyin etdi. Bu hicabın özü təhlükəsizlik vasitələrindəndir. Hicabla həm müsəlman qadın təhlükəsizlik əldə etmiş olur, həm də müsəlman kişilər. O yerdə ki hicabı qadından alırlar, o yerdə ki qadını üryan və soyunmağa sövq edirlər, birinci növbədə qadının, daha sonra isə kişilərin və cavanların əmniyyətləri alınacaqdır. Sağlam və təhlükəsiz bir mühitin olmağından, qadının cəmiyyətdə öz işini həyata keçirməyindən və kişinin də öz məsuliyyətlərini yerinə yetirməyindən ötrü İslam hicabı təyin etmişdir və bu hicab da İslamın gözəçarpan hökmlərindən biridir. Hicabın başqa faydaları da mövcuddur.
İslam qadın üçün hicabı təyin etdi. Bu hicabın özü təhlükəsizlik vasitələrindəndir. Hicabla həm müsəlman qadın təhlükəsizlik əldə etmiş olur, həm də müsəlman kişilər. O yerdə ki hicabı qadından alırlar, o yerdə ki qadını üryan və soyunmağa sövq edirlər, birinci növbədə qadının, daha sonra isə kişilərin və cavanların əmniyyətləri alınacaqdır. Sağlam və təhlükəsiz bir mühitin olmağından, qadının cəmiyyətdə öz işini həyata keçirməyindən və kişinin də öz məsuliyyətlərini yerinə yetirməyindən ötrü İslam hicabı təyin etmişdir və bu hicab da İslamın gözəçarpan hökmlərindən biridir. Hicabın başqa faydaları da mövcuddur.
İdman sahələrində də görürsünüz ki, qızlarımız idman meydanlarına çıxır, qəhrəman olur və İslami hicabla qızıl medal alırlar. Hicabı bundan yaxşı hansı yolla təbliğ etmək olar? Bu xanımlardan bəziləri gəlib qızıl medallarını mənə hədiyyə etdilər. Əlbəttə, özlərinə qaytarıram ki, (özlərində) saxlasınlar. Həqiqətən də, belə qadınlarla fəxr edirəm. Milyonlarla insanın kameralar arxasından gördüyü beynəlxalq bir arenada bu iranlı qız öz hicabı ilə ora gedərək, qızıl medalı götürür və ölkəsinin bayrağını yüksəldir. Bundan yaxşı və daha üstün hicab təbliği varmı? Müxtəlif sahələrdə, elm olimpiadalarında, ümumiyyətlə, hər yerdə qadınlar inkişaf ediblər.
Bəziləri deyirlər ki, hicab qadının inkişaf və tərəqqisi üçün maneədir. Xeyr, əksinə, hicab qadının inkişafının qarşısını alan yersiz özünü göstərmələri üçün maneədir. Bizim müxtəlif elmi, praktiki, ictimai, siyasi və texniki sahələrdə görkəmli və böyük qadınlarımız vardır ki, hamısı kamil hicabla həyat sürürlər.
Bir dəfə bir neçə il əvvəl bir cəmin içərisində biri məndən soruşdu ki, qadın (hüquqları) məsələsində Qərb müqabilində nə müdafiəniz var? Dedim ki, mən müdafiə etmirəm, hücum edirəm! Onlar özlərini müdafiə etməli, cavab verməlidirlər. Qadınları əşyaya çeviriblər. Müdafiə nə deməkdir? Mən müdafiə etmirəm. Biz qadın hüquqları məsələsində iddiaçıyıq (qərblilər cavab verməlidirlər).
Qadının özü və fəaliyyəti olmadan ailəni idarə etmək mümkün deyil. Bəzən ailədə elə düyünlər yaranır ki, ancaq qadının zərif barmağı (incə duyğuları) ilə açılır. Kişi nə qədər güclü olsa da, bəzi düyünləri aça bilməz.
Quran iki qadını bütün insanlar üçün nümunə göstərir. Biri Fironun həyat yoldaşı Asiya, digəri isə Məryəmdir. Quran kişiləri örnək kimi təqdim edən Qərb sivilizasiyasının tam əksinə olaraq, qadınları nümunə göstərir. (Qadınları da) təkcə qadınlar üçün deyil, əksinə, bütün insanlar üçün örnək göstərir.
Qadınların evdarlıq məsələsində onların evin içində oturub heç nə etməmələrini, ictimai-siyasi fəaliyyət göstərməmələrini nəzərdə tutmuruq. Xeyr, evdarlıq, yəni xanımın ev işləri ilə məşğul olmasıyla yanaşı öhdəsindən gələ biləcəyi başqa işləri də etməsi deməkdir.
Bəzilərinin iddiası bu idi ki, Qərbdə kişi və qadının münasibətlərində tam azadlığın olması kişilərin gözlərinin doymağı və bir daha cinsi zorakılıqlara yol verməyəcəyinə gətirib çıxaracaq. Günümüzdə nəinki bu baş vermədi, əksinə, cinsi şəhvət düşgünlüyü yüz qat artdı və müxtəlif cinsi fəsadlara səbəb oldu, bütün əxlaqi və insani sərhədləri pozub keçdi.
Bütün kişilərin istəyi budur ki, evə daxil olarkən, orada özləri üçün ruhi asayiş və rahatlıq hiss etsinlər. Bu iş qadının vəzifəsidir və öhdəsindədir.
Bəzi xanımlar evdə ərlərini çətinliyə salırlar. Məsələn, xanım həyat yoldaşına "filan şeyi gərək alasan, evimiz belə olmalıdır, filankəs aldığından sən də almasan, başıaşağı olacağıq",-deyir. Belə işlərlə həyat yoldaşına əziyyət etmək düzgün deyil.