Hidden in list: 
Show in list
İslamda irqi ayrı-seçkiliyə yer yoxdur Plakat

İslamda irqi ayrı-seçkiliyə yer yoxdur

  İslam əməldə irqlər arasında ayrı-seçkiliyin olmadığına qaildir. Həcdə ağ dərili də, qara dərili də iştirak edir. Dünyanın müxtəlif yerlərindən, dünyanın müxtəlif sivilizasiyalarından müxtəlif tarixi köklərlərlə hamısı bir-birlərinin kənarında iştirak edirlər. Bu, Həccin sirlərindəndir.
Həcc mərasimi heç bir ayrı-seçkiliyi qəbul etmir Plakat

Həcc mərasimi heç bir ayrı-seçkiliyi qəbul etmir

  İslam Həcc mərasimi ilə dünyada mövcud olan irqi və coğrafi ayrı-seçkilikləri qəbul etmədiyini göstərir. Bu gün Qərb sivilizasiyası iddiasında olan ölkələr ağ ya qara dərili, Avropa ya qeyri-Avropa irqi məsələsində ilişib qalıblar. Minlərlə mühacirlərin dənizdə boğulmaqları veclərinə belə deyil. Ev heyvanlarına qonşuluqlarında yaşayan qəribdən daha çox əhəmiyyət verirlər.
Həcc ziyarətinin fəlsəfəsi nədir? Plakat

Həcc ziyarətinin fəlsəfəsi nədir?

Həcc ziyarətində iştirak etməyin hədəfi nədir? İslam ümmətinin vəhdəti və həmçinin ümmətin bütün üzvlərinin qəlblərinin bir-birilərinə yaxınlaşmasıdır. Nəyin müqabilində? Küfr, zülm, hegemonlar, bəşəri və qeyri- bəşəri bütlər, habelə İslamın aradan aparmaq istədiyi hər bir şeyin müqabilində.
Uşaq əsərlərinin hazırlanmasında həm kəmiyyəti, həm də keyfiyyəti artırın Plakat

Uşaq əsərlərinin hazırlanmasında həm kəmiyyəti, həm də keyfiyyəti artırın

  Uşaqlara gəldikdə isə, istər kəmiyyət, istərsə də keyfiyyət baxımından bacardığınız qədər çalışın, yəni bacardığınız qədər yeniyetmələri cəzb etməyə çalışın. Hətta indinin özündə belə, uşaqlarla bağlı bu xarici hekayələr uşaqlara aid olan başqa məsələlərin hamısına nisbətdə üstünlük təşkil edir. Bu, çox böyük bir eyibdir.
Biz qadın hüquqları məsələsində iddiaçıyıq Plakat

Biz qadın hüquqları məsələsində iddiaçıyıq

  Bir dəfə bir neçə il əvvəl bir cəmin içərisində biri məndən soruşdu ki, qadın (hüquqları) məsələsində Qərb müqabilində nə müdafiəniz var? Dedim ki, mən müdafiə etmirəm, hücum edirəm! Onlar özlərini müdafiə etməli, cavab verməlidirlər. Qadınları əşyaya çeviriblər. Müdafiə nə deməkdir? Mən müdafiə etmirəm. Biz qadın hüquqları məsələsində iddiaçıyıq (qərblilər cavab verməlidirlər).
İmam Sadiq (ə) və İslam hökuməti qurmaq iddiası Plakat

İmam Sadiq (ə) və İslam hökuməti qurmaq iddiası

İmam Sadiq (ə) Ərəfə günü Ərəfatda cəmiyyətin arasından qalxıb yüksək səslə fəryad etdi: "Ey insanlar, Allahın Rəsulu özü imam idi". İmam (ə) imaməti onun öz mənəvi və əsli mənbəyindən (bəyan etməyə) başlayır və müsəlmanlar üçün şiə imamətinin şəcərənaməsini (zehnlərdə) bu cür formalaşdırır. Peyğəmbər (s) özü imam idi, ondan sonra Əli (ə) və daha sonra "Hüseyn (ə)". Bir-bir atalarının adlarını sadalamağa başlayır və daha sonra isə özünün imam olduğunu qeyd edir. Bu imamət və hökumət iddiası İmam Sadiqin (ə) Bəni-Üməyyə hökumətinin axır dövrlərində mübarizəsinin pik nöqtədə olduğunu göstərir.
Müəllimin şagirdə aşılamağı zəruri olan məsələlər Plakat

Müəllimin şagirdə aşılamağı zəruri olan məsələlər

Biz ölkənin uşaqlarında iranlı olmaq, İslami və milli kimliyi dirçəltməliyik. Dil, milliyyət, bayraq məsələsi əsas və mühüm məsələlərdən biridir. Şagird qürur duyduğu iranlı olmağı ilə fəxr etməlidir.
Tədris zamanı tərbiyənin təsiri və əhəmiyyəti Plakat

Tədris zamanı tərbiyənin təsiri və əhəmiyyəti

  Sizin (müəllimlərin) ilk növbədə görəcəyiniz iş tədris etməkdir. Lakin mən dəfələrlə vurğulamışam ki, misal olaraq, bəzən dərs zamanı riyaziyyat və ya fizika müəllimi bir gəncə söz deyir və bu bir söz mənim kimi birisinin bir saatdan çox etdiyi moizədən daha təsirli olur.
Müəllim ölkə gələcəyinin memarıdır Plakat

Müəllim ölkə gələcəyinin memarıdır

  Birinci məsələ müəllim cameəsinə təşəkkür etməkdir. Bu İslam və İslam hökumətinin adsız əsgərləri ölkənin ucqar nöqtələrində səssiz-səmirsiz iş və cihadla məşğuldurlar. Millətin balalarını bu müəllim cameəsi tərbiyələndirir. Müəllim həqiqətdə ölkə gələcəyinin memarıdır. Bu gün sizlər ölkənin sabahını qurursunuz.
Ayətullah Mütəhhəri, həqiqətən də, müəllim idi. Plakat

Ayətullah Mütəhhəri, həqiqətən də, müəllim idi.

  Mərhum Ayətullah Mütəhhəri sözün əsl mənasında müəllim idi. Elm, öhdəçilik, işləri axıra kimi təqib etmək və nizam-intizam bu böyük insanın müsbət xüsusiyyətlərindən idi.